06 iy 15:03olke

“Qarabağ” əla təsir bağışlasa da...


Rəşad, Qara və Bədavi zədəlidi
Çempionlar Liqasına hazırlaşan və növbəti dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləyən “Qarabağ” təlim-məşq toplanışını başa vurmaq üzrədi. İyunun 8-də Bakıda bir araya gələn, 10 gün sonra Avstriyaya yola düşən ağdamlılar bu mərhələdə əsas diqqəti yoldaşlıq görüşlərinə ayırdı desək, yanılmarıq.
Hələ vətəndə olarkən “Səbail”lə üz-üzə gəlib, 3:1 hesablı qələbəyə sevinən çempion daha 4 oyunu Avstriyada keçirdi. Öncə “Ludoqorets”ə 0:2 hesabı ilə məğlub oldu, ardınca “Universitatya” ilə heç-heçə oynadı, daha sonra “Ufa” üzərində qələbəyə sevindi. İyulun 2-də isə sonuncu, 5-ci matç baş tutdu. Rəqib, öncədən xəbər verdiyimiz kimi, Plzen “Viktoriya”sı idi. Həmin komanda ki, 3 il əvvəl Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində məhz “Qarabağ”a rəqib olub pley-offa adlayan tərəf olmuşdu.
Qurban Qurbanovun bu dəfə meydana buraxdığı “11-liy”in ötən görüşdəkindən ciddi mənada fərqləndiyini deyə bilmərik. Yalnız iki dəyişiklik diqqəti çəkirdi ki, Şahruddin Məhəmmədəliyevin əvəzinə Vaqner da Silva, Simeon Slavçevin yerinə Filip Ozobiç ilk dəqiqələrdən mübarizə aparırdı. Rəşad Sadıqov isə ardıcıl ikinci qarşılaşmanı kənardan izləmək məcburiyyətində qaldı. Buna səbəb kapitanın ayağında ağrılar hiss etməsidi. Görünür, baş məşqçi məsul oyunlar ərəfəsində risk etmək istəməyib. Sadıqovun “Partizani” ilə ayın 10-dakı oyuna qədər hazır olacağı gözlənilir. İlk dəqiqələrdən meydanda olub-olmayacağına isə Qurbanov qərar verəcək. Eyni sözlər Qara Qarayevə də aiddi. O da eyni səbəbdən srağagünkü matçda iştirak edə bilmədi. Bədavi Hüseynov isə çexlərə qarşı mübarizədə arxa əzələsində ağrılar hiss etdi. “Partizani”yə qarşı oynayıb-oynamayacağına həkimlər qərar verəcək.
“11-liy”ə qayıdaq: Vaqner da Silva, Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov, Abbas Hüseynov, Miçel, Riçard Almeyda, Abdulla Zubir, Filip Ozobiç, Dani Kintana, Mahir Əmrəli.
Oyuna üstün başlayan və bir neçə qol imkanı yaradan ağdamlılar bəzi imkanları boşa versə də, 41-ci dəqiqədə istəyinə çatdı. “Qarabağ”ın qol ümidi sayılan Mahir, nəhayət, təlim-məşq toplanışındakı 5-ci oyunda qol hesabını açdı. Rəqib müdafiəçinin diqqətindən yayınmaqla əla mövqe seçən yığma üzvü Riçardın qapı qarşısına ötürdüyü topu bir toxunuşla qapıdan keçirdi. Halbuki Əmrəli buna qədər də çex qapıçını məyus etmişdi. Sadəcə, yerli hakim 10-cu dəqiqədə fərqlənən “11 nömrə”nin qolunu qayda pozuntusu olduğunu əsas gətirib qeydə almamışdı.
İkinci hissənin əvvəlində də topa nəzarət edən və qol vurmağın yollarını axtaran “Qarabağ”lılar qola sevinən tərəf oldu. İnsaf naminə, həm qolun, həm də təşkilinin kifayət qədər baxımlı alındığını deməliyik. Yarımmüdafiəçi və müdafiəçilərin 9 ötürməsindən sonra top Zubirə göndərildi, “17 nömrə” topla xeyli irəliləyib hiyləgər ötürmə ilə Mahiri tapdı, o isə “mərmi”ni saxlamadan iti bucaq altından uzaq küncə göndərdi. Əsl çempion adına yaraşan hücum idi.
Hesabı yox, digər futbolçuların oyun təcrübəsini əsas tutan “Qarabağ”ın çalışdırıcısı fərq artandan sonra başqalarına da oynamaq imkanı yaratdı. Belədə növbə ilə gənclərdən Toral Bayramlı, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Elvin Cəfərquliyev, təcrübəlilərdən Araz Abdullayev, Simeon Slavçev və Xayme Romero meydana ayaq basdı. Bu dəyişikliklərdən sonra oyun intizamının pozulacağı gözlənilən idi ki, belə də oldu. Və həmin gənc Toralın ayağının büdrəyib yıxılmasından sonra “Viktoriya” 84-cü dəqiqədə Andrey Mixaliklə hesab arasındakı fərqi azaltdı. 1 dəqiqə 35 saniyə sonra növbəti, yəni bərabərlik qolu gəldi. Lakin budəfəki qol Vaqnerin ayağına yazılmalıdı. Braziliyalı qolkiper Dominik Yanoşekin 20-22 metrdən vurduğu topu dəf etməyə borclu idi.
Matçın bərabərliklə başa çatmasına baxmayaraq, “Qarabağ”, nəhayət, üzgüldürən və ümidverən oyunla yadda qaldı. Komandanın “Partizani” ilə matçöncəsi formaya düşdüyü hiss olunur. Xətlərarası əlaqə, pressinq, topa nəzarət qaydaya düşməkdədi. Yeganə üzücü məqam ağdamlıların qapısının toxunulmazlığını qoruması ilə bağlı üzləşdiyi çətinlikdi. 5 qarşılaşmada 7 qol vuran “köhlən atlar” öz qapısında 6 top görüb ki, bu məqam istər Qurban Qurbanovu, istərsə də azarkeşləri narahat etməyə bilməz.
Oyundan sonra “Qarabağ”ın baş məşqçisi ilə “Viktoriya”nın futbolçuları matçla bağlı düşüncələrini dilə gətiriblər.
Qurban Qurbanov: "Yaxşı oyun alındı. Görüşün 2:2 başa çatmasına baxmayaraq, oyunda istədiyimiz çox şey alındı. İkinci hissədə çox dəyişiklik etdik, oyunun balansı bir az pozuldu. Son matçımız idi, oyundan-oyuna daha da yaxşı performans göstərdik. İkigünlük istirahətin ardından "Partizani"ylə qarşılaşmanın hazırlığına başlayacağıq".
Andrey Mixalik: “Qarabağ”a topa nəzarətdə bizi üstələyirdi, ona görə də üstün görünən tərəf onlar idi. Lakin son 15 dəqiqədə toparlanmağı bacardıq. Bunun nəticəsində 2 qol vurub, məğlubiyyətdən qaçdıq. Vurduğum qola gəlincə, topu götürən kimi qapıçıya baxdım, onun irəli çıxdığını gördüm. Dərhal topu başının üstündən aşırmağı qərara aldım. Bunun üzərində məşqlərdə çox çalışmışdım deyə, zərbəm istədiyim kimi alındı”.
Dominik Yanoşek: “İlk hissəni ehtiyat oyunçular skamyasından izlədim. Deyərdim ki, “Qarabağ” üstün idi və özünü ən yaxşı tərəfdən göstərirdi. Lakin matçın sonlarına yaxın üstün görünən tərəf biz idik. Heç-heçənin ədalətli nəticə olduğunu deyərdim. Qol vurduğuma görə sevinirəm. Amma bunu hər dəfə etmək lazımdı, bu cür davam etməliyəm. Yaxşı zərbəmin olduğunu deyirlər. Ona görə də tez-tez cərimə meydançasının kənarından bəxtimi sınayıram. Çalışacam bu bacarığımdan həmişə istifadə edim”.
Zdenek Beçka: “İlk hissədə heç cür istədiklərimizi həyata keçirə bilmədik. Oyun düşündüyümüz kimi getmirdi. Fasiləyə yaxın başqa modeldən yararlansaq da, nədənsə yenə alınmırdı. Rəqib kifayət qədər aqressiv görünürdü deyə, üstünlüyü əldən vermirdilər. İkinci yarıda ənənəvi taktiki düzülüşümüzə - 4-2-3-1-ə qayıtdıq. Bundan sonra nisbətən özümüzə gəldik. Əvəzetmələrdən sonra isə meydanda dominantlıq edən tərəf idik. Ehtiyatda qalan uşaqlar özlərini göstərmək üçün alışıb-yanırdılar. Oyuna hədsiz istəkli qoşuldular ki, bu da yekun nəticədə özünü göstərdi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar