08 iy 12:32olke

Elşad Əhmədov “üçlük” yox, “yuxarı pillələrdən biri” deyir


“Səmədovun transferi ağlımızdan keçmişdi, elə-belə söhbətimiz olmuşdu”
Bazarda futbolçu qoymayan “Sabah” gündə bir oyunçu ilə müqavilə bağlayır. Maşallah, yenilər arasında yığmanın sabiq və indiki futbolçuları, o cümlədən bacarıqlı sayıla biləcək legionerlər var. 7 yeni futbolçu ilə müqavilə bağlayan “tələbələr”in daha bir-iki nəfərlə güclənəcəyi deyilir.
Belədə əsas yük Elşad Əhmədovun üzərinə düşəcək. Baş məşqçi ixtiyarında olan aşağı-yuxarı eyni səviyyəli futbolçular arasında doğru seçim etməli, komandadakı sağlam mühiti qorumalı, qələbələri sıralamalı və ən vacibi, klub rəhbərliyini xoş nəticələrlə sevindirməlidi. Bunun nə dərəcədə real olacağını zaman göstərəcək. Hər halda, Əhmədovun qarşıda yetərincə vaxtı var. Dünən Elşad bəylə əlaqə saxlayıb, həmin dəyərli vaxtının 10 dəqiqəsini bizə ayrmağı xahiş etdik.
- Hazırlıq prosesinin gedişi ürəyinizcədi?
- Hər şey yaxşıdı, qaydasındadı. Öncədən nəzərdə tutduğumuz plan var ki, ona uyğun addım atırıq. İyunun 17-də Bakıda bir araya gəldik. İlk bir həftədə əsas məqsəd futbolçuların tədricən bir araya gəlməsi və tibbi baxışdan keçməsiydi. Növbəti bir həftəlik tsikl ümumi dözümlülüyə hesablanmış fiziki hazırlıq məşqləriydi. İyulun 1-dən isə ikihəftəlik toplanışa başladıq. Buna əsas mərhələnin başlanğıcı da deyə bilərik. Gündə iki dəfə məşq etməklə qarşıdakı yoldaşlıq görüşlərinə və çempionata hazırlaşırıq.
- Hamı düşərgədədi?
- Bəli, hamı gəlib.
- Zədədən əziyyət çəkən(lər) var?
- Şükürlər olsun ki, ciddi zədəsi olan yoxdu. Bəzən kimsə ağrılar hiss etdiyinə, yaxud səhhətində problem olduğuna görə hansısa məşqi buraxa bilər, normaldı.
- Rəşad Eyubov gəlib?
- Rəşad çoxdan gəlib. Yığmanın oyunlarına görə istirahət etməmişdi deyə ona əlavə vaxt vermişdik. Həmin müddət başa çatan kimi komandaya qoşuldu.
- Bakıda iki yoldaşlıq görüşü ilə kifayətlənəcəksiz?
- Bəli. İyulun 6-da “Əlincə Arena”da “Zirə”ylə oynayırıq, ayın 13-də Sumqayıtda yerli komanda ilə.
- Futbolçular istirahətdən hansı durumda qayıdıblar?
- İlk həftədə müəyyən əskikliklər vardı. Əsasən də Saşa Stamenkoviçdə hiss olunurdu. İndi maşallah, formaya düşüblər.
- Maşallah, “Sabah” transferlərdən doymur. İstədiyiniz futbolçuları əldə edə bilmisiz, yoxsa gözünüz hələ yoldadı?
- Bildiyiniz kimi, mövsüm başa çatandan sonra komandanı 7 nəfər tərk etdi. Onların boşluğu, demək olar, aradan qaldırılıb. 4 yerli, 3 əcnəbi futbolçu ilə güclənmişik. Bir-iki gənc var, onlarla maraqlanırıq. Ümumilikdə transfer məsələsini qapanmış saya bilərik.
- Yeni futbolçu(lar) olmayacaq?
- Çox güman, yox.
- Bəs Aleksandr Səmədov?
- Aktual mövzu deyil.
- Ümumiyyətlə, belə bir söhbət olub? “Sabah” Səmədovla maraqlanıb?
- Səmədovun transferi ağlımızdan keçmişdi, elə-belə söhbətimiz olmuşdu. Amma dərinə gedilməmişdi.
- Mayda 5 nəfərlə yollar ayrılmışdı. Sonradan nə oldusa, daha iki nəfər – Elgün Nəbiyevlə Erik Ramos da gedənlərin siyahısına qoşuldu. Nə baş verdi?
- Elgün bizim futbolçudu, icarəyə verilib. Açığı, belə olmasını özü istədi. Elgün daim oynamaq istəyir. Biz sağ və sol cinah yarımmüdafiəçiləri ilə güclənəndən sonra Nəbiyev ehtiyatda oturmaq istəmədiyindən başqa komandada oynamaq həvəsinə düşdü. Biz isə Elgünün inkişafına mane olmaq istəmədik. Bu dəqiqə oynamaq vaxtıdı. Sadəcə, rəqabət güclü olan yerdə heç də hər dəfə meydana çıxmaq şansın olmur. Ramosa gəlincə, onun da qalmaq söhbəti vardı. Komandaya lazımlı futbolçudu. Lakin həmin yerdə - dayaq yarımmüdafiəçisi mövqeyində daha çox limitə düşən gənc futbolçuya şans vermək istəyirik. Bu yöndə axtarışlarımız gedir. Ola bilsin, hansısa gənclə müqavilə bağladıq.
- Ötən mövsümü zədə səbəbindən boşa verən Ruslan Abışovun durumu necədi?
- Ruslanı hamımız tanıyırıq. Peşəkardı, çalışqandı, öz üzərində işləməyi sevir. Əsas odu, futbolu sevir və meydanda olmaq üçün işləyir. İnşallah, çempionata qədər tam istədiyimiz Ruslanı görərik.
- Müdafiənin mərkəzində Ruslan Abışov, Kərim Diniyev, Filip İvanoviç, Bəhlul Mustafazadə var. Çox güman, hər oyunda onlardan ikisi ehtiyatda qalacaq. Seçim etmək çətin olmayacaq?
- Təbii ki, çətin olacaq. Sağlam rəqabətin olması yaxşıdı. Daha çox çalışacaqlar, bununla da “artıracaqlar”. Bu cür hallar yaşananda baş məşqçinin çətinliklə üzləşməsi normaldı. Hətta “Barselona”nın baş məşqçisi də hansı ulduzun oynayıb, hansının ehtiyatda qalması üzərində “baş sındırır”. Bizim işimiz prosesləri diqqətlə izləyib, seçim etməkdi.
- Hendrik Eksteyn oyun qurucusu olmaqla yanaşı, həm də bacarıqlı vingerdi. Siz onu hansı mövqedə görürsüz?
- Dediyiniz mövqelərin hər birində bacarıqla çıxış edə bilir. İndidən nəsə demək çətindi. Harda ehtiyac duyulsa, orda da oynayacaq. Lazım gəlsə, qapıçı da durar.
- Amadu Diallo hücumçu olsa da, 2017-nin yayından bu yana Fransa “Red Star”ının heyətində cəmi 5 qola imza atıb. Sizcə, zəif göstərici deyil?
- Diallo əsasən vinger kimi çıxış edir, sırf “9 nömrə” deyil. Hər iki cinahda oynamaq bacarığı var. Ona görə də qol sayı azdı. Özünüz də bilirsiz ki, cinah yarımmüdafiəçiləri əsasən hücum qurmaqla, qol ötürmələri verməklə diqqəti çəkirlər.
- Bəs hücumçu məsələsi necə olacaq? Yenə Marko Deviçin ümidinə qalacaqsız?
- Variantlarımız var, narahatlığa ehtiyac yoxdu. Məsələn, Kubembanın özü də hücumçu kimi oynaya bilir.
- Hədəf nədi?
- Qarabağı almaq. Bilirsiz ki, həyatda ən əsas hədəfim, ən böyük arzum budu.
- Bəs futbolda, çempionatda?
- Klubun adından və yürüdülən siyasətdən də məlum olduğu kimi, başlıca hədəf gənc futbolçuların üzə çıxarılması, ölkə futboluna qazandırılmasıdı. Bacardığımız qədər onlara dəstək olmağa çalışacağıq. Necə ki, ötən mövsüm bir neçə gəncə şans vermişdik. Çempionatdakı hədəfdən danışmalı olsaq, bu qədər futbolçu transfer edilib. Yerimizdə saymaq fikrimiz yoxdu. Çalışacağıq ki, mövsümü üst pillələrin birində başa vuraq.
- Rəhbərlik qarşınıza konkret ilk “3-lük” tələbini qoyub?
- Bu barədə söhbətimiz olub. Lakin konkret pillə söhbəti etməmişik. Dediyim kimi, üst pillələrin birini tutmalıyıq.
- Gənc futbolçuların üzə çıxarılmasının əsas hədəflərdən biri olduğunu dediz. Maraqlıdı, bu qədər adlı-sanlı futbolçuların yanında onlar necə oynayacaq, nə vaxt üzə çıxacaqlar?
- Şakir Seyidov “11-lik”də yer alan gənclərdən biri olacaq. Emil Qasımov da var. Daha bir-iki nəfəri götürəcəyik. Aşağı yaş qruplarından da gələnlər olacaq. Ötən mövsüm “Neftçi” və “Qarabağ” kimi rəqiblərlə oyunlarda gəncləri meydana buraxmışdıqsa, yenə elə olacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar