15 iy 14:21olke

Ağabala dubl edəcəyini gözləmirmiş


“Universitatya” kimi rəqiblə oynamağa hazır deyildik”
“Səbail” doğma azarkeşləri önündə “Universitatya”ya uduzmaqla, demək olar, missiyasını bitirdi. Bakıda rumınlardan həm oyun, həm də hesab baxımından geri qalan təmsilçimizin səfərdə aradakı fərqi “əridəcəyi” inandırıcı görünmür. “Dənizçilər” uduzsa da, üzümüzü güldürən məqam var idi. Azərbaycanlı balası Ağabala Ramazanovun rəqibin qapısından iki baxımlı qol keçirməsi ürəkaçan oldu. Halbuki belə olacağını özü də gözləmirdi. İnanmırsız? Öz dilindən eşidin.
- Özünü necə hiss edirsən?
- Desəm ki, yaxşıyam, hər şey əladı, yalan olar. Evdə uduzmuşuqsa, kefsiz olmağım normaldı. Heç olmasa, Bakıda qələbə qazanmağımızı istərdim. Alınmadı.
- İki qol vuran futbolçunun kefsiz olması təəccüblüdü.
- Vurduğum 2 qol yekun nəticədə özünü göstərsəydi, sevincimin həddi-hüdudu olmazdı. Təbii, dubl etməyim yaxşı haldı. Kaş qalib gələydik, ikiqat sevinc yaşayaydım. Bəxtimizə ən çətin rəqib düşmüşdü. Özünüz də bilirsiz ki, bütün cəhətlərdə bizdən üstündülər. Həm büdcə, həm də heyət baxımından bizi üstələyirlər. Buna baxmayaraq, bacardığımız nə vardısa, ortaya qoymağa çalışdıq. Bu da 2:3-lük məğlubiyyətə kifayət etdi.
- Künc zərbəsindən sonra vurduğun qolun üzərində çox çalışmışdın?
- “Yox” desəm, inanarsız? Cəmi bir məşqdə işləmişdik, o da iki dəfə. Həm də oyunda qol vurduğum qapıya yox, digərinə. Məşqdə iki dəfə həmin tapşırığı etdik, hər ikisində qol vurdum. İnanırdım ki, oyunda da top mənə gəlib çatsa, zərbəm dəqiq olacaq. Ona görə də Koçuka dedim ki, bunu edək. O da topun başında olanda əlini qaldırdı. Sanki qol vuracağımı hiss etmişdim.
- Oyundan əvvəl kimsə sənə 2 qol vuracağını desəydi, inanardın?
- Klubda Həsən adlı inzibatçı var, uşaqlıqdan bir yerdə böyümüşük. Hər dəfə qol vuranda qaçıb onu qucaqlayıram. Yeri gəlmişkən, bu dəfə qolları onunla qeyd etməmişəm deyə inciyib məndən (gülür). Oyundan əvvəl Həsənə demişdim ki, bu gün qol vuracam. Amma yanına qaçmaq yadımdan çıxdı. Gizlətməli heç nə yoxdu, 2 qol vuracağımı gözləmirdim.
- “Səbail”in məğlub olacağını necə, proqnozlaşdırırdın?
- Dediyim kimi, rəqibin gücü göz qabağındadı. Yalandan özümüzü şişirtməyin adı yoxdu. Düzü, nəticə haqda o qədər də fikirləşmirdim. Əsas istəyim o idi ki, rumınlara göz açmağa imkan verməyək və ən əsası qapımızda top görməyək. Məğlubiyyət bir tərəfə, ilk oyunda 3 top buraxacağımızı ağlımdan keçirmirdim.
- “Universitatya” layiqli qələbə qazandı?
- Layiqli qələbə deyəndə ki, əllərinə imkan düşdü, vurdular. Onlara komanda oyunu şəklində uduzduğumuzu düşünmürəm. Sadəcə, fərdi ustalıq sözünü dedi. Qollara diqqətlə baxsaz, nə demək istədiyimi başa düşərsiz. Ayrı-ayrı futbolçuların təcrübəsi və ustalığı hesabda özünü göstərdi.
- Oyundan sonra klub rəhbərliyindən sizə nəsə deyən oldu?
- Açığı, rəhbərlikdən paltardəyişmə otağına heç kim gəlmədi.
- Bəs Aftandil Hacıyev nə dedi?
- Aftandil müəllim yaxşı oynadığımızı bildirdi. Qarşıdakı günlərdə matçı təhlil edib, səhvlərimizi görəcəyik. Uduzmuşuqsa, mütləq hansısa anlarda səhvlərə yol vermişik.
- Səncə, “Səbail”in real gücü budu?
- Məncə, daha artığını etməyə qadirik. İçi mən qarışıq heç kim ideal formada deyil. Bəziləri düşərgəyə gec qoşulduğundan, komanda şəklində möhkəmlənə bilmədik. Açıq deyirəm, bu gün “Universitatya” kimi rəqiblə oynamağa hazır deyildik. Bunun səbəbi də dediyim kimi, kollektivin bir yerdə az məşq etməsiydi. Bir-iki aydan sonra əsl “Səbail”i görəcəksiz.
- Bakıda rəqibinə uduzan komanda çempionata hazırlaşmalıdı, yoxsa mübarizənin davam etdiyini düşünürsən?
- Bəli, evdə məğlub olmuşuq. Lakin bu o demək deyil ki, Rumıniyada əl-qolumuzu yanımıza salacağıq. İlk matçdakı nəticəni unutmaq lazımdı. Düşünsək ki, 2:3 məğlub olmuşuq, növbəti oyun daha çətin olacaq. Ona görə də sakit davranmalıyıq, burdakı oyunun davamını səfərdə gətirməliyik. Nəyimiz varsa, ortaya qoyacağıq. Bilirəm, bu nəticədən sonra mərhələ keçməyimiz çətin görünür. Desəm ki, səfərdə qalib gələcəyik, yekə danışmış olaram. Ən azı layiqincə müqavimət göstərib, asan təslim olmayacağıq.
- 2019-da çempionatda 7, kubok və Avroliqanın hərəsində 2 qola imzanı yazdırmısan. Cinah oyunçusu olduğunu nəzərə alsaq, əla göstəricidi. Bu il çıxışındakı yüksəlişin xüsusi səbəbi var?
- Səbəb yox, səbəblər var. Xatırlayırsızsa, mövsümün əvvəlində heç nədən zədələnmişdim, əməliyyat olundum və bir müddət yaşıl meydanlardan kənarda qaldım. Zədədən qayıdandan sonra tam gücümlə məşq etdim və özümə söz verdim ki, durmadan çalışıb itirdiyim günlərin əvəzini artıqlamasıyla verəcəm. Belə deyim, xarakter göstərməyə çalışdım. Digər tərəfdən, qardaşım Zaur Ramazanovun məsləhətlərinə qulaq asıram. Fikir verirsizsə, cərimə meydançasında qərarı tez qəbul edirəm, top ayağıma düşən kimi qapını görməyə çalışıram. Bunun da müəyyən rolu var. Ən əsas səbəb isə “Səbail”dəki mühit, mənə olan münasibətdi. Hiss edirəm ki, komandada mənə lider və xilaskar gözüylə baxırlar. Hər oyundan əvvəl uşaqlar qol vuracağımı deyir, bu da mənə əlavə özünəinam verir. Bir sözlə, “Səbail”də çox rahatam.
- “Xəzər Lənkəran”, “Sumqayıt”, “İnter” və “Səbail”də özünü yaxşı tərəfdən göstərmisən. Üstəlik, son illər yığmaya müntəzəm dəvət alırsan. Legioner həyatı yaşamaq vaxtı deyil?
- Xaricdə oynamaq hər bir futbolçunun arzusudu. Həm diqqət mərkəzində olursan, həm ölkəni təmsil edirsən, həm də nələrisə öyrənirsən. Mənim də belə bir istəyim var. Variant olsa, düşünmədən gedərəm. Özbaşıma gedib nəsə edə bilmərəm axı.
- Yəni problem təklifin olmamasındadı?
- Bəli. Futbolçunun işi futbol oynamaq, özünü göstərməkdi. Qalan işlərlə başqaları məşğul olur.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar