12 iy 12:26olke

"Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq


...Çərşənbə axşamı, saat 12.55. "Neftçi"ni - futbolçuları, rəhbərliyi, eləcə də "Sperantsa" ilə oyunu işıqlandırmağa gedən jurnalistləri İstanbula aparan təyyarə yavaş-yavaş uçuş zolağında hərəkətə başlayır. Hələ qeydiyyat zamanı "ağ-qaralar"ın iki üzvünün də Kişinyova səfər edənlər arasında olduğunu gördük. Bunlar Moldova təmsilçisi ilə oyunu buraxacağı bilinən Soni Mustivar və Baqali Dabo idi. Yolculuğun elə də qısa sürməyəcəyi əvvəlcədən bəlli idi. Çünki Bakı - İstanbul - Kişinyov reysi ilə gedirdik. Türk Hava Yollarının təyyarəsində ənənəvi prosedurlardan - lazımi informasiyalar sərnişinlərə çatdırıldıqdan, pilot hər kəsi salamladıqdan, uğur arzuladıqdan sonra Bakıdan "qopuruq"...
İki saatdan artıq uçuşdan sonra qardaş ölkədə yeni istifadəyə verilən nəhəng hava limanına enirik. İstifadəyə verilməsinin heç bir ili tamam olmayan aeroportun sözün həqiqi mənasında ucu-bucağı görünmürdü. Hər halda, 4 saatdan artıq müddətdə "təyyarə dayanacağı"nı ələk-vələk eləyə bildik. Hava limanını kiçik şəhərciyə də bənzətmək olar. Türkiyə vaxtı ilə saat 19.25-də isə bizi Kişinyova aparacaq uçaqda yerimizi tutduq. Təxminən 15 dəqiqə sonra havaya qalxdıq və saatyarımlıq uçuşdan sonra Kişinyova çatdıq. "Baqajı" gözlədiyimiz an futbolçular bir yerə toplaşıb söhbət edirdilər. Dabodan başqa. Fransız hücumçu yerdə yarıuzanıqlı vəziyyətdə oturmuşdu, öz aləmində idi. Burda jurnalistlər komandadan ayrıldı. Biz "Villa Verde"yə yollandıqsa, "ağ-qaralar" "Radisson Blu" otelinə üz tutdu.
Yeri gəlmişkən, yolda futbolçularla danışmaq cəhdimiz fayda vermədi. "Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordin yetirmələrinə açıqlama verməyi yasaqlayıb. Komandadaxili ab-hava haqda nə demək olar? Hər şey qaydasında görünürdü. Zarafatlaşırdılar, Avroliqa oyununun gərginliyi özünü büruzə vermirdi. Düzdü, üst-üstə 9 saat yolda olduğumuz üçün günün sonunda futbolçularda yorğunluq hiss olunurdu. Ancaq oyuna düz iki gün qaldığından komandanın həmin ağırlığı üzərindən atması çətin olmayacaqdı. Elə də dəbdəbəli olmayan Kişinyov haqda fikirlərimizi isə saxlayaq səfərsonrası təəssürat yazısına.
FARİZ, Bakı – İstanbul – Kişinyov
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar