10 iy 11:31olke

Kamal Bayramov əsas heyətdə yer alacağına inanır


“Biz onları birlik və mübarizlik sayəsində məğlub edə bilərik”
“Səbail”in qapıçı sarıdan bəxti gətirmir. Mövsümün sonlarına yaxın Aleksandr Rıbkanı zədə səbəbindən itirən və bu üzdən Avroliqada onun xidmətindən istifadə edə bilməyəcək “dənizçilər” iki həftə əvvəl Kamal Bayramovla bağlı pis xəbər aldı. “Zirə”ni “Səbail”ə dəyişən təcrübəli qolkiper avqusta qədər yaşıl meydan üzünə həsrət qalacaq.
Kamal hazırda müalicə alır, ən qısa zamanda komandasına kömək edəcəyinə ümid edir. Onsuz da iki gün sonra “Universitatya” ilə qarşılaşacaq komandanın üzvlərindən biri ilə danışmağa ehtiyac vardı. Belədə Bayramovu aradıq.
- Nə vaxt zədələndin?
- Bolqarıstandakı ilk yoldaşlıq görüşündən iki gün sonra. Səhv etmirəmsə, iyunun 22-si idi. Ayağımda ağrılar hiss edəndən sonra ağır məşqlər etmirdim, sadəcə, qaçmaqla kifayətlənirdim. Baxdım ki, yüngül zədəyə oxşamır. Çünki topuğumda şiş əmələ gəlirdi. Sonradan məşqləri dayandırdım, fiziki hərəkət etmədim.
- Həkimlər nə diaqnoz qoydular?
- İkisi içəridə, ikisi yanlarda olmaq şərti ilə topuğumda hissələrlə dörd bağ qopması aşkarlandı. Yırtıq deyirlər.
- Nə vaxta hazır olacaqsan?
- Həkimlərin rəyinə əsasən 3 həftə heç bir fiziki hərəkət etmək olmaz. Hardasa bir ay çəkir. İnşallah, “Universitatya” ilə oyundan sonraya hazır olaram.
- Durduğun yerdə zədələndin, yoxsa toqquşma-filan oldu?
- Ağabala Ramazanovla təkbətək qaldığım vəziyyət idi. Toqquşduq, ondan sonra zədələndiyim məlum oldu. İlk dəfədi belə zədə alıram deyə, adi ağrı olduğunu zənn etdim. Keçəcəyini düşünürdüm.
- Yəqin ki, həvəslə “Universitatya” ilə görüşlərə hazırlaşırdın.
- Sizi inandırım, MRT müayinəsindən sonra bir aylıq sıradan çıxdığımı biləndə çox üzüldüm, çox. Baş məşqçi ilə söhbətim oldu, o mənə riskə getmək istəmədiyini söylədi. Yoxsa bu vəziyyətdə də oynamaq istəyirdim.
- Deməli, Bolqarıstandakı sınaq matçlarında qapını Daniel Bojinovskinin qoruması sənin zədələnməyinə görə olub.
- İlk oyunda start heyətində yer almışdım, təxminən 80-85 dəqiqə qapını mən qorudum. İki gün sonra zədələndiyimdən, sonrakı matçlarda baş məşqçi “çərçivə”ni Danielə həvalə edirdi.
- Zədədən qayıdandan sonra əsas heyətdə yer almaq çətin olmayacaq?
- Nə mənada?
- O mənada ki, Bojinovski daimi oyun təcrübəsi qazanacaq, müdafiəçilərlə anlaşması yoluna düşəcək. Belədə zədədən qayıdan futbolçunun “11-lik”də yer alması çətinləşəcək.
- Bu məndən asılı olan işdi. Məşqlərdə özümü baş məşqçiyə lazımi səviyyədə göstərəndən sonra, məncə, problem olmayacaq. Komandada heç bir futbolçunun əsas heyətdə yer alacağına zəmanət verilməyib. Kim hazırdısa, daha çox çalışırsa, o da şans qazanır.
- Hələ Rıbka da qayıdacaq.
- “Səbail”də qapıçı mövqeyində inanılmaz rəqabət var. Dörd qapıçı heyətə düşmək üçün rəqabət aparacaq. Bu da sevdiyim şeydi.
- İki legioner qapıçı ola-ola sənə şans veriləcəyinə inanırsan?
- İnanmasam, burda olmazdım. Heç vaxt da rəqabətdən çəkinməmişəm.
- “Universitatya” ilə matçlar ərəfəsində komandada vəziyyət necədi?
- Şükür Allaha, hər şey qaydasındadı. Uşaqlar böyük həvəslə oyuna hazırlaşırlar. Sadəcə, formamızı tam bərpa etmək üçün vaxtımız kifayət qədər olmadı. Komandaya sonradan qoşulanlar oldu. Ümumiyyətlə, mövsüm başa çatandan sonra “Səbail”də ciddi dəyişikliklər oldu, özünüz də gördüz. Məncə, “Universitatya” ilə iki oyun komandanın tam öz oyununu tapmasına kömək edəcək. İnşallah, növbəti mərhələyə adlayıb, digər rəqiblə matçlarda daha yaxşı çıxış edərik.
- İlk görüşün Bakıda olması xeyrinizədi?
- Onsuz da iki oyun keçirməliyik: birini orda, birini Bakıda. “Universitatya” güclü rəqib olsa da, keçilməz deyil. Ona görə də Bakıda sərfəli nəticəyə imza atmalıyıq ki, Rumıniyada işimiz rahat olsun.
- “Səbail” avrokuboklarda debüt edir. Üstəlik, bəzi futbolçular komandaya sonradan qoşulub ki, dediyin kimi, uyğunlaşma problemi var. “Universitatya” isə zəngin avrokubok təcrübəsinə sahibdi, heyətində bacarıqlı yerli və əcnəbi futbolçular var. Bunları göz önünə gətirəndə rəqibin favorit olduğunu təxmin etmək çətin deyil. Elədisə, “Səbail”in üstünlüyünü nədə görürsən?
- “Universitatya” həqiqətən də güclü və təcrübəli komandadı. Kollektiv yaxşı təşkilatlanıb. Fikrimcə, biz onları birlik və mübarizlik sayəsində məğlub edə bilərik. Özünüz də görürsüz ki, bəzən istək rəqibin bütün üstünlüklərini unutdurur.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar