17 iy 09:47olke

Stankoviç Kişinyovda oynamadığına görə üzgündü


"Neftçi"yə oynamaq üçün gəlmişəm, ehtiyatda oturmağa yox”
Əksəriyyət “Sperantsa” ilə səfər oyununda “Neftçi”nin start heyətində Voislav Stankoviçin də olacağını gözləyirdi. Təcrübəli müdafiəçi ilə bağlı belə proqnozların səslənməsi boşuna deyildi. “Ağ-qaralar”ın Türkiyədə keçirdiyi yoldaşlıq oyunları belə düşünməyə əsas verirdi. Elə serb futbolçunun transferi də məhz müdafiədəki narahatlığı aradan qaldırmağa hesablanmışdı. Çünki Stankoviçi “Qəbələ”də daim əsas heyətdə görmüşük. Ancaq nədənsə “Neftçi”nin baş məqşçisi Roberto Bordin fərqli qərar verdi və moldovalılarla görüşdə ilk dəqiqələrdən Voislava yox, Mamadu Mboca şans verdi. Bu üzdən Stankoviçin fikirlərini öyrənmək maraqlı idi.
- Yeni komandan ilk rəsmi oyunda kənardan necə təsir bağışladı? Böyükhesablı qələbəni nə ilə əlaqələndirərdin?
- Bilirdik ki, rəqib əsasən arxa xətdə yaxşı oynayır, demək olar, yalnız müdafiə olunur. Buna uyğun əla hazırlaşmışdıq. Gördüyünüz kimi, yaxşı oynadıq və layiqli qələbə qazandıq.
- Komandan belə inamlı qələbə qazansa da, kefsiz olduğun gözümüzdən yayınmır. Oynamadığına görədi? Hər halda, səni əsas heyət oyunçusu kimi görməyə adət etmişik...
- Əlbəttə, oynamadığıma görə üzgünəm. Heç kim ehtiyat oyunçular skamyasında oturmağı sevmir. Ancaq futbolda belə də olur. Nə deyə bilərəm... Baş məşqçi bu cür qərar verdi ki, məni ehtiyatda saxlasın. Mən də bu halda görüşü kənardan izləməli oldum.
- Şəxsən bizim üçün əsas heyətdə yer almamağın gözlənilməz oldu. Bəs sənin üçün?
- Gözləyirdim ki, oynayacam. Ancaq nəzəri hazırlıqda öyrəndim ki, əsas heyətdən kənarda qalacam, vəssalam.
- Bunu normal qarşıladın?
- Bəli. Nə edə bilərəm?
- Mövqeyində Mamadu Mbocla Kiril Petrov çıxış edir. Həmkarlarına necə qiymət verərdin? Rəqabət necədi?
- Yaxşı futbolçulardı. Ancaq eyni zamanda öz səviyyəmə, potensialıma inanıram. Bunu artıq burda göstərmişəm, xeyli vaxtdı Azərbaycanda çıxış edirəm. "Neftçi"yə oynamaq üçün gəlmişəm, ehtiyatda oturmağa yox.
- Roberto Bordin necə məşqçi, necə insandı?
- Hər məşqçinin özünəməxsus iş üslubu varr. Bordində fərqli hazırlıqdı - daha çox qaçırıq, hərəkət edirik, taktiki çalışmalar olur. Buna öyrəşmişəm və bir futbolçu olaraq baş məşqçinin istədiklərini yerinə yetirməliyəm.
- Türkiyədəki yoxlama matçlarında da az oynadın. Bu durum motivasiyanı aşağı salır, yoxsa əksinə, öz üzərində daha çox çalışmağına stimul verir?
- Əsas heyətdə yerim uğrunda mübarizə aparmalıyam. Bunun üçün baş məşqçiyə özümü ən yaxşı tərəfdən göstərməliyəm ki, məni start "11-liy"inə qoysun. İndiki vəziyyət mənə daha çox motivasiya verir ki, daha yaxşı hazırlaşmalıyam. Ümid edirəm ki, əsas heyətdə çıxış edəcəm.
- Ümumiyyətlə, Azərbaycanın ən köklü klubu olan "Neftçi"nin formasını geymək Voislav Stankoviç üçün nə deməkdi?
- Təbii, bilirik ki, "Neftçi" yaxşı, böyük tarixə malik köklü klubdu. Onun heyətində özümü yaxşı hiss edirəm. Sadəcə, hazırda əsas heyətə düşmədiyimə görə məyusam. Ancaq bu, yeni mövsümün ilk rəsmi matçıdı, hələ “futbol ili” qarşıdadı. Ümid edirəm ki, istəyimə çatacam.
- "Sperantsa"nı, demək olar, keçmisiz. Tula "Arsenal"ını da yolunuzdan kənarlaşdıra bilərsiz?
- Bilmirəm. İndi bu haqda danışmaq olmaz. Əvvəlcə "Sperantsa"yla cavab matçına çıxmaq lazımdı.
- Hər halda, evdə çıxış edəcəksiz, 3:0-dan sonra formal qarşılaşma olacaq.
- İstənilən halda, hələ ilk mərhələdi. Bunu keçək, sonra "Arsenal"a baxarıq.
- Bəs keçmiş komandanın "Qəbələ"ni zəifləmiş heyətlə Tiflis "Dinamo"sunu keçmək gücündə olduğunu düşünürsən?
- "Qəbələ"nin heyətində çoxlu dəyişiklik olub, gənc futbolçular gəlib. Görürəm ki, yaxşı hazırlaşırlar, 2-3 yoxlama matçı keçiriblər, pis nəticələri olmayıb. "Qəbələ"yə Avroliqada azarkeşlik edəcəm. Ümid edirəm ki, yaxşı oynayaraq mərhələni keçəcək. Bu, çətin olacaq. Çünki Tiflis "Dinamo"su yaxşı komandadı.
- Sonda "Qəbələ" ilə bağlı bir məsələni dəqiqləşdirək. Bu klubla cari ilin sonunadək müqavilən vardı. "Neftçi"yə keçidin zamanı problem yaranmadı?
- "Qəbələ"ylə 6 aylıq müqaviləm vardı. Mənə dedilər ki, növbəti mövsümdə büdcə aşağı olacaq, məcavibimi vermək gücündə deyillər. Ona görə diqqətimə çatdırdılar ki, variant olsa, səni buraxacağıq, keçidinə problem yaratmayacağıq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar