10 iy 11:33olke

Aftandil Hacıyevin mətbuat konfransının vaxtı bəlli oldu


“Səbail” azarkeşini (Yanar)dağa-daşa salır!
“Səbail” – “Universitetya" oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb. Sabah əvvəlcə meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyev jurnalistlər qarşısına çıxacaq. Mətbuat konfransı saat 18.00-da başlayacaq. Yarım saat sonra isə "dənizçilər"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi baş tutacaq. Qonaq komandanın baş məşqçisi isə 19.30-da mikrafonlar önünə keçəcək. Saat 20.00-da rumınların son məşqi reallaşacaq. İlk 15 dəqiqəsi KİV nümayəndələri üçün açıq olacaq. Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi “ASCO Arena”da təşkil olunacaq.
Bu arada “Qarabağ” və “Neftçi”nin ardından “Səbail” də Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı Rumıniya “Universitatya”sı ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Klub siyahını saytı vasitəsilə şənbə günü açıqlayıb. Heyətə ümumilikdə 21 futbolçu daxil edilib. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 7-si yarımmüdafiəçi, 3-ü isə hücumçudu. Heç şübhəsiz, ən maraqlı məqam karyerasını bitirdiyini elan edən Fərhad Vəliyevin Avroliqa oyunları üçün sifariş olunmasıdı. Kamal Bayramovun ağır zədələnərək azı üç həftə sıradan çıxması “dənizçiləri”i buna vadar edib. Beləliklə, “Səbail” ilkin mərhələdə bu futbolçuların xidmətindən yararlana bilər: qapıçılar - 12. Daniel Bojinovski, 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev; müdafiəçilər - 3. Turan Manafov, 4. Eltun Yaqublu, 5. Vüqar Bəybalayev, 13. Şəhriyar Rəhimov, 21. Eriko Da Silva, 26, Kamal Qurbanov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov; yarımmüdafiəçilər - 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 9. Mirsahib Abbasov, 11. Dilan Diventru, 14. Rahid Əmirquliyev, 17. Elçin Rəhimli; hücümçular - 10. Ağabala Ramazanov, 22. Mirabdulla Abbasov, 91. Bilal Həmdi.
Qeyd edək ki, “Səbail” “Universitatya”ya qarşı ilk oyunu iyulun 11-də “Bayıl Arena”da, cavab qarşılaşmasını isə iyulun 18-də Rumıniyada – “İon Oblemenko” stadionunda keçirəcək.
Yeri gəlmişkən, "Səbail"in rəqibi Bakıya itki ilə gələcək. Rumıniya klubu bir futbolçunun xidmətindən yararlana bilməyəcək. Söhbət yarımmüdafiəçi Aleksandru Çiçaldaudan gedir. Komanda qarşılaşmanın son hazırlığını ölkə daxilində keçsə də, 22 yaşlı futbolçu hələ də məşqlərə qoşulmayıb. Onun "Səbail"lə ilk matçı buraxacağı dəqiqdi. Yeni icarəyə götürülən Aleksandru İonita və Florin Qardoş isə kollektivə yeni qoşulub. Onların Bakıdakı oyunda iştirakı sual altındadı.
“Səbail”lə “Universitatya” arasında hər iki qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq. Ayın 11-dəki görüşü Rumıniyada “Digi Sport” və “Look Plus” ekranlara daşıyacaq. Görünür, tərəflər barterə razılaşıblar. Belə ki, “Səbail”in oyununun yayın hüququna yiyələnən “CBC Sport” “Bayıl Arena”dakı görüşdən qarşı tərəfə siqnal ötürəcək, əvəzində ayın 18-də səfərdən də yayın təşkil edəcək.
Bilet satışı ilə bağlı bir məlumatı da nəzərinizə çatdıraq. “Səbail” bu barədə saytı vasitəsilə verdiyi açıqlamada qiyməti 1 və 3 manat olan biletlərin iticket.az saytından və iTicket şirkətinin bütün satış məntəqələrində əldə edə bilməyin mümkünlüyünü vurğulamışdı. Yerləşdirilən linkə daxil olduqda isə nə az, nə çox – 21 satış məntəqəsinin adı ekrana çıxır. Hansı ki, aralarında hətta “Yanardağ” Təbiət Qoruğu da var. Təbii, bu qədər məntəqəyə bilet paylanmasının mümkünlüyünə kar da inanmaz, kor da. Odu ki, iTicket şirkəti ilə əlaqə saxladıq. Məlum oldu ki, biletləri yalnız 3 məntəqədən - “Gənclik Mall” və “28 Mall” ticarət mərkəzlərindən, eləcə də Heydər Əliyev adına Sarayın kassalarından əldə etmək olar. 21 məntəqə isə ümumi tədbirlərin bilet satışı həyata keçirilən ünvanlardı. Maraqlıdı, “Səbail”in mətbuat xidməti özünə əziyyət verib bunu aydınlaşdıra və həmin xəbərə bir cümlə ilə əlavə edə bilməzdi? Təsəvvür edin, azarkeş əvvəlcə sayta, ordan göstərilən linkə daxil olmalı, satış məntəqələrini görüb fal açmalı, daha sonra orda göstərilən nömrəyə zəng vurub bir neçə qəpiyini sərf etməli, üz tutacağı ünvanı dəqiqləşdirməlidi. Azarkeşinə hörmət qoymayan, onun əziyyətini artıran klub artıq uduzub. Avroliqada nəticə necə olur-olsun!
Bu arada “Səbail” – “Universitatya” oyununda hakim dəyişikliyi baş verib. Daha doğrusu, bütün briqada dəyişib. Qarşılaşmada maltalı ədalət təmsilçiləri iş başında olacaq. Baş hakim Fyodor Zammitə Duncan Sultana və Teodor Zammit yardım edəcək. Dördüncü hakim isə Mario Apap olacaq. Halbuki bir neçə gün əvvəl oyunu Ville Nevalaynen, Mikko Alakare, Mika Lamppu və Atte Yussiladan ibarət finlandiyalı hakimlərin idarə edəcəyi açıqlanmışdı. Hakim-inspektor və UEFA nümayəndəsi təyinatı isə olduğu kimi qalıb. Hakimlərin işinə xorvat Miroslav Vitkoviç qiymət verəcək, nümayəndə isə fransadan olan Patrik Vattebleddi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar