10 iy 11:39olke

“Topaz Futbol Festivalı”nın seçmə mərhələsi başa çatdı


Əfqan Həmzəyev: “Final mərhələsinə çox sayda tanınmış qonaq dəvət olunub”
“Topaz Futbol Festivalı-2019” çərçivəsində bazar günü Sumqayıtdakı “Spartak” İdman-Sağlamlıq Mərkəzində keçirilən mini futbol üzrə regional turnirə yekun vuruldu. Yarışda Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Abşeron, Şamaxı rayonlarını təmsil edən 8 komanda mübarizə aparırdı.
Turnirin açılış mərasimində Sumqayıt şəhər gənclər və idman baş idarəsinin rəis mavini Mübariz Bəşirov, turnirin təşkilatçı qurumunun rəsmi nümayəndəsi Əfqan Həmzəyev, AFFA-nın Şimal Regional Futbol Federasiyasının sədri Abdulla Məmmədov və veteran futbolçu Telman Salahov iştirak edirdi. Xatırladaq ki, “Topaz Futbol Festivalı-2019” 7 bölgəni əhatə edib. Yarışlarda 56 komanda final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparıb.
Rəsmi açılış mərasimindən sonra püşkatma keçirildi. 8 kollektivin qatıldığı və olimpiya sistemi ilə keçirilən turnirin finalında “Sumqayıt-70” və “Novxanı” üz-üzə gəldi. Yarışın Əsasnaməsinə uyğun olaraq, hər komandada 2 peşəkar futbolçu çıxış edə bilərdi ki, finalçılar da bu fürsətdən maksimum yararlanmağı lazım bilmişdilər.
Sumqayıt-70: İsmayıl Kərimov, Samir Abdulov, Azər Mehdiyev, Musa Rəhimov, Zahir Əsgərov, Kris Marzi, Xəyal Nəcəfov, Baxşəli Baxşəliyev, Orxan Ağayarzadə.
Baş məşqçi: Fərhad Həsənov.
Novxanı: Davud Kərimi, Asif Məmmədov, Pərviz Qaraxanov, Səbuhi Səfiyarlı, Atəş Sültanov, Rəfayət Ağayev, Seyidrəzi Ağayev, Sənan Süleymanov, Xürrəm Cahangirov, İlqar Heydərli.
Baş məşqçi: Vaqif Heydərli.
Heyətlərdən də göründüyü kimi, hər komandada hazırda karyeralarını davam etdirən futbolçularla yanaşı, butslarını yaxın keçmişdə mıxdan asan veteranlar yer alıb. Ümumiyyətlə, oyunları izləyən azarkeşlər belə püşkatmadan sonra artıq finalda hansı komandaların qarşılaşacağını təxmin etmişdilər.
Final görüşü ilə bağlı ehtimallar özünü doğrultdu. İlk dəqiqədən tamaşaçılar maraqlı və gərgin idman mübarizəsinə şahidlik etdilər. İlk qol Vaqif bəyin baş məşqçisi olduğu komandadan gəldi. Lakin çox keçmədən meydan sahibləri hesabı bərabərləşdirməyi bacardılar. Hamı ilk yarının 1:1 hesabı ilə başa çatacağını gözləsə də, “Novxanı” son saniyələrdə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət etməyi bacardı. Hesabda geri düşən sumqayıtlılar fasilədən sonra böyük qüvvə ilə irəli atılıb “status-kvo”nu bərpa etmək istəsələr də, qonalqar əks-hücumdan məharətlə yararlanıb hesab arasındakı fərqi 2 topa çatdırdılar. Qalan dəqiqələr də eyni ssenari üzrə davam etdi. “Sumqayıt-70” hücuma aludə olarkən müdafiədə boşluqlar yaradırdı ki, “Novxanı”nın oyunçuları da bundan maksimum yararlanırdılar. Maraqlı mübarizənin sonunda qalib gələn “Novxanı” oldu. Onlar meydan sahiblərini 5:2 hesabı ilə məğlub etdilər.
Final qarşılaşmasından sonra təşkilatçılar tərəfindən ilk üç yeri tutan komandalara kubok, medal və diplomlar təqdim olundu. 3-cü yer uğrunda oyunda “Abşeron” “Şamaxı”nı udmaqla “bürünc”ə sahib çıxdı.
Mükafatlandırma mərasimi başa çatdıqdan sonra təşilatçı qurumun nümayəndəsi, sabiq referi Əfqan Həmzəyevlə söhbətləşdik: “Artıq iki aya yaxındı ki, “Topaz Futbol Festivalı” davam edir. Bu günə kimi 6 bölgədə seçmə mərhələ başa çatıb. Final mərhələsi isə Bakıda təşkil olunacaq. Şimal bölgəsindən “Quba”, Astarada keçirilən seçmə mərhələdən “Xəzər Lənkəran”, Xocavənddə keçirilən yarışdan “Füzuli”, Qərb bölgəsi üzrə Göygöldə baş tutan seçmə mərhələdən “Gəncə Şərab-2”, Şimal-Qərbdən isə Qax “Kürmüy”ü final mərhələsinə vəsiqə qazanmışdı. Sumqayıtda baş tutan seçmə mərhələ daha geniş ərazini əhatə etdi. Yerli komandalarla yanaşı, Bakı, Şamaxı və Abşeron rayonlarının təmsilçiləri də bu zonada çıxış edirdilər. Bugünkü final qarşılaşmasını özünüz də izlədiz. Onu da gördüz ki, turnirə necə böyük maraq var. Bu zonadan 3 komanda final mərhələsinə vəsiqə qazandı. İyulun 14-də Şağan Olimpiya Kompleksində həlledici oyunlar keçiriləcək. Onu da qeyd edim ki, final mərhələsinə çox sayda tanınmış qonaqlar dəvət olunub. Matçlardan əvvəl şou-proqram təşkil olunacaq. Fürsətdən istifadə edib turnirimizi işıqlandırdığınıza görə “Futbol+”ə də təşəkkür edirəm və çox istərdim ki, sizin də nümayəndə, rəhbərlik həlledici mərhələnin qarşılaşmalarında Şağan Olimpiya Kompleksində olsun. Oyunlar bir gündə başa çatacaq. Plana əsasən iyulun 13-də püşkatma olacaq, ertəsi isə komandalar olimpiya sistemi üzrə əsas mükafat uğrunda mübarizə aparacaqlar. Turnirin qalibləri üçün “Caspian TECH” “Topaz” brendinin xüsusi hədiyyələri təqdim olunacaq ki, bu haqda indidən danışmaq istəmirəm”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar