11 iy 18:33olke

“Neftçi” səfərdə, “Səbail” evdə sevindirməlidi


“Qarabağ”ın ardından bu gün Avroliqadakı təmsilçilərimizdən ikisi imtahan verəcək. “Neftçi” və “Səbail” ilk oyununa çıxacaq. “Ağ-qaralar” səfərdə, “dənizçilər” isə evdə oynayacaq. Paytaxt təmsilçilərinin oyunları canlı yayınlanacaq. “CBC Sport”un “Sperantsa” – “Neftçi”, “CBC İnternational”ın isə “Səbail” – “Universitatya” matçını göstərəcəyi dəqiqləşib. Əslində Bayıl təmsilçisinin oyunu "CBC Sport" telekanalı vasitəsilə yayınlanmalı idi. Lakin “Neftçi”nin səfər görüşü ilə bağlı danışıqların müsbət nəticələnməsi planlarda dəyişikliyi labüd edib. Bu səbəbdən "Səbail"in rumınlarla qarşılaşması "CBC İnternational" vasitəsilə canlı yayınlanacaq.
Avropa Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
Səbail – Universitatya (Rumıniya)
Hakimlər: FYODOR ZAMMİT, Duncan Sultana, Teodor Zammit, Mario Apap (hamısı Malta).
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya).
UEFA nümayəndəsi: Patrik Vattebled (Fransa).
11 iyul. Bakı. Bayıl Arena. Saat 20.00
Avroliqanın cari mövsümündə “siftə”ni qitə səhnəsində debüt matçına çıxacaq “Səbail” edəcək. Belə ki, bürünc mükafatçının görüşü “Neftçi”nin oyunundan bir saat əvvəl başlayır. Sözsüz ki, avrokuboklardakı təmsilçilərimiz arasında ən çətin rəqib “Səbail”in bəxtinə düşüb. Rumıniya “Universitatya”sı mərhələnin favoritidi. Ancaq futbol sürprizlər oyunudu, heç də həmişə favoritlər qazanmır. Məhz bugünkü görüşdən çox şey asılıdı. Aftandil Hacıyevin komandası doğma azarkeşləri qarşısında oynamasından, rəqibin onu tanımamasından, süni örtük amilindən yararlanmalıdı. Təmsilçimizin ilk qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməsi şərtdi. Hacıyevin komandası qol buraxmamaq şərtilə, rəqib qapısına yol tapmaqla səfərə ciddi üstünlüklə yollanacaq. Belədə Krayovadakı dolu tribunaların əhəmiyyəti də azalacaq. Digər tərəfdən, “Səbail”in heyəti heç də zəif deyil. Düzdü, komandanın “bürünc heyəti”ndən Kevin Kubemba, Ruslan Qurbanov, Maudo Jarjue kimi aparıcı simalarla yollar ayrılıb. Ancaq əvəzində Mirsahib və Mirabdulla Abbasov qardaşları, Bilal Həmdi, Dilan Duventru, Ürfan Abbasov kimi tanıdığımız futbolçular, o cümlədən makedoniyalı qapıçı Daniel Bojinovski, braziliyalı müdafiəçi Eriko da Silva transfer edilib. Başqa sözlə, heyət zəifləməyib, hətta güclənib.
Heyətdən söz düşmüşkən, “Universitatya”nın “Səbail”lə oyunlar üçün iştirak ərizəsi müəyyənləşib. Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilir ki, Azərbaycan təmsilçisi ilə görüşlərdə baş məşqçi Korneliu Papurenin ixtiyarında 27 futbolçu olacaq. Onlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 7-si isə hücumçudu: qapıçılar - Mirko Pilyaselli, Lorensiu Popesku, Andrey Marinesku; müdafiəçilər - Nikuşor Banku, Stefan Akka, Florin Borça, Marius Briçaq, Tiaqo Ferreyra, Florin Qardoş, Raul Xrenyus, Renato Keliç, İvan Martiç, Ştefan Vledoyu; yarımmüdafiəçilər - Aleks Çiçaldeu, Antoni İvanov, Aleksandru Mateu, Kamer Qaka, Marian Şerban, Boqdan Veteyelu, Vasile Konstantin; hücumçular: Aleksandru İonite, Raul Bayku, Kristian Barbus, Karlos Fortes, Valentin Mixayla, Mixay Roman, Ştefan Bayaram.
Onu da qeyd edək ki, “Səbail” – “Universitatya” oyununda maltalı ədalət təmsilçiləri iş başında olacaq. Halbuki UEFA əvvəlcə Bakıya Finlandiyadan briqada ezam etməyə hazırlaşırdı. Daha doğrusu, bir neçə gün əvvəl oyunu Ville Nevalaynen, Mikko Alakare, Mika Lamppu və Atte Jussiladan ibarət finlandiyalı hakimlərin idarə edəcəyi açıqlanmışdı. Qitə futbol qurumu son anda hakim dəyişikliyinə qərar verdi. Baş hakim Fyodor Zammitə Duncan Sultana və Teodor Zammit yardım edəcək. Dördüncü hakim isə Mario Apap olacaq. Hakim-inspektor və UEFA nümayəndəsi təyinatı olduğu kimi qalıb. Hakimlərin işinə xorvat Miroslav Vitkoviç qiymət verəcək, nümayəndə isə Fransadan olan Patrik Vattebleddi.
1-ci təsnifat mərhələsi, ilk oyun
Sperantsa (Moldova) – Neftçi
Hakimlər: TİM MARŞAL, Pol Robinson, Odri Neteri, Tomas Entoni Klark (hamısı Şimali İrlandiya).
Hakim-inspektor: Gevorq Hovannisyan (Ermənistan).
UEFA nümayəndəsi: Anna Bordyuqova (Ukrayna).
11 iyul. Kişinyov. “Zimbru” stadionu. Saat 21.00
Saat 21.00-da, Kişinyovdakı “Zimbru” stadionunda “Sperantsa” ilə duelə çıxacaq “Neftçi” səfərdən sərfəli hesabla dönməyə çalışacaq. Roberto Bordin və komandası ötən mövsüm AL-dəki uğursuzluğu unutdurmaq, mümkün qədər çox mərhələ keçmək, qrupa düşmək istəyir. Düzdü, bu elə də asan olmayacaq. Onu da qeyd edək ki, “Neftçi” ikinci mərhələyə adlasa, burda Rusiyanın "Arsenal” klubu ilə qarşılaşacaq. İstənilən halda, “Sperantsa” səddi itkisiz keçilməlidi. Özündənrazi moldovalılara dərs vermək lazımdı. Prinsipcə bu elə də çətin olmamalıdı. Əvvəla, Bordin yaxın keçmişdə Moldova “Şerif”ində işləyib. Başqa sözlə, “Sperantsa”nı da yaxşı tanıyır. Bundan başqa, heyətə “yeni qan” gəlib. Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Mirabdulla Abbasov, Petru Raku, Qoran Paratski və Canluka Sansone ilə müqaviləyə xitam verilibsə, az, amma keyfiyyətli transferlər həyata keçirilib. Bu mənada “Qəbələ”dən Voislav Stankoviç, Rauf Əliyev və Stiven-Jozef Monrozun cəlb olunması, Dario Federikonun Cənubi Koreyadan geri qaytarılması vurğulanmalıdı.
Səfərdən sərfəli nəticə ilə dönməyi düşünən “Neftçi” ölkənin əmsalını da artırmağa çalışmalıdı. Azarkeşlərin “Qarabağ”, “Neftçi” kimi köklü klublarımızdan bunu gözləməyə haqqı çatır. Bordin səfərə 22 nəfər aparıb. Ancaq onlardan Sonni Mustivarla Baqali Dabonun zədə üzündən Kişinyovda meydana çıxa bilməyəcəkləri əvvəldən bəlli idi. “20-lik”də üç gənc oyunçu - Turan Vəlizadə, Vüsal Əsgərov və İsmayıl Zülfüqarlı da var. "Neftçi"nin "Sperantsa"yla matça hazırlaşan əsas “17-liy”i belədi: qapıçılar - Səlahət Ağayev, Aqil Məmmədov, Kamran İbrahimov; müdafiəçilər - Mamadu Mboc, Kiril Petrov, Voislav Stankoviç, Anton Krivotsyuk, Tural Axundov, Ömər Buludov; yarımmüdafiəçilər - Emin Mahmudov, Mamadu Kane, Vangelis Platellas, Namiq Ələsgərov, Rəhman Hacıyev, Dario Federiko; hücumçular – Stiven-Jozef Monroz, Rauf Əliyev.
Qeyd edək ki, “Sperantsa” – “Neftçi” matçını Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. UEFA nümayəndəsi ukraynalı Anna Bordyuqova, hakim-inspektor isə erməni Gevorq Hovannisyan olacaq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar