06 iy 14:56olke

Qurbanov Şehiçi istəyir, Reynaldo “İrtış”la anlaşdı

Qurbanov Şehiçi istəyir, Reynaldo “İrtış”la anlaşdı
Yay hazırlığı dönəmində hələ ki yalnız Xayme Romero ilə güclənən “Qarabağ” bununla kifayətlənmək niyyətində deyil. Baş məşqçi Qurban Qurbanovun siyahısında xeyli sayda futbolçunun adı var ki, təcrübəli mütəxəssis namizədləri gözdən keçirsə də, qərar verməyə tələsmir. Buna baxmayaraq, növbəti futbolçunun keçidinə “hə” deyib.
Bu, ötən saylarımızın birində xəbər verdiyimiz kimi, Aylton Silvadı. 2015/16 mövsümündə 32 çempionat, 5 ölkə kuboku, 2 avrokubok oyununda “Neftçi”nin formasını geymiş braziliyalı xeyli vaxtdı ağdamlıların maraq dairəsindədi. Sadəcə, həm agenti, həm də məxsus olduğu “Ştutqart” ilə danışıqlar davam etdiyindən sövdələşmə yubanırdı. Artıq bütün detallar müzakirə olunaraq ortaq məxrəcə gəlinib. Odu ki, Aylton dünən səhər saatlarında Avstriyaya yollanaraq “Qarabağ”ın düşərgəsinə qoşulub. Və dərhal tibbi müayinədən keçib. Müayinənin cavabları ürəkaçan olsa, 24 yaşlı futbolçu ilə anlaşma imzalanacaq. Daha dəqiq desək, “Qarabağ” Ayltonu “Ştutqart”dan birilliyə icarəyə götürəcək.
Braziliyalının gəlişi ilə müdafiənin sol cinahında rəqabət artacaq. Vild-Donald Geryenin də müqavilə bağlamaq üzrə olduğunu nəzərə alsaq, durum məlumdu. Əsas heyətdə yer almaq uğrunda bu iki futbolçu arasında maraqlı rəqabətə şahidlik edəcəyik. Lakin indiki halda yığmanın düşərgəsindən ideal formada qayıdan və 2 ildi “köhlən atlar”ın uğurları üçün tər tökən haitilinin “Partizani”ylə oyunlarda meydana çıxacağı daha inandırıcı görünür. Digər tərəfdən, Aylton onsuz da Tiranadakı oyunu buraxmaq məcburiyyətindədi. Buna səbəb isə hələ “Neftçi”nin heyətində çıxış edərkən, “Mladost”la cavab görüşündə aldığı qırmızı vərəqədi. UEFA-nın 3 oyunluq cəzalandırdığı futbolçunun 1 görüşlük cəzası qüvvədədi.
Maraq üçün xatırladaq ki, Aylton “Neftçi”dən ayrılandan sonra Portuqaliya elitasında çıxış edən “Eştoril”in formasını geymişdi. 2017-nin yayında isə Almaniya bundesliqasının təmsilçisi “Ştutqart”la anlaşmış, mövsümdə cəmi 5 oyunda meydana çıxmışdı. Almaniya klubunda özünə yer edə bilmədiyindən yenidən “Eştroil”ə qayıtmışdı. Ancaq bu dəfə icarə əsasında. Son mövsümü isə “Braqa”da keçirərək premyer-liqada cəmi 2 görüşün iştirakçısı olub.
Azərbaycan çempionunun heyətinə qatmaq istədiyi daha futbolçusu isə “Qarabağ”sevərlərə kifayət qədər yaxşı tanış olan İbrahim Şehiçdi. Qurbanov ötən yay “Ərzurumspor”u seçən 31 yaşlı qapıçının qayıdışında maraqlıdı. Əslində İbrahimin özü də bu varianta isti yanaşır. Yenidən ardıcıl 5 il şərəfini qoruduğu, Çempionlar Liqası və Avroliqanın qrup mərhələsi həyəcanı yaşadığı komandada oynamağın əleyhinə deyil. “Ərzurumspor”un elita ilə vidalaşması Bosniya və Hersoqovina yığmasının aparıcı üzvünün komandadan ayrılmasını tezləşdirsə də, digər təkliflər Şehiçə “Qarabağ”a “hə” deməyə imkan vermir. Türkiyə mətbuatında yazılanlara inansaq, “Trabzonspor”la “Kasımpaşa” Şehiçin xidmətində maraqlıdı. Trabzonluların “əlcək sahibinə” illik 2,5 milyon lirə, təxminən 900 min manat təklif etdiyi deyilir. Odu ki, Şehiçin seçimlər arasında qalması başadüşüləndi.
Azarkeşlərin sevimlisi Reynaldodan da xəbər var. Bu ilin yanvarında ikinci dəfə “Qarabağ”a qayıdan, lakin ümidləri doğrultmayan braziliyalı futbolçu yenidən Qazaxıstana qayıdıb. Adı çəkilən futbolçunun “İrtış”la yeni müqaviləyə qol çəkdiyini klub saytı xəbər verib. Lakin anlaşmanın müddəti haqda bilgi verilmir.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar