08 iy 12:04olke

“Zirə” danışıq apardığı futbolçularla razılaşa bilmir

“Zirə” danışıq apardığı futbolçularla razılaşa bilmir
Ötən mövsüm hədəfinə çata bilməyən komandalardan biri də “Zirə” oldu. Qarşısına avrokuboklara düşmək məqsədi qoyan “qartallar” kubokun yarımfinalında “ilişdi”. Çempoinatda isə 5-ci olan qəsəbə təmsilçisi ümidini yeni “futbol ili”nə bağlayıb. Hələ 2018/19 mövsümü başa çatmamış Samir Abasovun komandadan gedəcəyi ilə bağlı şayiələr dolaşırdı. Lakin klub rəhbərliyi belə düşünmürmüş və gənc mütəxəssislə yola davam etməyə qərar verdi. Bu isə o anlama gəlirdi ki, heyətdə ciddi islahatlar aparılacaq. Gözlənildiyi kimi də oldu. Qəsəbə təmsilçisi nə az, nə çox – düz 13 futbolçu ilə yolları ayırdı. Doğrudu, onların hamısının müqaviləsinin müddəti başa çatmışdı. Lakin “Zirə” işbirliyinin uzadılması baxımından da futbolçulara təklifdə bulunmadı. Yalnız Bilal Həmdinin gedişi daha çox futbolçunun öz istəyi ilə oldu. Belə ki, onun yeni müqavilə üçün tələbləri, daha dəqiqi, aldığı sərfəli təklif “qartallar”ı geri çəkilməyə məcbur etdi. Məlum olduğu kimi, Həmdi “Səbail”lə anlaşdı. Onu da qeyd edək ki, “Zirə”dən ayrılan 13 nəfərdən 7-si özünə yeni klub tapıb. Qalanı isə hazırda azad agent statusuna malikdi.
Göndərilənlərin əvəzində 5 yeni futbolçu transfer edildi. Nicat Süleymanov “Qarabağ”dan icarəyə götürüldüsə, “Sumqayıt”dan Elvin Məmmədov, “Qəbələ”dən isə Cavid Hüseynovla Elvin Camalov heyətə qatıldı. “Qartallar” hələ ki yalnız bir legionerlə güclənib. O da Kamal Bayramovun gedişindən sonra ciddi ehtiyac yaranan “çərçivə qoruyucusu”du. Son klubu Serbiya "Baçka"sı olan Boyan Zaqoviç artıq qəsəbə təmsilçisinin uğurları üçün çalışacaq. Bundan başqa, 5 legionerlə - Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqruca, Adrian Skarlatake və Xulio Sezar Rodrigeslə müqavilənin müddəti uzadılıb.
Ancaq aydın məsələdi ki, bunlarla kifayətlənmək olmaz. Yoxsa komanda mövsüm boyunca əziyyət çəkəcək, ciddi hədəf uğrunda mübarizə apara bilməyəcək. Samir Abasov ötən saylarımızdan birinə açıqlamasında iki legionerlə danışıq apardıqlarını demişdi. Çalışdırıcı onlardan birinin hücumçu, o birinin isə mərkəz müdafiəçisi olduğunu da qeyd etmişdi. Əldə etdiyimiz məlumata görə, onlardan biri Avropadan, digəri isə Okeaniyadandı. Aradan təxminən 15 günə yaxın vaxt keçsə də, “Zirə”nin yeni futbolçuyla anlaşması ilə bağlı bir xəbər yoxdu. Odu ki, dünən qəsəbə klubunun meneceri Elman Himayətoğlu ilə əlaqə saxladıq. O, sözügedən futbolçulardan hələ də razılıq almadıqlarını bildirdi. Təbii, prosesin ləngiməsi komandanın ziyanınadı. Bəlkə də legionerlər danışıqları yubandırıb “Zirə”nin Türkiyədəki toplanışına gəlmək fikrindədilər. Zaman-zaman əcnəbilərin belə “təcrübədən yararlanmasının” şahidi olmuşuq. Xatırladaq ki, “qartallar” qradaş ölkəyə iyunun 20-də yollanacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar