08 iy 11:53olke

Arveladze qardaşlarının sevimlisi xatirələrini “Futbol+”lə bölüşdü


Ramin Abışov: “Gördüm Fuad Musayevin başı qarışıb, cəld yeməkxanadan yox oldum”
Futbolla yaxından maraqlananlar, yəqin ki, Ramin Abışov adlı futbolçunu xatırlayır. Xatırlamayanlar üçün qısa xatırlatma edim ki, vaxtilə “Şəfa”nın, “Kimyaçı”nın və “MKT-Araz”ın şərəfini qoruyub. Yığma səviyyəsində isə U-21-ə qədər bütün yaş qrupu üzrə millilərdə çıxış edib. Onu həmyaşılarından fərqləndirən əsas məqam ötən əsrin 90-cı illərində AFFA tərəfindən “Trabzonspor”un düşərgəsinə göndərilən iki yeniyetmədən biri olmasıdı. Uzun müddətdi futboldan kənar düşən Abışovla bugünlərdə görüşüb, həm Türkiyədəki günlərindən danışdıq, həm də müasir futbolun durumunu müzakirə etdik.
- Futbolda ilk addımlarımı 9 yaşımda atmışam. İlk məşqçilərim rəhmətlik Tofiq Rzayevlə bu gün “Sumqayıt” akademiyasında çalışan Ağamusa Bağırov olub. O vaxt biz Bakı birinciliyində çıxış edirdik. Oyunumla yığma məşqçilərinin də diqqətini cəlb edə bilmişdim. U-15-in heyətində olarkən artıq mənlə türklər maraqlanmağa başladılar. Bir gün bizi – 10 yeniyetməni AFFA-ya dəvət etdilər. Rəhmətlik Furad Musayev bizlə görüşdü və “Trabzonspor”un akademiyasına gedəcəyimizi bildirdi. Təxminən 3 ay klubun akademiyasında baxışda olduq, həmyaşıdlarımızla birgə məşq etdik. 3 aydan sonra hamımız geri döndük. Müəyyən vaxtdan sonra məni və komanda yoldaşım Ramin Hüseynovu yenidən AFFA-ya çağırdılar. Musayev 10 nəfərdən yalnız ikimizin türklər tərəfindən bəynildiyini bildirdi. Və beləcə biz üçilliyə “Trabzonspor”a yollandıq.
- 15 yaşda qərib ölkəyə yollanmaq, evdən, yaxınlardan uzaq düşmək çətin deyildi?
- Əlbəttə, çətin idi. O yaşda dost-tanışlardan, bir yerdə böyüdüyün uşaqlardan, qohumlardan və ən əsası valideynlərdən ayrı qalmaq çox çətin idi. Ancaq vaxt ötdükcə öyrəşdik, özümüzə yeni dostlar tapdıq, mühitə uyğunlaşdıq. Həmin vaxt “Trabzonspor”un əsas komandasında Şota və Arçil Arveladzelər çıxış edirdilər, onlar da ilk vaxtlar bazada qaldıqlarından, hər həftənin istirahət günlərində Raminlə mən qardaşlara qarşı kiçik meydanda iki-ikiyə futbol oynayırdıq. Onlar bilirdilər ki, biz Azərbaycandanıq və bir qafqazlı kimi bizə həmişə mehriban münasibət bəsləyirdilər. Bir dəfə səhv etmirəmsə, Şotanın uşağı gecə vaxtı xəstələnmişdi. Halı heç də yaxşı deyildi, ata-ana da bərk həyəcanlanmışdılar. Təcili yardım çağırmaq lazım idi. Onlar türk dilində hələ tam danışa bilmədiklərindən bu missiyanı mən üzərimə götürdüm və həkimlərə təcili hansı ünvana gəlməli olduqlarını bildirdim. Həkimlərin müdaxiləsindən sonra uşaq düzəldi və həmin gündən hər iki qardaş bizimlə daha mehriban oldular. Biz ora gedəndən təxminən 8 ay sonra Vyaçeslav Lıçkin “Trabzonspor”a transfer olundu. Onun orda olması da bizə hardasa təsəlli idi.
- Türk həmyaşıdlarınız sizi necə qəbul etdi?
- Sağ olsunlar, ilk gündən bizə özünkü kimi münasibət göstərdilər. Heç bir ayrı-seçkilikdən söhbət gedə bilməzdi. Məşqçilərimiz də “bunlar bizim azəri qardaşlarımızdı” deyib, hər işdə yardımçı olurdular.
- Orda olduğunuz illər ərzində sizə klub tərəfindən evə gəlib-getməyə imkan yaradılmışdı?
- Hər mövsümün sonunda 3 həftəlik tətilimiz olurdu və biz də həmin müddətdə Azərbaycana gəlirdik. Bütün bunlar AFFA ilə “Trabzonspor” arasında imzalanan müqavilədə əksini tapmışdı. Bundan başqa, rəhmətlik Fuad Musayev də hər dəfə Türkiyəyə gələndə bizlə görüşür, durumumuzla maraqlanırdı. Ümumiyyətlə, Fuad müəllim həm mənim, həm də Hüseynovun xətrini çox istəyirdi. Yaxşı kişi idi, Allah ona rəhmət eləsin. Bir çoxları - tanınmış məşqçilər, adlı-sanlı futbolçular ondan çəkinirdilər. Ancaq biz onun yanında çox sərbəst idik. Bizimlə elə ünsiyyət qururdu ki, hər sözümüzü deyə bilirdik. Bir də yığmaların oyunlarıyla bağlı ildə bir neçə dəfə Bakıya gəlirdik.
- Yığmalardan söz düşmüşkən, U-21-ə qədər bütün yaş qrupları üzrə millilərin şərəfini qoruyan tək-tük futbolçulardan birisən. Sizin vaxtınızın aşağı yaş yığmaları ilə indikləri müqayisə edə bilərsən?
- Ən gözəl müqayisə statistikadı. Göstəricilərə, bizim beynəlxalq oyunlardakı nəticələrimizə baxsaz, reallığı görə bilərsiz. U-17-nin heyətində Avstriyada Avropa çempionatının seçmə mərhələsində iştirak edirdik. Bizlə yanaşı, qrupda meydan sahibləri, Yunanıstan və Gürcüstan yer almışdı. İlk görüşdə yunanlarla, ikinci qarşılaşmada isə Avstriya ilə heç-heçə etdik. Qrupdan çıxmaq üçün gürcüləri udmalıydıq. Həmin matçda 90 dəqiqə üstün oynadıq, rəqibi öz qapısına sıxdıq, təəssüf ki, bizə lazım olan qolu vura bilmədik. Son saniyələrdə gürcülər heç nədən qol vurub bizi növbəti mərhələdən etdilər. Yeri gəlmişkən, bizim xal aldığımız Yunanıstan sonradan Avropa çempionatında ikinci yeri tutdu. Siz gürcülərlə görüşdən sonra Musayevi görərdiz... O qədər əsəbi idi ki, bıçaq vursaydın, qan çıxmazdı. Kişini əməlli-başlı dilxor etmişdik. Elə özümüz də çox üzüldük. Bütün 90 dəqiqəni təkqapı oyna, ancaq sonda sevinən tərəf rəqib olsun. Həmin oyundan sonra yaşanan daha bir maraqlı hadisəni sizə danışmaq istəyirəm. Gürcülərlə qarşılaşmanın ertəsi səhər yeməyini yeyib, hava limanına yollanmalıydıq. Komanda üzvləri təyin olunan vaxtda yeməkxanada toplaşıb, bizə ayrılan masalarda yerimizi tutduq. O vaxt indiki kimi deyildi. İsveç masası olmurdu. Ofisiant yaxınlaşırdı və yeməklərin adını çəkirdi. Sən də nə istəyirdin, sifariş verirdin. Nə isə, ofisiant mənə yaxınlaşdı, yeməklərin adlarını sadalamağa başladı. Mən də sosiskanı çox sevdiyimdən, onun adını eşidən kimi ofisianta hərəyə bir dənə də sosiska sifariş etdim. Ağlım gedib bizim gördüyümüz sosiskalara, mən nə bilim, Avstriyada sosiska, kolbasa bir qədər fərqli olur. Ofisiant bizdən aralanıb gedən kimi, Fuad müəllim yeməkxanaya girdi və gəlib mənim yanımda oturub meyvə salatı sifariş etdi. Onun salatını verəndən sonra bir də gördük 6-7 nəfər yeməkxanaya yekə toy qazanına oxşar qazan gətirirlər. Hamı təəccüb içindədi, o cümlədən Musayev də. Tərslikdən qazanı da gətirib düz mənim və onun yanına qoydular. Fuad müəllim tərcüməçi vasitəsilə bunun nə olduğunu soruşdu və məlum oldu ki, qazandakı sosiskadı və hərəsinin də çəkisi az qala bir kiloqramdan çox. Musayev çox əsəbləşdi və bunu kimin sifariş etdiyini soruşdu. Uşaqlar qorxusundan sakit dayanıb başlarını aşağı dikmişdilər. Açığı, mən də qorxmuşdum, bilmirdim nə edim. Axırda gördüm sakit dayanmaqdan bir şey çıxmayacaq, AFFA prezidenti də əl çəkmir, ayağa durub “mən demişəm” söylədim. Onu da əlavə etdim ki, mən bilmirdim bunların sosiskası belə yekə olur. Fuad müəllim acığa düşüb mənə “hamısını sən yeyəcəksən” deyib başımın üstünü kəsdirdi. O biri uşaqlar fürsətdən istifadə edib aradan çıxdılar. Qaldım tək. O boyda sosiskanı yemək olar? Birini zor-güc yeyib, gördüm Musayevin başı qarışıb, cəld yeməkxanadan yox oldum. Belə işlər də başımıza gəlib (gülür). Bunun hamısı da dünyagörüşümüzün olmamasından qaynaqlanırdı. İndiki gənc və yeniyetmələr yığması ilin 12 ayı toplanışlar üçün xaricə yollanır. O vaxt isə belə deyildi. İtaliya ilə Neapolda heç-heçə etmək, bilirsiz, nə demək idi? Ertəsi bütün İtaliya mediası bizim komandadan yazdı, qapıçımız Fərhad Vəliyevin seyvlərini və qutarışlarını qeyd etdilər. Həmin vaxt italyanların iki klubu Fərhada görə Musayevlə əlaqə saxladılar. Ancaq danışıqların sonrasından xəbərim olmadı.
- “Trabzonspor”dan sonra vətənə qayıtdın. Həmin vaxt Türkiyəya və ya Avropaya yollanmaq variantı yox idi?
- Var idi. Həm Türkiyədən, həm də Avropadan klublar bizlə maraqlanmışdı. Ancaq bütün hüququmuz AFFA-da olduğundan bu işlər assosiasiya rəhbərliyi səviyyəsində həll ounurdu. Belə deyim, bizə nə deyirdilər, o addımı da atırdıq.
- Karyeranı erkən başa vurmağın nə ilə bağlıdı?
- Bir müddət “Şəfa”da, sonra isə “Kimyaçı”da çıxış etdim. Ondan sonra “MKT-Araz”za yollandım. Avrokuboka vəsiqə qazandığımız il çox ağır zədə aldım. Əməliyyat olsam da, ağrılar qalmaqda idi. Oynamaq istəyirdim, ancaq görürdüm ki, əvvəlki kimi deyiləm. Zədədən geri qayda bilməyəcəyimi görüb, butslarımı mismardan asmağa qərar verdim.
- Sənin həmyaşıdlarının, birgə oynadıqlarının əksəriyyəti indi də futboldadılar. Sən isə kənardasan. Özün istəmirsən futbol sahəsində çalışmağı, yoxsa başqa səbəb var?
- Bu gün elita klublarının “sükanı arxasında” olan Aftandil Hacıyev, Ayxan Abbasov, müxtəlif yaş qruplarında çalışan bir çox həmyaşıdlarımla yığmada, klublarda çiyin-çiyinə oynamışıq. Onların hamısına görə çox şadam. Mən sanki futboldan iyrəndim. Bir ara çalışmaq istəyirdim, hətta bir-iki gün işə də çıxdım. Ancaq hiss etdim ki, bəziləri mənim işləməyimə sevinirsə, aralarında bunu xoş qarşılamayanlar da var. Ona görə də bir daha futbola dönməyəcəyimi qətiləşdirdim. Artıq yaş da keçib, bundan sonra məşqçi kimi çalışa bilmərəm. Bu yaşda əsəblərimi qorumaq daha vacibdi. Lixtenşteynə uduzan gənclik yetişir. Onlarla hara getmək olar?
- Səncə, bunun səbəbi nədi? İstedadsız nəsil, yoxsa bacarıqsız məşqçilər?
- Uşaqları qınamıram. Əksər klublarda da futbolçu yetişdirmək üçün şərait var. Fikrimcə, bütün məsuliyyət məşqçilərin üzərindədi. Bu gün müxtəlif yaş qrupu üzrə millilərin heyətlərinə baxıram. Heyətin 99 faizi Bakıda məskunlaşan klubların futbolçularından qurulub. Seleksiyaçılar, yığma məşqçiləri niyə ancaq Bakıdakı komandaları izləyirlər? Azərbaycan bəyəm tək Abşeron yarımadasından ibarətdi? Özlərinə əziyyət verib bölgələrə yollansınlar, şərqə, qərbə, cənuba, şimala baxsınlar. 10 milyonluq Azərbaycan xalqının, tutaq ki, yarısı paytaxt və ona yaxın ərazilərdə məskunlaşıb. Yerdə qalan 5 milyonun arasından 5 istedadlı uşaq tapmaq bu qədər çətindi? Bizim vaxtımızda aşağı yaş üzrə millidə Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, Bərdədən, Qusardan və adını çəkmədiyim bir çox rayonlardan uşaqlar var idi. Yığma belə formalaşmalıdı, təkcə Bakı klublarına diqqət ayırmaqla iş bitmir.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar