12 iy 12:30olke

Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək


Efros “Neftçi”nin müdafiəsinin zəif olduğunu düşünür
Dünən Bakı vaxtı ilə saat 19.30-da “Neftçi”nin baş məşqçisi Roberto Bordinin mətbuat konfransı başladı. İtaliyalı mütəxəssislə yanaşı, flaqmanın müdafiəçisi Kiril Petrov da jurnalistlər önünə çıxdı. Əvvəlcə məhz ukraynalı futbolçu matçla bağlı fikirlərini dilə gətirdi: "Sperantsa" yaxşı rəqibdi, bir neçə oyununa baxmışıq. Sabahkı səfər matçına da ciddi hazırlaşmamışıq. Ötənilki səhvləri təkrarlamaq istəmirik. Rəqibi yaxşı təhlil etmişik, 90 dəqiqə sonadək vuruşmağa hazırıq".
- Rəqibin hansı hansı cəhətini xüsusi qeyd edərdin?
- Bu, komanda daxilində sirr olaraq qalsın. Baş məşqçi nəzəri məşğələlərdə bizə rəqibin zəif və güclü nöqtələrini göstərib. Həmin informasiyaları oyun üçün saxlayacağıq və meydanda göstərmək istəyirik.
Daha sonra Bordin öncə ümumi düşüncələrini səsləndirdi, ardınca sualları cavabladı.
- Əlbəttə, bir neçə müddətdən sonra Moldovaya qayıtdığıma görə sevinirəm. Çünki burda yaxşı vaxtlarım keçib, “Şerif”lə uğurlar əldə etmişəm. Təbii ki, bizi sabah güclü rəqiblə matç gözləyir. Bunu dərk edərək Moldovaya tez gəlmişik. Məqsədimiz düzgün oynayaraq nəticə qazanmaqdı.
- “Sperantsa”nın prezidenti Petru Efros Moldova mətbuatına deyib ki, biz pomidor satırıq, siz isə neft. Buna münasibətiniz necədi?
- Konkret bu fikri şərh etmək istəmirəm. Həmin fikirlərin futbola heç bir aidiyyatı yoxdu. Bura konkret vəzifələri yerinə yetirmək üçün gəlmişik.
- Baqali Daboyla Soni Mustivarın yoxluğu komandanın oyununa nə dərəcədə təsir göstərəcək?
- Onlar təlim-məşq toplanışımızın ilk günündən bizimlə məşq etmirlər. Komandanı onlarsız hazırlaşdırmışıq. Baqalini əvəz edəcək yay transferimiz olan Stiven Jozef-Monroz da güclü futbolçudu. Komandada hər mövqedə yaxşı oyunçularımız, ciddi rəqabət var. Zədəlilərimiz yaxşıdılar, ancaq indi hazır olanlara diqqəti yönəltmişik.
- “Neftçi”ni ardıcıl 2-ci il Avroliqa oyununa çıxaracaqsız. Komandanı kökləyə bilmisiz?
- Təbii, əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmışıq. Komandanı yaxşı kökləmişik. Ola bilsin, rəqibin fiziki durumu daha yaxşı olsun. Çünki çempionatları davam edir, ritmi tutublar. Ancaq biz də yay toplanışını yaxşı keçmişik.
- Yeni gələn futbolçularınızın ilk matçı səfərdədi. Bu, onlar üçün əlavə üstünlükdü, ya yox?
- Onların hər biri komandaya yaxşı uyğunlaşdılar. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Məncə, fərq etmir, səfərdə başlamaq, yoxsa evdə. Çünki Avroliqa fərqli turnirdi, motivasiya başqadı.
- Səfər matçında hansı nəticə siz qane edəcək?
- Məğlubiyyətdən başqa istənilən nəticə (gülür). Ancaq onu da nəzərə almalıyıq ki, belə turnirlərdə qalib iki oyunun nəticəsində bilinir.
- Bordin amili “Neftçi” üçün üstünlük ola bilər, yoxsa onu yaxşı tanıyan rəqib üçün?
- Sözsüz, rəqibin baş məşqçisini, futbolçularını yaxşı tanıyıram. Düzdü, bəzi mövqelərdə futbolçuları dəyişib. Mümkündü ki, “Sperantsa” ilk dəqiqələrdən pressinq edə, hücuma atıla, bizə çətinliklər yarada. Moldova klubuna hörmətlə yanaşırırq. Ancaq qarşıdakı matça hazırıq və yerinə yetiriləsi məqsədimiz var.
- Moldovadan gedəndən sonra buranın futboluyla, “Sperantsa” ilə nə dərəcədə maraqlanmısız?
- Yaxından maraqlanmamışam. Ancaq rəqibi yetərincə təhlil etmişik.
- Neçə kilometrlərlə yol qət edərək Moldovaya gələn “Forza Neftçi”yə sözünüz var?
- Əlbəttə, hər oyunda olduğu kimi, azarkeşlərimizə gözəl oyun göstərib, onları sevindirmək istəyirik. Buna maksimum çalışacağıq. İnanıram ki, ilk oyundan sonra uğurlu nəticəni qeyd etmək imkanımız olacaq. Fanatlarımız ötən mövsüm olduğu kimi, hər zaman bizi dəstəkləyiblər və bu, bizə motivasiya verir.
"Sperantsa"nın baş məşqçisi Kristian Efrosun mətbuat konfransı isə 20.45-də start götürdü. Moldova təmsilçisinin çalışdırıcısı da zala tək daxil olmadı. Futbolçulardan İon Arabaci da mətbuat konfransında iştirak edirdi. Efros əvvəlcə bunları dedi:
- Bizim üçün vacib matçdı. İlk dəfə avrokuboklarda çıxış edirik. Hər bir oyuna olduğu kimi, "Neftçi" ilə matça da ciddi hazırlaşmışıq. Maksimum gücümüzü göstərməyə çalışacağıq.
- Sizcə, "Neftçi"nin ən təhlükəli futbolçusu kimdi?
- Hücumda sürətli futbolçuları var. Bundan ehtiyatlanmalıyıq. Əsas zəif cəhətləri müdafiədədi ki, ondan da istifadə etməliyik.
- Bu oyunda favorit kimdi?
- Baş məşqçi olaraq hər bir matçda öz komandamı favorit sayıram. Hətta "Real"la görüşsəm belə. Üstəlik, bərabər səviyyəli rəqiblə oynayacağıq. Yaxşı fiziki formadayıq. Ümid edirik ki, qələbə qazanacağıq.
- "Neftçi"nin qələbəsi sizin üçün gözlənilməz olacaq?
- Əlbəttə.
- Belə çıxır, rəqibin qalib gələcəyini gözləmirsiz?
- Niyə gözləməliyəm ki? "Neftçi"nin azarkeşi deyiləm ki... Öz komandanızla bağlı sualları öz baş məşqçisinizə ünvanlayın. Mən "Sperantsa" haqda danışa bilərəm.
- İtaliyalı həmkarınız Roberto Bordinin bunadək Moldovada işləməsi sizə kömək ola bilər?
- Onun "Şerif"iylə "Neftçi"sinin oxşar cəhətləri var. Bu da komanda oyununun təşkilindədi. Üstəlik, baş məşqçinin mentallığını qeyd edərdim. Hər şeyi yaxşı bilirik. Bordin də bizi yaxşı tanıyır. Hər ikimiz üçün eyni durumdu.
- "Neftçi"nin bombardiri Baqali Dabonun oynamaması sizə üstünlük verir?
- Ola bilər hə, ola da bilər yox. Heç zaman əvvəldən bilmirsən ki, nə olacaq. Matça ciddi hazıralaşaraq dediyiniz amilə xüsusi diqqət yetirməmişik.
İon Arabacinin fikirləri ilə də tanış olun: "Oyuna ciddi hazırlaşmışıq. Avrokuboklarda debütümüz olduğundan, yaxşı futbol göstərmək vacibdi. Təbii ki, nəticə də çox önəmlidi. Çünki ilk dəfə Avroliqada oynayırıq. Məşqçi heyətimiz bizə "Neftçi" haqda yetərincə məlumat verib. Güclü, texnikalı komandadı. Yaxşı oyun göstərərək azarkeşlərimizi qələbəylə sevindirmək istəyirik".
FARİZ, Kişinyov
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar