13 iy 15:01olke

“Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi


Avropa Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
Sperantsa (Moldova) – Neftçi (Bakı) 0:3 (0:2)

34. Daniil Avdyuşkin
4. Dayron Moskuera
(10. İon Draqan, 46)
5. Mixail Bolun
6. Bruno
9. Felipe Ponçe Ramirez
11. Fabriçe Elundou
15. Oliver Antonio Fula Perea
17. İçaka Tiehi
22. Stefan Efros (k)
93. Maksim Yurçu
(8. Konstantin Sandu, 79)
98. Alişer Mirzoyev
(87. Ruslan Çelari, 87)
Ehtiyat oyunçular
1. Denis Makoqonenko
20. Luis Ferney Rios Misas
23. İsah Yusuf
31. İon Arabaci
Baş məşqçi: Kristian Efros

1. Səlahət Ağayev
5. Anton Krivotsyuk
3. Mamadu Mboc
25. Kiril Petrov
26. Ömər Buludov
8. Emin Mahmudov (k)
36. Mamadu Kane
28. Stiven Jozef-Monroz
(80. İsmayıl Zülfüqarlı, 86)
11. Vangelis Platellas
(17. Rəhman Hacıyev, 70)
10. Dario Federiko
(7. Namiq Ələsgərov, 80)
19. Rauf Əliyev
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
6. Voislav Stankoviç
18. Tural Axundov
33. Turan Vəlizadə
Baş məşqçi: Roberto Bordin
Qollar: E.Mahmudov, 16-p. (0:1). S.Jozef-Monroz, 36 (0:2). R.Hacıyev, 76 (0:3).
Vərəqə: İ.Tiehi, 16 – sarı.
Hakimlər: TİM MARŞAL, Pol Robinson, Odri Neteri, Tomas Entoni Klark (hamısı Şimali İrlandiya).
Hakim-inspektor: Gevorq Hovannisyan (Ermənistan).
UEFA nümayəndəsi: Arina Bordyuqova (Ukrayna).
11 iyul. Kişinyov. “Zimbru” stadionu. 1370 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
11 (2) qapıya (“çərçivə”yə) zərbə 10 (5)
4 korner 6
2 ofsayd 2
9 qayda pozuntusu 13
1 vərəqə (qırmızı) 0
Əvvəlki illər olsaydı, Moldova təmsilçinin adını eşidəndə dərindən köks ötürərdik. Nə iş idisə, bizimkilər bu ölkənin komandaları ilə üz-üzə gələndə birmənalı yarışdan uzaqlaşmaq məcburiyyətində qalırdılar. “Bakı”, “Xəzər Lənkəran”, “MKT-Araz”, “Qarabağ” – bu komandaların hər biri Moldova səddinə ilişməyin acısını çəkib. Yaxşı ki, bir neçə il əvvəl “İnter”in “Tiraspol” üzərindəki zəfərinin davamını son iki ildə “Qarabağ” artıqlaması ilə gətirməyi bacardı. Hər halda, ağdamlılar Moldova nəhəngi sayılan “Şerif”ə həm Çempionlar Liqasında, həm də Avroliqada yerini göstərməklə Azərbaycan futbolunun imicini yüksəltməyi bacarmışdı.
Hələ püşk atılanda “ağ-qaralar”ın işinin asan olacağını təxmin etmək çətin deyildi. “Sperantsa”nın avrokuboklarda debüt etməsi azmış kimi, heyətdəki adlar arasında ciddi fərqin olması da bakılıları bir yox, bir neçə addım irəli atırdı. Sadəcə, bir problem vardı – “Neftçi”də yeni futbolçuların sayının çoxluğu. Yenilərin komandaya uyğunlaşması üçün oyunlar vacib idi ki, Türkiyədəki sınaq matçlarının azlığı, üstəgəl, birinin təxirə salınması ağıllarda sual yaratmaya bilməzdi.
Oyuna prinsipiallıq qatan iki xüsusi məqam (şəxs) vardı. Biri “Sperantsa”nın prezidenti, digəri qarşılaşmanın hakim-inspektoru. Birinci həm yayın məsələsində yekəxana münasibətini ortaya qoymaqla, həm də verdiyi açıqlamalarla “Neftçi”liləri özündən çıxarmışdı. Hakim-inspektorun erməni olduğunu xatırladanda isə əlavə şərhə ehtiyac qalmır. Bakılılar Kişinyovda sərgilədiyi futbol və qazanacağı nəticə ilə Hovannisyanın ürəyinə dağ çəkməliydi.
Son Moldova çempionatını 4-cü pillədə başa vurub, “Şerif”in “qızıl dubl” etməsi sayəsində Avroliqaya qatılan Nisporenı təmsilçisinin “Neftçi”yə bata bilməyəcəyi proqnozlaşdırılırdı. Artıq oyunun ilk dəqiqələrində ehtimalımızda yanılmadığımızı gördük. Matçın ilk 10-15 dəqiqəsi bir gün əvvəlki “Partizan” – “Qarabağ” görüşünü xatırladırdı. Bizimkilər hücum edir, rəqib əsas diqqəti müdafiəyə ayırıb əks-hücum şansını gözləyirdi. Eynilə Tiranada olduğu kimi. Meydan sahibləri cəmi 16 dəqiqə dözə bildi. Tiehi Raufla mübarizədə qaydanı pozunca, oyunun “Marşal”ı “nöqtə”ni göstərdi. Penalti ustası kimi tanıdığımız Mahmudovun zərbəsi də adınalayiq oldu. Hesab açılandan sonra rəqib nisbətən aqressiv təsir bağışlayır, hər imkanda kobudluğa əl atırdılar. Belə kobudluqlardan biri onlara baha başa gəldi. 36-cı dəqiqədə Platellasa qarşı qayda pozuntusundan sonra “ev tapşırığı”nı yerinə yetirən “Neftçi” Emin – Dario - Stiven kombinasiyası nəticəsində sonuncunun topa ayaq qoyması ilə 2-ci topu rəqib qapısından keçirdi. İlk hissə boyunca qapıya zərbə vurmaq nədi, cərimə meydançasına yaxınlaşa bilməyən Efrosların komandası yalnız ilk hissənin sonuncu dəqiqəsində azarkeşlərin alqışını qazandı ki, Elundounun vurduğu topu tutan Səlahət komandasını qoldan xilas etdi.
Fasilədən sonra Roberto Bordinin taktiki hiyləgərliyi idi, yoxsa ilk hissədəki hesabın yaratdığı arxayınlıq – topa meydan sahiblərinin nəzarət etməsi təhlükədən xəbər verirdi. Təsadüfi deyil ki, “ağ-göylər” bir neçə dəfə Səlahəti oyuna qoşulmağa məcbur etməyi bacardı. Sadəcə, təcrübəsizlik hesab arasındakı fərqi azaltmalarına mane olurdu. Əvəzində Emin 54 və 66-cı dəqiqələrdə dubl etməyə yaxın olsa da, birincidə qapıçı sevinməsinə mane oldu, ikincidə topun cüzi fərqlə yandan keçməsi. 75-ci dəqiqədə Raufun adını tabloya yazdırmasına topu küncə çıxaran Avdyuşkin mane oldu. Rusiyalı qapıçı cəmi 30 saniyə sonra biabırçı qol buraxacağını bilsəydi, Əliyevin zərbəsini dəf etməzdi. Az öncə oyuna daxil olan Rəhman künc bayrağı yaxınlığından topa elə bir zərbə endirdi ki, Daniilə tullanıb yerə düşmək qaldı . Hesab 3:0 olandan sonra “Sperantsa”nın itiriləcək heç nəyi qalmadığından meydan sahibləri böyük qüvvə ilə irəli atılır, belədə oyun intizamları pozulurdu. Sürətli Namiqlə Rəhman isə rəqibi daha bir dəfə mərkəzə dəvət etməyə çalışırdı. Oyunun sonları gərginliyi ilə yadda qalsa da, matçda başqa qol olmadı.
“Neftçi” Kişinyovda qazandığı möhtəşəm qələbə sayəsində növbəti mərhələnin taleyini 90 faiz həll etmiş oldu. Lakin heç bir halda arxayınlaşmaq olmaz. Çünki növbəti mərhələdəki Tula “Arsenal”ı “Sperantsa”dan qat-qat güclü rəqibdi və moldavanların uşaq səhvlərini təkrarlamayacaqlar.
HƏBİB

Reaksiyalar
Rauf Əliyev: "Səfərdə 3:0 hesabı çox yaxşı nəticədi. Birinci mərhələ olsa da, komandada arxayınlıq yox idi. Düşünürdük ki, səfərdə oynayırıq və buraxacağımız bir qol bizə problem yarada bilər. Sevinirik ki, hər şey bizim üçün yaxşı başladı. Demək olar, mərhələnin 60 faizini həll eləmişik. İndi evdə oynayacağıq. 3:0 yaxşı nəticə olsa da, bu futboldu. Evdə də arxayınlıq olmamalıdı. Çalışacağıq ki, yenə qələbə qazanaq. Düzünü desəm, bu hesabı mən də gözləmirdim. "Sperantsa" bizim üçün sürpriz komandadı. Onları bir o qədər tanımırdıq. Hardasa bu nəticəni gözləmirdim. Qol vuracağımıza isə inam var idi. Amma 3:0 həqiqətən gözlənilməz oldu. "Neftçi"də birinci rəsmi oyunum idi. Komandada debüt etdim. Əlimdən gələni etməyə çalışdım. Qol vurmaq istəyirdim. Komandanın qələbə qazanmasında pay sahibi oldumsa, mənim üçün sevindirici haldı... Tula "Arsenal"ı? Şablon danışmaq istəmirəm. Amma yenə də oyunumuz var. İndidən "Arsenal" haqda danışmaq düzgün deyil. İkinci oyunu da oynayaq. Görək necə olur. İstəmirəm desinlər ki, indidən ikinci mərhələni fikirləşir. Hər şey ürəyimizcədi. İkinci matçı da oynamaq lazımdı. Ondan sonra tam "Arsenal" haqda düşünmək olar... Yəqin ki, rəqib baş məşqçiyə cavab vermişik. Amma onlar da belə ifadələr işlətməklə özlərinə inam qazandırmaq istəyirdilər. Bu gün səfərdə 3 top vurmuşuqsa, deməli, onun cavabını verə bilmişik... "Forza Neftçi"? Bu bizə 100 faizlik motivasiya verdi. Təklikdə hər birinə təşəkkür edirəm. Bu qədər yolu qət edib, gəliblər və əziyyət çəkiblərsə, artıq bu onların komandaya necə bağlı olduqlarını göstərir. Bütün "Neftçi"sevərlərə, fanatlara təşəkkür edirəm. Mərhələni onlara hədiyyə edəcəyik".
Mamadu Mboc: "Çox gözəl oyun oldu. Lazım olan qələbəni qazandıq. Məqsədimiz qalib gəlmək idi. Ancaq bu hələ son deyil. Çünki cavab matçı var. Həmin oyunda da əlimizdən gələni etməliyik ki, yaxşı nəticə qazanaq. Futbolda asan heç nə olmur. Rəqib mübarizə apardı. Cavab oyununa 1 həftə var, yaxşı hazırlamşalı və yenə qalib gəlməliyik. Rəqibin necə çıxış edəcəyindən asılı olmayaraq, ciddi hazırlaşmalı və həmin oyunda da bütün gücümüzü ortaya qoymalıyıq... Komandada yeni, güclü futbolçuların olması yaxşıdı. Bu məqam rəqabət yaradır. Voislav Stankoviç güclü müdafiəçidi. O da öz oyunu ilə komandaya kömək edə biləcək... Keçən il burda deyildim. Ancaq "Uypeşt"lə oyunlar haqda eşitmişdim. Bu da komanda üçün bir təcrübədi. Əlimizdən gələni etməli, var gücümüzü ortaya qoymalıyıq ki, hədəfimizə çataq".
Rəhman Hacıyev: "Həmişəki kimi oyuna ciddi hazırlaşmışdıq. Rəqibi 3:0 hesabı ilə üstələdik. Buna baxmayaq hər şey tam bitməyib. Bakıdakı cavab oyununda arxayınlıq olmamalıdı. Birinci mərhələni keçib, növbəti oyunlara həvəslə, yaxşı motivasiya ilə başlamağı planlaşdırırıq. Bugünkü oyun haqqda danışanda çətinlik çəkdiyimizi deyə bilmərəm. "Sperantsa"nın zəif cəhətlərindən istifadə etdik və qələbə qazandıq. Oyuna konkret hesabla bağlı fikirlə çıxmırdıq. Öz oyunumuzu oynamağı düşünürdük... 3-cü mərhələ? Niyə də olmasın? Biz özümüzə güvənirik. Azarkeşlərimizə də inamımız böyükdü. Əl-ələ verib hamımız birlikdə üçüncü mərhələyə keçəcəyik... Yeni transferlərimizə gəlincə, onların çıxışını yaxşı dəyərləndirirəm. Kollektivə tam uyğunlaşmayıblar. Oyundan-oyuna və məşqdən-məşqə daha yaxşı çıxış edəcəklər".
Emin Mahmudov: “Çətin idi, ən azı ona görə ki, anlaşılmaz topla oynadıq. İlk dəfə belə topla oynayırdıq. Qazon “ağır” idi, oyundan öncə sulanmamışdı. Bilərəkdən etmişdilər ki, bizə çətin olsun. Ancaq əsas odu ki, cavab görüşü ərəfəsində bizə sərf edən nəticəni qazandıq. Öz meydanımızda bir az fərqli oynayacaq, daha çox hücum edəcəyik. Arxayınlaşmaq olmaz, futbolda belə qələbələrin əvəzini çıxanlar da olub. Gəlin, əvvəlcə “Sperantsa”nı keçək, ondan sonra “Arsenal” haqda danışarıq”.

Yeri gəlmişkən...
“Neftçi” tarixində ilk dəfə avrokubok duelinə səfərdə 3:0 ilə başladı. Buna qədər bakılılar ən yaxşı halda iki cavabsız qolla qayıtmışdı (30.06.2016. Avropa Liqası. “Baltsan Yuts”, Malta). “Neftçi” avrokuboklarda 59-cu oyunda ümumilikdə 17-ci, böyükhesablı 2-ci qələbəsini qazandı. İlk böyükhesablı qələbə Çempionlar Liqası çərçivəsində 2012-ci il iyulun 17-də keçirilən “Zestafoni” (Gürcüstan) ilə ev oyununa təsadüf edib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar