11 iy 18:16olke

“Qarabağ” qələbə ilə başlaya bilmədi


Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
Partizani (Albaniya) – Qarabağ (Ağdam) 0:0

12. Alban Hoca (k)
2. Eqzon Beliça
7. Eraldo Çinari
10. Yasir Asani
17. Bruno Telushi
20. Esat Mala
22. Labinot İbraimi
23. Esim Hakay
(19. Lorenç Traşi, 79)
26. Villiam Kordeyro
(4. Rron Broya, 68)
33. Eneo Bitri
90. Emmanuel Mensah
(99. Brian Braun, 52)
Ehtiyat oyunçular
1. Daşamir Çika
9. Teofilus Solomon
38. Kristi Kote
66. Jozef Ekuban
Baş məşqçi: Franko Lerda

13. Vaqner da Silva
5. Maksim Medvedev
14. Rəşad Sadıqov (k)
4. Rahil Məmmədov
30. Abbas Hüseynov
8. Miçel
20. Riçard Almeyda
17. Abdulla Zubir
19. Filip Ozobiç
(2. Qara Qarayev, 85)
10. Dani Kintana
(9. Xayme Romero, 62)
11. Mahir Əmrəli
(7. Araz Abdullayev, 73)
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
6. Simeon Slavçev
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
Baş məşqçi: Qurban Qurbanov
Vərəqə: E.Çinari, 83 - sarı.
Hakimlər: HOLVARDUR ARNASON, Yohann Qunnar Qudmundson, Andre Viqvusson, Petur Qudmundsson (hamısı İslandiya).
Hakim-inspektor: Konrad Plauts (Avstriya).
UEFA nümayəndəsi: Tammo Bayşuyzen (Hollandiya).
10 iyul. Tirana. “Selman Stermasi” stadionu. 2120 tamaşaçı.
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
4 (3) qapıya (“çərçivə”yə) zərbə 2 (0)
2 korner 7
0 ofsayd 2
5 qayda pozuntusu 1
1 vərəqə (qırmızı) 0
Ağdamlılar ötən il də albanlarla qarşılaşmışdı. “Kukesi”nin rəqib olduğunu bilən azərbaycanlı futbolsevərlər sevincdən papağını göyə atır, Azərbaycan çempionunun rahat mərhələ adlayacağından bəhs edirdi. Lakin səfərdəki ilk oyunun yekun nəticəsi çoxlarının canına qorxu salmışdı. Albaniyada hesab açılmadığından, bir həftə sonra nələrin yaşanacağı sual altındaydı. Düzdü, Qurban Qurbanovun yetirmələri rəqibin “daşını daş üstə qoymadan” 4 cavabsız qolla qalib gəlməyi bacarmışdı. Buna qədər isə “İnter” “Laçi”ni mübarizədən kənarlaşdırmış, yalnız “Neftçi” “Şkenderbü”yə “ilişmişdi”. Statistikanın incəliklərinə baxsaq, bizimkilər albanlarla ilk oyunu səfərdə keçirdiyi mərhələnin qalibi olmağı bacarıb.
Ən çox düşündürən sual baş məşqçinin hansı “11-liy”ə güvənəcyi idi. Vild-Donald Geryenin hələ də komandaya qoşulmaması, Ayltonun cəzalı olması, Romeronun oyun təcrübəsinin və məşq sayının azlığı, Bədavi Hüseynovun sıradan çıxması, Rəşad Sadıqovla Qara Qarayevin son 3 gündə məşqlərə qoşulması – bütün bunlar Qurbanovu qayğılandırmaya bilməzdi. Odu ki, start heyətində yeniliklərin olacağını təxmin edirdik. Yalnız Qarayevin ehtiyatda qaldığını nəzərə alsaq, meydana “diri” futbolçuların çıxdığını deməliyik.
Artıq oyunun ilk dəqiqəsindəcə “Qarabağ”ın işinin asan olmayacağı bəlli idi. Meydanın yararsız durumda olması azmış kimi, yağışın da yağması texnikalı oyuna üstünlük verən komandanın çıxışına təsir göstərəcəkdi. Elə göstərdi də. Bəzi hallarda ötürmələr istənilən kimi alınmır, ya da qapıya zərbə endirmək istəyən futbolçular topu rahatlamaqda çətinlik çəkirdilər. Xüsusən də topla “rəqs etməyi” sevən cinah yarımmüdafiəçiləri Kintana ilə Zubirin işi çətinləşmişdi. Siyahıya Ozobiçlə Almeydanı da əlavə edə bilərik. Məhz buna görə “köhlən atlar”ın kombinasiyalı oyun qurmaqda çətinlik çəkdiyi aşkar görünürdü.
Lakin problem tək bununla bitmirdi. Əsasən nəticəni, yəni qapısında top görməməyi qarşısına məqsəd qoyan meydan sahibləri bunun üçün azarkeşlərin könlünü oxşayacaq futbol sərgilmək əvəzinə, böyük qüvvə ilə müdafiə olunurdu. Təsəvvür edin, 8-9 nəfər arxaya çəkilir, yalnız top onlara düşəndə 2-3 nəfərlə hücuma atılırdılar. Əvəzində təmsilçimiz oyuna birbaşa nəzarət etməklə rəqibin zəif yerlərini axtarırdı. Albanlar texnika sarıdan əziyyət çəkdiklərindən çıxış yolu kimi aqressiv oyuna üstünlük vermək, bəzən də kobudluğa əl atmaqla yadda qalırdılar.
Bütün bunlara baxmayaraq, “Qarabağ” ilk hissədə 100 faizlik qol şansı yaxalaya bildi. Abbas cinah keçidindən sonra Ozobiçə elə bir ötürmə etdi ki... Xorvat yarımmüdafiəçinin tələsik zərbəylə vurduğu top tirə dəyib meydanı tərtk etməklə tək səbəbkarı yox, komanda yoldaşlarını da şoka saldı. Bundan 5 dəqiqə sonra tiranalı azarkeşlər ümidləndi. Asani iki dəfə Maksimi yerə sərəndən sonra “çərçivə”ni nişan almaq istəsə də, vurduğu top cüzi fərqlə yandan keçdi. Hə, bir də hissənin son dəqiqəsində İbraiminin asmasından sonra topa rəqibindən tez çatan Rahilin sovuşdurduğu təhlükəni qeyd edə bilərik.
İlk yarıda gördüklərimizdən sonra ikinci hissədə ağdamlıların üstünlüyü bir az da artırıb, təhlükəli vəziyyətləri sıralayacağına ümid etsək də, əksini müşahidə etməli olduq. Daha aqressiv və sürətli oynayan meydan sahibləri 51-ci dəqiqədə “Qarabağ”lıları xeyli həyəcanlandırmağı bacardı. Öncə Hakay asma etdi, Çinari baxımlı baş zərbəsi endirdi, Vaqner mükəmməl qurtarışla topu küncə çıxardı. Epizodun davamında – künc zərbəsindən sonra bu dəfə heç kimin mane olmadığı Beliçanın baş zərbəsi tirə tuş gəlib meydana qayıtdı, Kordeyronun vuruşu zamanı yenə Vaqner bacarığını ortaya qoydu. Bir sözlə, 2 dəqiqə ərzində üç təhlükəli vəziyyət yaradan albanlar hədəfə çata bilmədilər.
İrəliləyən dəqiqələrdə hər iki baş məşqçinin oyunda dönüş yaratmaq üçün əvəzetmələrə əl atacağı gözlənilən idi. Lakin yenilərin meydana daxil olmasından sonra da xüsusi mənada nələrinsə dəyişdiyini deyə bilmərik. Yalnız solaxay Xaymenin işlək ayağı ilə cərimə meydançasının kənarından fərqlənmək cəhdləri diqqəti çəkirdi. Albanlar heç, bizimkilərin hərəkətindən yararsız meydandan 1 xalla ayrılmaq istəyini hiss etmək olurdu. Yerli-yersiz yerdə qalır, bəzən topu kənara vurur – bu və buna bənzər hərəkətlərlə “vaxt öldürmək” məqsədləri aşkar görünürdü. “Qarabağ” isə son saniyələrə qədər hər nə qədər çalışsa da, rəqib qapısına yol tapa bilmədi.
Səfərdə qolsuz bərabərlik yaxşı nəticə sayıla bilər. Hər halda, bir həftə sonra Bakıdakı qazonun durumu daha yaxşı olacaq. Üstəlik, Gerye ilə Ayltonun oynamaq imkanı olacaq ki, Maksim doğma mövqeyinə qayıdacaq. Azarkeş amilini də unutmamalıyıq. Sadəcə, rəqibin əks-hücumlarda fərqlənməsinə şərait yaratmaq olmaz. Mümkün bir qol ağdamlıları çətin vəziyyətə salacaq.
HƏBİB

Reaksiyalar
Qurban Qurbanov: "Ümumilikdə 90 dəqiqə ərzində topa biz nəzarət etdik. Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci yarının əvvəllində bir neçə epizod yaratdı, azarkeşləri önündə nəsə etməyə çalışmalıyıdılar. "Partizani" göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu oyunu təhlil etdikdən sonra cavab görüşündə müəyyən dəyişikliklər edə bilərik".
Franko Lerda: “Mən çox xoşbəxtəm. Çünki futbolçular “Qarabağ” kimi güclü rəqibə qarşı yaxşı oynadılar. Elə oyun qurmuşduq ki, rəqibi çaş-baş salaq. Bu gün yetirmələrim çox bacarıqlı idilər. Rəqib oyuna nəzarət edirdi. Amma biz də oyun intizamını qoruyurduq. Ən real qol vəziyyətlərini də bizim komanda yaratdı. Fikrimcə, cütün taleyi ilə bağlı sual hələ açıq qalır. Cavab görüşündə maksimum gücümüzü qoyacağıq. Necə oynayacağımızı da çox gözəl bilirik”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar