08 iy 12:28olke

“Səbail”in debüt oyunu finlandiyalılara tapşırıldı

“Səbail”in debüt oyunu finlandiyalılara tapşırıldı
“Universitatya”nı izləmək 1-3 manata başa gələcək
Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də, saat 20.00-da “Bayıl Arena”da baş tutacaq “Səbail” – “Universitatya” (Rumıniya) qarşılaşmasına təyinatlar açıqlanıb. “Dənizçilər”in debüt görüşü Finlandiyadan olan hakimlər briqadasına həvalə edilib. Matçda ədaləti Ville Nevalaynen qoruyacaq. Ona Mikko Alakare və Mika Lamppu kömək edəcəklər. Atte Jussila dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın UEFA nümayəndəsi fransalı Patrik Vattebled olacaq. Hakimlərin işinə isə xorvatiyalı Miroslav Vitkoviç qiymət verəcək.
Qeyd edək ki, Nevalaynen Azərbaycan komandalarına tanış sima deyil. Finlandiyalı referi karyerasında ilk dəfə təmsilçimizin görüşündə ədaləti qoruyacaq. Ancaq bu, 35 yaşlı referinin ölkəmizə ikinci səfəri olacaq. Çünki Nevalaynen 2016-cı ildə Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatına təyinat alan referilər arasında yer alıb. O, həmin turnirdə qrup mərhələsinin üç, 1/4 finalın isə bir görüşündə fit çalıb. Ümumiyyətlə, beynəlxalq arenada elə də böyük təcrübəsi olmayan Ville Nevalaynen 2014-cü ildən FİFA referisidi. O, daha çox aşağı yaş qrupu üzrə komandaların iştirakıyla gerçəkləşən qarşılaşmalara təyinat alıb. Çempionlar Liqası və Avropa Liqasında əsasən təsnifat mərhələlərində oyunlar idarə edən finlandiyalı ötən mövsüm ilk dəfə Avropa Liqasının qrup görüşünə təyinat alıb, "Akhisar" - "Krasnodar" (0:1) matçında fit çalıb. "Səbail" - "Universitatya" qarşılaşması onun beynəlxalq arenada 32-ci matçı olacaq.
Yeri gəlmişkən, “Səbail” – “Universitatya” oyununun biletləri satışa çıxarılıb. Bu haqda “Səbail”in mətbuat xidməti məlumat yayıb. Qarşılaşmaya olan biletlərin qiyməti 1-3 manat aralığında dəyişir.
Bu arada "Səbail"in ulduz futbolçusu Maykl Essyen yenidən İngiltərəyə qayıda bilər. Bu iddia ilə Britaniya mətbuatı çıxış edib. Bildirilir ki, "Çelsi"nin yeni baş məşqçisi Frank Lempard 37 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdı. Ancaq gənc çalışdırıcı onu futbolçu yox, məşqçi kimi yanına aparmaq niyyətindədi. "Səbail"lə müqavilə müddəti 2019/20 mövsümünün sonuna qədər olan qanalı məhz gələn ilin yayında "Çelsi"yə məşqçi təyin oluna bilər. Lempardın "Çelsi"yə təyinatından sonra sabiq komanda yoldaşları sosial şəbəkə vasitəsilə onu təbrik edib. Təbrik edənlər arasında Essyen də var. O, keçmiş yarımmüdafiəçinin evinə qayıtdığını görməkdən qürur duyduğunu vurğulayıb.
Qeyd edək ki, Maykl Essyen və Frank Lempard 2005-14-cü illərdə "Çelsi"də çiyin-çiyinə çıxış ediblər.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar