13 iy 13:17olke

“Qəbələ”nin gücü bir hissəyə çatdı


Prezident Fariz Nəcəfovu medalla təltif etdi
Yeni mövsümə hazırlığı davam etdirən “Qəbələ” Türkiyə toplanışı çərçivəsində dünən ikinci yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Ukrayna “Vorskla”sı ilə üz-üzə gəlib. Görüş Boludakı “Koru” otelinin meydanında baş tutub. Sənan Qurbanov aşağıdakı start heyətinə şans verib: Anar Nəzirov, Amin Seydiyev, Sadiq Quliyev, Yusif Nəbiyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopes, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərov.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində iki qol vurulub. Hər iki top fasilə ərəfəsində qeydə alınıb. 41-ci dəqiqədə Ülvi İsgəndərov hesabı açıb. Üç dəqiqə sonra Ukrayna klubu bərabərlik qoluna imza atıb.
Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. “Qəbələ”də Murad Musayev, Rasim Ramaldanov, Tərlan Əhmədli, İdris İnqilablı, Klesio Bauk və Kristian Kuaku meydana daxil olub. Onlar Yusif Nəbiyev, Sadiq Quliyev, Anar Nəzirov, Rövlan Muradov, Kamal Mirzəyev və Merab Qiqaurini əvəzləyiblər. Hissənin əvvəlində Poltava klubu hesabda önə keçməyi bacarıb. Buraxılan qoldan iki dəqiqə sonra – 59-cu dəqiqədə “qırmızı-qaralar” penalti vurmaq imkanı qazanıb. Lakin Ülvi dublunu rəsmiləşdirə bilməyib. Görüşün sonlarında daha bir dəfə fərqlənən ukraynalılar 3:1 hesablı qələbə qazanıb.
Xatırladaq ki, Boludakı ilk oyununda “Mariupol”la (Ukrayna) üz-üzə gələn “Qəbələ” qalib gəlmişdi - 2:1.
Bölgə təmsilçisinin baş məşqçisi Sənan Qurbanov klub saytına oyunla bağlı fikirlərini bölüşüb: “Bolu toplanışında ikinci oyunumuz idi. İlk matça nisbətən daha çox səhv buraxdıq. Bunlar da qapımıza qol vurulması ilə nəticələndi. Belə səhvlərin hazırlıq oyunlarında olması yaxşıdı ki, toplanış müddətində onları aradan qaldıraq və bir daha təkrarlanmasın. İkinci hissədə yağışlı hava oldu, oyunun sürəti də artdı. 20-25 dəqiqə topa komandamız nəzarət etdi. Lakin qol vura bilmədik. Hərçənd bunun üçün imkanlarımız da var idi. Futbolçularımız istədiyimiz elementləri yerinə yetirməyə çalışdılar. İyulun 17-də son matçımız olacaq. Çalışacağıq ki, tam heyətlə oynayaq. Yeni futbolçularımız Klesio və Kristian bu gün 25-30 dəqiqə meydanda oldular. Vaxtımız az olduğu üçün onların qısa müddətdə komandaya uyğunlaşmasına çalışacağıq. Onlar tam formalarını bərpa edə bilməsələr də, bu mərhələ üçün optimal duruma düşmələrinə nail olmalıyıq. Çünki iyulun 25-dək komanda tam formalaşmalıdı”.
Dünən həm də “Qəbələ”nin prezidenti Fariz Nəcəfov üçün xüsusi gün oldu. Belə ki, prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə bir qrup idman adamını mükafatlandırıb. “Cümhuriyyət medalı” ilə təltif edilənlər arasında Fariz bəy də var. Xatırladaq ki, 40 yaşlı klub prezidenti karate üzrə dünya və Avropa çempionu olub.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar