10 iy 12:08olke

“Qəbələ” Ukrayna klubunu məyus etdi


Sənan Qurbanov: “Komandanın həm texniki, həm də sürətli olmasından razı qaldım”
Təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə davam etdirən “Qəbələ” srağagün ilk yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Ukrayna “Mariupol”u ilə üz-üzə gəlib. Sənan Qurbanovun yetirmələri görüşə aşağıdakı start heyəti ilə başlayıb: Anar Nəzirov, Amin Seydiyev, Murad Musayev, Sadiq Quliyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopes, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərov.
Hendek Atatürk Stadionunda baş tutan qarşılaşma erkən qolla başlayıb. Ülvi oyunun 2-ci dəqiqəsində ukraynalıların qapısına yol tapıb. Matçın 17-ci dəqiqəsində ölkə kubokunun son qalibi rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət eib. Bu dəfə Roman qapıya yol tapıb. İki top buraxdıqdan sonra fəallaşan Mariupolun eyniadlı təmsilçisi 34-cü dəqiqədə fərqi azaltmağı bacarıb. 2015-ci ildə “Qəbələ”nin şərəfini qoruyan Ruslan Fomin penaltini dəqiq yerinə yetirib.
İkinci hissədə hər iki komandanın heyətində dəyişikliklər edilib. Şimallılarda Rüstəm Nuruyev Kamalın, İdris İnqilablı Fernanın əvəzinə meydana daxil olub. Buna baxmayaraq, qarşılaşmada hesab dəyişməyib. Beləliklə, “qırmızı-qaralar” Türkiyə hazırlığına 2:1 hesablı qələbə ilə başlayıb. Yeri gəlmişkən onu da bildirək ki, “Qəbələ” ilə oyundan əvvəl, günün birinci yarısında ukraynalılar daha bir görüş keçirmişdilər. Ozovlular “Darika Spor”a 6:0 hesabı ilə qalib gəlmişdilər.
Xatırladaq ki, növbəti oyununu iyulun 11-də keçirəcək “Qəbələ” Ukrayna “Vorskla”sı ilə qarşılaşacaq.
“Mariupol”la oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Sənan Qurbanov ilk yoxlama matçı və hazırlığın geridə qalan hissəsi haqda klub saytına açıqlama verib: “Toplanışın ilk günündən futbolçuların istəkli olmaları sevindiricidi. Bu gün ilk yoxlama matçını keçirdik. İki gün öncə ağır fiziki hazırlıq proqramını yerinə yetirib, dünən bir məşq etmişdik. “Mariupol”la görüş sürət baxımından çox yaxşı oyun oldu. Komandanın həm texniki, həm də sürətli olmasından razı qaldım. Oyunçularda istək hiss olunur”.
Qurbanov ilk oyununu keçirən yeni transfer Merab Qiqaurinin çıxışından və komandanın meydanda özünü yaxşı tərəfdən göstərməsindən də razı qalıb: “Merab baxdığımız, potensialına inanaraq heyətə qatdığımız futbolçudu. Bu gün meydanda hərəkətli idi. Həm onun, həm komandanın oyunundan razı qaldım. Qələbə qazandıq ki, bu da kollektivin əhval-ruhiyyəsi üçün yaxşıdı. Futbolçuların uduzmaq istəməməsi matçın gedişində hiss olunurdu. Çox yaxşı mübarizə apardılar, qələbə qazandılar. Rəqib də Ukrayna premyer-liqasında mübarizə aparan çox ciddi komandadı. Futbolçular yaxşı əzmkarlıq göstərdilər, xarakter nümayiş etdirdilər”.
Ukrayna klubunun çalışdırıcısı Aleksandr Babiç də “Mariupol”un rəsmi saytına 90 dəqiqə ilə bağlı fikirlərini bölüşüb: “Günün ilk yarısında keçirdiyimiz oyun məsuliyyətin bir qədər yüksək olduğu məşqi xatırlatdı. Axşam isə daha yüksək səviyyəli rəqiblə üz-üzə gəldik. Bizim kimi, “Qəbələ” də Avropa Liqasına hazırlaşır. Rəqib görüşə daha yaxşı başladı. Biz “yatdığımız” ilk 15 dəqiqədə uşaq səhvlərindən sonra qapımızda iki qol görüdük. İkinci qoldan sonra artıq oyuna qoşulduq. Ümumilikdə oyundan razı qaldım. Futbolda səhvsiz ötüşmək olmur. Səhvlərimizi təhlil edəcəyik. Təlim-məşq toplanışı da məhz səhvləri üzə çıxarmaq üçündü. “Qəbələ” ilə qarşılaşma komandanın durumu haqda məlumat toplamaq baxımından məhsuldar oldu. Hazırlıq mərhələsində belə oyunların çox olması işimizə yarayır”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar