13 iy 12:59olke

Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi


Avropa Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
Səbail – Universitatya (Rumıniya) 2:3 (1:1)

12. Daniel Bojinovski
13. Şəhriyar Rəhimov
(4. Eltun Yaqublu, 84)
21. Eriko da Silva
32. Elvin Yunuszadə
34. Ürfan Abbasov
14. Rahid Əmirquliyev (k)
6. Maykl Essyen
(11. Dilan Duventru, 59)
10. Ağabala Ramazanov
8. Yevgeni Koçuk
91. Bilal Həmdi
(7. Fəhmin Muradbəyli, 72)
22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
3. Turan Manafov
5. Vüqar Bəybalayev
9. Mirsahib Abbasov
Baş məşqçi: Aftandil Hacıyev

13. Mirko Pilyaselli
5. Boqdan Vetejelu
(17. Ştefan Bayaram, 90)
11. Nikuşor Banku (k)
26. Stefan Aka
27. İvan Martiç
6. Renato Keliç
7. Mixay Roman
(9. Karlos Forteş, 68)
8. Aleksandru Mateu
14. Kamer Çaka
21. Antoni İvanov
22. Kristian Barbus
(31. Aleksandru İonite, 73)
Ehtiyat oyunçular
1. Lorensiu Popesku
2. Tyaqo Ferreyra
4. Florin Borça
Baş məşqçi: Korneliu Papure
Qollar: A.Mateu, 13 (0:1). A.Ramazanov, 33 (1:1). N.Banku, 51 (1:2). M.Roman, 67 (1:3). A.Ramazanov, 82 (2:3).
Vərəqələr: İ.Martiç, 7. E.da Silva, 73. A.Ramazanov, 87 - sarı.
Hakimlər: FYODOR ZAMMİT, Duncan Sultana, Teodor Zammit, Mario Apap (hamısı Malta).
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya).
UEFA nümayəndəsi: Patrik Vattebled (Fransa).
11 iyul. Bakı. Bayıl Arena. 2550 tamaşaçı.
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
4 (2) qapıya (“çərçivə”yə) zərbə 11 (7)
3 korner 6
0 ofsayd 0
14 qayda pozuntusu 6
2 vərəqə (qırmızı) 1
Dünən axşam gözümüz Bayılda, qulağımız Kişinyovda idi. “Neftçi”nin səfərdən sərfəli nəticə ilə dönəcəyinə inansaq da, “Səbail”dən arxayın deyildik. Aftandil Hacıyevin komandasının təcrübəsizliyin acısını yaşayacağından ehtiyatlanırdıq. “Dənizçilər” qitə səhnəsində debütünü doğma azarkeşləri qarşısında gerçəkləşdirdi ki, bu həm də təmsilçilərimizin avrokubokların cari mövsümündə evdə ilk oyunu idi. Əvəzində son mövsümün bürünc mükafatçısının rəqibi güclü “Universitatya” idi. Rumıniya təmsilçisi reytinqinə və heyətinə görə cütün favoriti sayılsa da, dəstək və süni örtük sayəsində rəqibə sürpriz yaşatmaq mümkün idi.
“Səbail”in start “11-liy”ini bir gün əvvəl açıq məşqdə müəyyənləşdirmiş və bu haqda ötən sayımızda təxminimizi bölüşmüşdük. Aftandil Hacıyev bizi “yanıltmadı”. Beləliklə, o, ilk dəqiqələrdən meydana Bojinovski, Şəhriyar, Eriko, Elvin, Ürfan, Essyen, Rahid, Ağabala, Koçuk, Həmdi və Mirabdulladan ibarət “11-liy”i buraxmışdı.
Start fitindən dərhal sonra “dənizçilər” təşəbbüsü ələ aldı. Bəlkə də təmsilçimiz özü buna imkan yaradıb ənənəvi taktikasına - əks-hücuma üstünlük verdi. Artıq 7-ci dəqiqədə Ağabala ilə əks-hücuma çıxmağa hazırlaşarkən, Martiç qaydanı pozdu və sarı vərəqə aldı. Bununla belə, qonaqlar erkən qol vurmağı bacardı. Künc zərbəsindən sonra qapı qarşısında çaxnaşma yarandı və “Səbail” heç cür topu effektli şəkildə uzaqlaşdıra bilmədi. Nəticədə Martiçin sağdan ötürməsini Mateu baxımlı, qayçivari zərbə ilə tora qovuşdurdu. 19-cu dəqiqədə az qala ikinci qol vurulacaqdı. Koçukun mərkəzdə topu itirməsindən sonra rəqib hücumçu sürətlə irəli şığıdı. Barbusun cərimə meydançasının həndəvərindən endirdiyi, o qədər də qüvvətli olmayan zərbəsindən sonra Bojoviçin önündə yerə dəyən topa makedoniyalının müdaxiləsi yarıtmaz oldu. Yaxşı ki, top fırlanıb çölə çıxdı. Hissənin ortalarında qismən də olsa, təşəbbüsü ələ alan “dənizçilər” 26-cı dəqiqədə bərabərliyi təmin edə bilərdi. Standart vəziyyətdən sonra hücuma qoşulan Erikonun baş zərbəsi azacıq hədəfdən yayındı. Yarım saatın tamamında Mixay Romanın vuruşu zamanı isə bəxtimiz gətirdi. Belə ki, top cüzi fərqlə tirin üstündən keçdi. Ancaq 33-cü dəqiqədə “Səbail” azarkeşlərini sevincə boğdu. Bərabərlik qolu Azərbaycansayağı künc zərbəsindən sonra vuruldu. Koçukun ötürməsini Mirabdulla Bilala, o isə Ağabalaya buraxdı. Sonuncunun zərbəsinə rəqib qapıçı toxunsa da, topun xətti keçməsinə mane ola bilmədi.
Dərhal ikinci qolu vura bilərdik. Çox güman, belə qol buraxacağını gözləməyən qonaqların şokdan ayılmamasından yararlanmaq lazım idi. Ancaq Ağabalanın qapıçı ilə duelə göndərdiyi Mirabdulla topu ram edə bilmədi. Əks halda, yüzfaizlik şans əldə edəcəkdi.
İkinci hissəyə “Səbail” fəal başlasa da, yenə qolu qonaqlar vurdu. Krayovalıların kapitanı, müdafiəçi olmasına rəğmən, “11” nömrəli formanı daşıyan Banku “dənizçilər”in müdafiəsinin mərkəzini rahat keçib topu tora qovuşdurdu – 1:2. Aftandil Hacıyev dərhal dəyişiklik həyata keçirdi və Essyeni Duventru ilə əvəzlədi. Ancaq bu da işə yaramadı. Əksinə, 67-ci dəqiqədə Rumıniya təmsilçisi növbəti dəfə “Səbail”i meydanın mərkəzinə dəvət etdi. Barbusun ötürməsindən sonra sağdan cərimə meydançasına daxil olan və bir hərəkətlə Şəhriyardan yayınıb zərbə endirən Romanın vuruşunu qapı xəttində dayanan Yunuszadə də dəf edə bilmədi. Yalnız Fəhminin oyuna qoşulmasından sonra “Səbail” kəsərli hücumlar qurmağa başladı. 82-ci dəqiqədə “dənizçilər” ümidləndi. Məhz Fəhminin ötürməsindən sonra Ağabala başla topu qapıdan keçirərək, fərqi minimuma endirdi – 2:3. Qolda rəqib qapıçının “əməyi” də qeyd olunmalıdı. O, topu uzaqlaşdırmaq istəyərkən səhvə yol verdi, top Muradbəylinin önünə düşdü. Bir qədər sonra yenə Fəhminin cinah ötürməsinə varlığı və yoxluğu bilinməyən Mirabdulla iki metrdən ayaq qoya bilmədi. “Universitatya” əlavə olunmuş sonuncu dəqiqədə Rumıniyaya iki topluq üstünlüklə dönmək imkanı qazansa da, bəxt “Səbail”in tərəfində oldu. Çakanın vuruşundan sonra top dirəyə tuş gəldi. Bu, oyunda qeydə alınan son təhlükəli vəziyyət oldu və beləliklə, Aftandil Hacıyevin komandası məğlubiyyətlə barışdı. Ümumiyyətlə, komandada kifayət qədər problem göründü. Qeyd etdiyimiz kimi, Mirabdulla Abbasov heç nə ilə komandasına kömək edə bilmədi. Anlaşma hələ istənilən səviyyədə deyil və müdafiə əvvəlki kimi etibarsızdı. Komanda topla oynamaqda da çətinlik çəkir və düşünülmüş hücum qurmaq əvəzinə, yalnız sürətli həmlələrə bel bağlayır. Evdə uduzan “dənizçilər” onsuz da növbəti mərhələyə adlamaqla bağlı elə də yüksək dəyərləndirilməyən şansını daha da azaltdı.
MİRAĞA
***
Gözdən qaçmadı
* Oyunun başlamasına saatyarım qalmış stadiona yaxın kafelərin birində bir araya gələn təxminən 20-yə yaxın rumın azarkeş içdikləri pivənin təsirindən oxumağa başlamışdılar. Əllərində Rumıniya bayrağı olan qonaqların şousu deyəsən, Bayıl sakinlərini təəccübləndirmişdi. İlk dəfə belə mənzərə ilə qarşılaşan, rumın fanatların davranışını qeyri-adi qəbul edən dükan sahibləri, dönər satıcıları, avtobus gözləyənlər, alış-veriş üçün dükana gələnlər yaşananları tarixin yaddaşına köçürmək üçün telefonlarının “pley” düyməsini basmışdılar.
* “Səbail”in avrokuboklarda debüt etdiyini nəzərə alıb, ötən gün “ASCO Arena”da anşlaq yaşanacağını güman etmək olardı. Ancaq gözlənilənlərin əksinə, tribunalarda yetərincə boş yer qalmışdı. Bayıl sakinləri sərin yay axşamında stadiona üz tutmağı özlərinə rəva bilməmişdilər.
* Qonaqlar ilk qolu vuranda Rumıniyadan gələn jurnalistlər elə sevindilər ki, sanki “Universitatya" Avropa Liqasının finalında həlledici qolu vuraraq kuboku başı üzərinə qaldırdı. Rumın həmkarlarımızın sevinci yerə-göyə sığmırdı. Həmin an oyunu Rumıniya telekanalına şərh edən spikerin səsini az qala bütün Bayıl eşitdi.
* Bakının isti yay axşamı qonaqların baş məşqçisi Korneliu Papureyə təsirini göstərmişdi. Rəqibin çalışdırıcısı ilk hissədə 0,5 litrlik 5 ədəd“Badamlı”nı içməklə yadda qaldı.
* Qarşılaşmanı izləyənlər arasında yığmanın baş məşqçisi Nikola Yurçeviç, AFFA-nın texniki direktoru Bernard Lippert, PFL prezidenti Ramin Musayev də var idi.
* FİFA-nın yeni qaydalarına əsasən texniki zonada yalnız bir nəfər ayaqüstə dayanıb futbolçulara göstəriş verə bilər. Əks halda baş hakim bunu qayda pozuntusu kimi dəyərləndirib, qaydalara əməl etməyənləri cəzalandırmaq hüququna malikdi.“Səbail”in məşqçilər korpusu ali futbol qurumunun yeniliyinə əməl etsə də, eyni sözləri qonaqların məşqçilər korpusu barədə söyləmək olmaz. Korneliu Papure və köməkçisi eyni anda ayağa durur, bir yerdə komanda üzvlərinə göstərişlərini verirdilər. Ancaq nədənsə Maltadan olan hakimlər briqadası bu məqama diqqət yetirmirdilər.
* Stadionun diktoru “Neftçi”nin Moldovada hesabı açdığını bildirəndə tribunalarda böyük sevinc yaşandı. Tamaşaçılar “ağ-qaralar”ın qol vurmasınıı alqışlarla qarşıladılar.
RƏŞAD

Reaksiyalar
Ramin Musayev: "Ümid sondə ölür" deyiblər. Amma açığı, rəqibdən daha güclü oyun gözləyirdim. Bəlkə də bu fikrimlə razılaşmaya bilərsiz. Amma unutmayaq ki, "Səbail" avrokuboklarda ilk dəfə iştirak edir, yeni komandadı. Rəqibin isə 71 illik tarixi var. Maddi durumu da nəzərə almalıyıq. Bu yaxınlarda oyunçularından birini 11 milyon avroya satdılar. Bu, "Səbail"in ən azı 5 illik büdcəsi deməkdi. Lakin bunlar o anlama gəlməməlidi ki, komandamız zəif oynamalıydı. Buna zəif çıxış da deməzdim. Heyətdə gənc futbolçular çoxdu. Onlar avrokuboklarda debüt etdiklərindən, istər-istəməz bir qədər çəkinirdilər. Deyərdim ki, "Səbail"ə, gənc komanda və baş məşqçiyə avrokuboklarda iştiraka görə təbrik düşür. "Neftçi"də çalışdığım vaxt Belçikada "Anderlext"lə oynadığımız vaxt 70 min azarkeşin qarşısında ilk 25 dəqiqədən sonra bilmirdik hara qaçaq. Bu gün "Universitatya" köklü komandadı, danmaq olmaz. Rumıniya komandalarıyla oyunlarımız dava ilə bitirdi. Çox çətin rəqib idilər. Yenə deyirəm: "Səbail"ə təbrik düşür. İlk növbədə onlara. Başqa cür ola bilməz. Digər tərəfdən, güc məsələsi var. "Volqa" ilə BMV heç vaxt ötüşə bilməz. Digər avrokubok təmsilçilərimizə gəlincə, "Neftçi"ni səfər qələbəsi münasibətiylə təbrik edirəm. "Qarabağ" Albaniyada qolsuz heç-heçə etsə də, yəqin ki, burda öz hünərini göstərəcək. "Qəbələ"yə isə Avropa Liqasının ikinci təsnifat mərhələsində uğurlar arzulayıram. Fikrimcə, ən çətin rəqib "Səbail"ə qismət olub. Yeni mövsümdə premyer-liqada hansı yeniliklər olacaq? Yeniliklərimiz çoxdu. Onu burda sadalamağa vaxt çatmaz. Bu yeniliklərin hazırlanmasında PFL-in Texniki İdman Şöbəsinin yeni rəisi Elgiz Abbasovun böyük rolu var. Hakimlərlə bağlı məsələyə mən baxmıram. İndi sırf çempionatla məşğulam. Çempionat ağır olduğu üçün xahiş etdik ki, hakimlərə nəzarəti bizdən götürsünlər”.
Ağabala Ramazanov: “Fərqləndiyim üçün çox şadam. Ancaq məğlubiyyətə görə üzülürəm. “Doğma divarlar” arasında qapımızda 3 qol görmək məni məyus edir. Belə rəqibə qarşı səfərdə bizi çox ağır oyun gözləyir. Ancaq əllərimizi yanımıza salıb “səfərdə bizə daha ağır olacaq”, - deyə düşünməməliyik. Cavab görüşünə daha yaxşı hazırlaşmaq lazımdı. Mənim xasiyyətimə bələdsiz. Həmişə sona qədər mübarizə aparıram. Oyunum belədi. Özümüz-özümüzü aldatmayaq. Rəqib bizdən çox güclüdü. Büdcə baxımından da onlar bizi azı 6 dəfə üstələyir. Buna baxmayaraq, Rumıniyaya başımızı aşağı salıb getməyəcəyik. Çalışacağıq sona qədər mübarizə aparıb həm yaxşı nəticə qazanaq, həm də yaxşı oyun nümayiş etdirək”.

Yeri gəlmişkən...
Evdəki 2:3 “Səbail”ə yaxşı heç nə vəd etmir. İndiyə qədər avrokuboklarda yalnız bir dəfə belə aqibətlə üzləşmişik. 1999-cu il avqustun 12-də evdə “Srvena Zvezda”ya 2:3 uduzan “Neftçi” cavab görüşündə bunun əvəzini çıxa bilməmişdi. Belə ki, UEFA kuboku çərçivəsində keçirilən səfər oyununda da bakılılar uduzmuşdular – 0:1.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar