15 iy 14:18olke

“Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb”


Dario Federiko Koreyada əziyyyət çəkib
Hava limanında vaxtımız gözləniləndən də çox oldu. Təyyarə təxminən 50 dəqiqə gecikdiyinə görə vətənə gez qayıtdıq. Fürsətdən istifadə edib uçağa minməzdən öncə Dario Federiko ilə söhbətləşdik.
- “Neftçi”yə qayıtdıqdan sonra ilk rəsmi matça çıxdın. Komandanın böyükhesablı qələbəsindən əlavə öz oyununu necə dəyərləndirirsən?
- Qayıdışıma görə çox sevinirəm. Özümü evimdəki kimi hiss edirəm. Məni burda çox yaxşı qarşıladılar. Yüksək səviyyədə təlim-məşq toplanışı keçdik, yaxşı hazırlaşdıq. Bunun da bəhrəsini ilk oyunda qələbə qazanmaqla gördük. Özümə gəlincə, az müddət əvvəl getmişdim, buna görə də hamıyla anlaşmaq çox asan oldu.
- Düşünülürdü ki, səfər matçıdı, Moldovada çempionat davam edir və rəqib daha hazırlıqlı olacaq. Ancaq meydanda aradakı səviyyə fərqinin yetərincə böyük olduğu göründü. Belə qələbəni daha nə ilə bağlamaq olar?
- Oyuna yanaşmanın bunda böyük rolu oldu. Əla köklənmişdik, matça yaxşı başladıq və konsentrasiyanı sona qədər qoruduq. Hazırlıqdan əlavə məhz oyuna yanaşmamız da uğur qazanmağımızda kömək etdi.
- 3 il əvvəl Kişinyovda “Kəpəz”ə qələbə qazandırmışdın. Yenə uğurlu matçın iştirakçısı oldun. Necə müqayisə aparardın?
- Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb. Müqayisə aparsam, həmin vaxt vəziyyət fərqli idi. İlk matçı evdə keçirmiş, heç-heçə etmişdik. Cütün taleyi Kişinyovda həll edilməliydi, orda mən qol vurmuşdum. Bu dəfə isə səfərdə 3:0 hesabıyla qalib gəldik. Cavab görüşünü evdə keçirəcəyik. Üstünlüyümüz var, lakin ikinci oyuna da yaxşı hazırlaşıb, bütün gücümüzlə mübarizə aparmalıyıq.
- Bu dəfə qol vurmağına bəxtsizlik mane oldu? Zərbələrindən biri tirdən qayıtdı...
- Mənim üçün qol vurmaqdan daha vacibi komandanın nəticəsi, komandaya fayda verməyimdi. Zərbəm tirdən qayıtdı, daha bir neçə təhlükəli vəziyyətin iştirakçısı oldum. Fərqlənə bilmədiyimə görə üzülmürəm. Ötürməmlə komandamın qol vurmasında pay sahibi oldum. Bu da mənim üçün qol vurmaq kimidi.
- Cərimə zərbəsindən maraqlı ev tapşırığı yerinə yetirməklə qol vurduz. Həmin epizodu təsvir edərdin...
- Meydanda təsadüfi şeylər olmur. Həftəboyu, ümumi hazırlıq prosesində etdiyimiz məşqləri çalışırıq ki, oyunlarda yerinə yetirək. Bu da onlardan biri idi. Neçə vaxt idi bu ev tapşırığının üstündə işləyirdik. Bəzən alınmır, ancaq bu dəfə uğurlu icra edə bildik və qol vurduq.
- İlk dəfə “Neftçi”yə gəldiyin vaxtla indiki komandanı müqayisə etsən, hansı daha güclüdü?
- Mənim üçün bu iki komandanı fərqləndirmək çətindi. Mən həmin vaxt “Neftçi”də olanda komanda qələbələri sıralayırdı və çempionatda 1-ci yerdə idi. Onda da gözəl kollektivimiz var idi, indi də. “Neftçi”də yaxşı rəqabət var. Qayıdışımdan sonra ilk oyunda da qələbə qazandıq. Böyük bir fərq görmürəm.
- “Neftçi” böyük ölçüdə növbəti mərhələ problemini həll edib. Potensial rəqibiniz olan Tula “Arsenal”ı haqda nə düşünürsən?
- Düzü, mənim bu komanda barədə heç bir məlumatım yoxdu. Olsaydı, hansısa fikir söyləyə bilərdim. Baxmayaraq ki, səfərdə yaxşı nəticə qazanmışıq, hazırda yalnız “Sperantsa” ilə cavab oyununu düşünürük. Əvvəlcə mərhələni adlamalıyıq. Ondan sonra “Arsenal” haqda məlumat toplaya, danışa bilərəm.
- Cənubi Koreyada o qədər də çox oynamırdın. Əvvəlki formanda olduğunu düşünürsən, yoxsa bunun üçün vaxt lazımdı?
- Orda oyun praktikasından əziyyət çəkirdim. Bununla belə, yaxşı məşq edirdim. Çalışırdım ki, heç olmasa, fiziki formamı itirməyim. İndi oynaya-oynaya əvvəlki formamı bərpa edirəm.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar