08 iy 12:21olke

Aylton gəldi, “3”ü seçdi


“Həmişə fikirləşirdim ki, Azərbaycana qayıtsam, yalnız “Qarabağ”da oynayacam”
“Qarabağ” Xayme Romerodan sonra növbəti transferini rəsmiləşdirdi. Əslində Aylton Silvanın ağdamlılarla anlaşdığını xəbər vermişdik. Sadəcə, müqaviləyə qol çəkməsi qalırdı ki, bu da baş tutub. Almaniya “Ştutqart”ına məxsus olan 24 yaşlı sol cinah müdafiəçisi ilə birillik icarə müqaviləsi bağlanıb. Aylton artıq nömrə seçimini də edib. “Sambaçı” yeni komandasında uzun müddətdi boş qalan “3”ü geyəcək.
Yeni transfer “Qarabağ”a keçidi ilə bağlı fikirlərini klub saytına açıqlamasında dilə gətirib. Sən demə, Aylton Azərbaycanda yalnız “Qarabağ”da oynamağı arzulayırmış: "Qarabağ”a gəldiyim üçün çox xoşbəxtəm, klubun hədəflərindən xəbərim var və əsas məqsədim Çempionlar Liqasının qrupuna gedən yolda komandama kömək etməkdi. Vaxtilə Azərbaycanda oynamışam, hələ o vaxt “Qarabağ”la danışığımız olmuşdu. Təəssüf ki, yarımçıq qalmışdı. Həmişə fikirləşirdim ki, Azərbaycana qayıtsam, yalnız “Qarabağ”da oynayacam. Çünki “Qarabağ”la avrokuboklarda oynamaq şansı daha çoxdu və daha çox diqqət mərkəzində olursan”.
Aylton “köhlən atlar”ın oyun tərzind’n və komandadakı rəqabətdən danışıb. Onun əsas hədəfi əsas heyətin daimi üzvünə çevrilməkdi. Vild-Donald Geryenin də çıxış edəcəyi komandada nə dərəcədə hədəfə çatacağını zaman göstərəcək: “Qarabağ”ın hücum, baxımlı futbol oynadığını bilirəm. Komandanın daha çox topa sahib olması xoşuma gəlir. Yeni komandamın oyunlarını izləyirdim. Cinah müdafiəçiləri hücumlarda müntəzəm iştirak edir. Burda əlimdən gələni edəcəm ki, ötürmələrimlə və qollarımla komandama kömək edim. Bura ehtiyatda oturmaq üçün yox, oynamaq üçün gəlmişəm. Məşqlərdə var gücümlə çalışacam ki, oyunlarda verilən şanslardan maksimum istifadə edib, əsas heyətin üzvünə çevrilim”.
Braziliyalı ən qısa zamanda tam hazır olmaq üçün əlindən gələni edəcəyini bildirib: “Komanda yoldaşlarımın hansı fiziki durumda olduğunu deyə bilmərəm, mən son iki həftədə “Ştutqart”ın məşqlərində iştirak etmişəm. Düzdü, hələ tam hazır deyiləm, ancaq qısa zamanda tam hazır olacağıma ümid edirəm. Avrokuboklarda ilk oyunu cəza səbəbindən buraxacağıma görə çox məyusam. İlk matçdan məşqçinin ixtiyarında olmaq istərdim. Amma nə etmək olar? Cavab görüşündə meydanda olmaq üçün var gücümlə çalışacam”.
Vaxtilə “Neftçi”nin formasını geymiş “sambaçı” komandaya uyğunlaşmaqda problemlə üzləşəcəyini düşünmür. Buna səbəb isə vaxtilə “ağ-qaralar”ın heyətində çiyin-çiyinə oynamış, həmçinin ispan və braziliyalı futbolçularla yenidən komanda yoldaşı olmasıdı: “Azarkeşlər komanda üçün meydanda hər şeyini ortaya qoyacaq, avrokuboklarda uğur qazanmaq üçün əlindən gələni edəcək Aylton görəcəklər. Avrokuboklarla yanaşı, həm ölkə çempionatında, həm də kubokda da uğurlu nəticələr qazanamaq istəyirəm. Özümü tam bu uğurlara kökləmişəm. Komandaya gəlməmiş Riçard Almeydayla danışdım, o burda gözəl ab-havanın olduğunu bildirdi. Komandada 3 ispanın və Riçardın olması oxşar dil baxımından tez uyğunlaşmağıma kömək edəcək. Bununla yanaşı, Araz Abdullayev və Rahil Məmmədovla birlikdə oynamışam. Ümid edirəm ki, komandama ən qısa zamanda uyğunlaşacam”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar