06 iy 14:47olke

Aftandil Hacıyev ehtiyatlı danışdı


“Mümkündü ki, qışa qədər bu heyətlə davam edək”
"Səbail" Bolqarıstanın Bansko şəhərindəki ikihəftəlik təlim-məşq toplanışı çərçivəsində 4 oyun keçirdi və heç birində qələbə qazana bilmədi. Təbii ki, bu məqam onsuz da püşkdə bəxti gətirməyən Bayıl təmsilçisinin çətin şərtlər altında meydana çıxacağı anlamına gəlir. Avrokuboklarda debüt edəcək "dənizçilər" önəmli transferlər həyata keçirsə də, komandada, demək olar, bütün mövqelər üzrə dəyişikliklər baş verib ki, bunun fonunda problemlər özünü göstərir. "Universitatya" ilə oyuna isə düz bir həftə qalır. Baş məşqçi Aftandil Hacıyevlə həm Bansko toplanışı, həm transferlər, həm də ümumi hazırlıq ilə bağlı söhbətləşdik.
- Bolqarıstan toplanışını necə dəyərləndirirsiz? Keçirdiyimiz oyunlar, rəqiblərin səviyyəsi barədə nə deyə bilərsiz?
- İlk mərhələni Bakıda keçmişdik. Bolqarıstanda əsasən oyunlara üstünlük verməyi və komandanın gücünü sınamağı planlaşdırırdıq. Amma elə oldu, ilk oyunlarda Bakıdan gedən 14 nəfərin xidmətindən yararlanmalı olduq. Ümumiyyətlə, oyunların hamısında optimal heyətdən məhrum idik. Həm yeni transferlər, həm də əvvəldən bizimlə olanlardan bir neçəsi düşərgəyə gec qoşuldu, üstəlik, zədə üzündən və başqa səbəbdən oynamayanlar oldu. Rəqiblərin səviyyəsi tam istədiyim kimi idi. İkisi Avroliqada çıxış edən klublar idi. "Klinçeni" və "Beroe" isə maraqlı komandalar idi.
- Amma 4 oyunda qələbə bir yana, komandanız bir qol belə vura bilmədi...
- Əsas səbəb optimal heyətlə çıxış edə bilməməyimizdi. Daha çox gənclərlə oynayırdıq, düşündüyümüz əsas heyət üzvləri tam formada deyildilər. Ancaq gənclərlə oynasaq da, 0:4 uduzduğumuz matçda hesab 4:4, 5:4 xeyrimizə də ola bilərdi. Yəni elə real qol imkanlarımız oldu. Bəzi epizodlarda isə hakimlər tərəfindən verilməyən penaltilər də oldu. Bolqarıstan klubları daha hazırlıqlı idilər, onların çempionatları bugünlərdə başlayacaq. Bunu "Ludoqorets"in "Qarabağ"la yoxlama matçında da görmək olur. Təbii ki, yoldaşlıq görüşlərində qol vurmaq o qədər önəmli olmasa da, narahatlıq var. Əsas odu ki, rəsmi oyunlarda istədiyimiz qolu vura bilək.
- Transferlər ürəyinizcə oldu?
- Təəssüf ki, yox. Say etibarilə götürsək, mövsümün sonunda bizi 13 nəfər tərk etdi, əvəzində 6 transfer gerçəkləşdirə bildik.
- Elə isə baxışda olan Junior Mapukunu niyə geri göndərdiz?
- Onu Bolqarıstanda agentlər bizə təklif etmişdilər. Son 6 ayı Rumınyada keçirib, ciddi zədəsi olub. "Beroe"ylə matçda şans verdim. Ancaq əsas səbəb büdcə məhdudiyyəti ilə bağlıdı. Büdcəmiz hücumçu transferinə imkan vermir. Hərçənd bu mövqeyə bir futbolçu istəyirik. Həmin mövqeyə büdcə ayrılmadığına görə bir hücumçu - Mirabdulla Abbasov ilə davam edəcəyik. Mapukunun məsələsi qapanıb.
- Son transferiniz Erikonun durumu necədi?
- Təcrübəli müdafiəçidi. O da bizə gec qoşulub. Ancaq istəyinin, təcrübəsinin hesabına, üstəlik, stopper mövqeyində çıxış etdiyindən daha tez formaya düşə bilər. Ümid edirik ki, Eriko da digər futbolçularımız kimi iyulun 11-dəki matça ən yaxşı formada yaxınlaşacaq.
- Mirabdulla Abbasovu son matçda oynatdız, start heyətində meydana buraxdız. Onun çıxışına necə qiymət verərdiz?
- Tək Mirabdulla yox, bir çox futbolçumuz bizə çox gec qoşuldu. Bu baxımdan, əlbəttə, narahatlığımız var. Mirabdulla da yalnız son günlərdə gəlib çıxdı. Hazırlıqda bir qədər disbalans var. Yoldaşlıq görüşlərində futbolçuların hamısından istifadə edə bilmədik. Hələ də optimal heyəti formalaşdırmamışıq.
- Dilan Diventru əvvəlki matçda zədələndiyinə görə əvəzlədiz, ancaq son qarşılaşmada xidmətindən yararlandız. Belə anlaşılır ki, ciddi problem yoxdu?
- Ayağından zərbə almışdı. Ağrısı artlq keçib, 65-70 dəqiqə oynadı.
- Son matçda Yevgeni Koçukla Bilal Həmdinin adları heç protokolda yox idi.
- Koçuk halsız idi, özünü yaxşı hiss etmirdi. Bilal isə ayağında arxa əzələsində bir az diskomfort hiss elədi. Biz də risk etmək istəmədik, meydana buraxmadıq. Vüqar Bəybalayevdə də yüklənmə, əzələsində ağrı var idi. Onu sonradan meydana buraxdım. Əsas Avroliqa matçlarıdı.
- Avroliqa matçınadək hazırlığa qatıla biləcəklər?
- İyulun 4-də yığışanda məşqlərə qoşulacaqlar.
- Banskoda düşərgəniz qonaq-qaralı oldu. Dimitar Berbatov, amerikalı azarkeş...
- Berbatov "Beroe"də oynayan məşqçidi. Bildiyiz kimi, Bolqarıstanda 2-ci yoxlama matçımızı bu komandayla oynadıq. Ancaq Dimitar daha çox məşqçi kimi çalışır. Çünki bizə qarşı meydana çıxmadı. Hər birimizlə gəlib səmimi görüşdü, normal ünsiyyət qurdu. Maykl Essyenlə xüsusi görüşməsi isə başadüşüləndi. Çünki İngiltərədən bir-birini çox yaxşı tanıyırlar, "Mançester Yunayted" - "Çelsi" görüşlərində dəfələrlə rəqib olublar. Əslində Berbatova qarşı mən də oynamışam. Bu, Karlos Alberto Tores millimizin baş məşqçisi olanda Bolqarıstanda Tofiq Bəhramov adına Respublika stadionunda qolsuz bərabərliklə nəticələnən yoldaşlıq görüşü idi. Düzdü, bu matç haqda söhbət etmədik. Onu da deyim ki, "Beroe"nin baş məşqçisi bizlərə daha yaxşı tanış olan, "Bakı"nın heyətində Azərbaycan çempionu olan keçmiş müdafiəçi Aleksandr Tomaşdı. Onunla ayaqüstü qısa söhbətimiz oldu. Tomaş "Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi, həmyerlisi Çudomir Çakarovla dostdu. Bolqarlar "Bakı"da da bir yerdə çalışıblar. Gevi adlı qonaq isə Havay adalarından olan azarkeşimizdi. Nə qədər qəribə səslənsə də, bu belədi. O, bir müddət əvvəl Bakıya da gəlmişdi. Azərbaycanda dostuna baş çəkməyə gələndə düşərgəmizi ziyarət etmişdi. Bu dəfə isə Avropanı gəzməyə gələrkən, sırf bizə görə Bolqarıstana da təşrif buyurmuşdu.
- Komanda Avroliqaya debütə neçə faiz hazırdı?
- Faizlə deyə bilmərəm, amma tam hazır deyilik. Obyektiv və subyektiv səbəblərdən hazır ola bilməmişik. Amma bu o demək deyil ki, meydana uduzmaq üçün çıxacağıq. Biz məşqçilərin üzərinə düşən vəzifə odu ki, futbolçuları fərdi proqramla oyuna qədər tonusda saxlayaq, problemi olanların hazırlığını yüksəldək. Paralel olaraq, rəqibə uyğun taktika qurub mübarizə aparaq.
- "Universitatya" “Ferentsvaroş"a yoxlama matçında 0:4 hesabıyla uduzmaqla diqqəti çəkdi. Makedoniyalı köməkçiniz Toni Boqdanovski da matçda olub. Bu nəticəni necə şərh edərdiz?
- Həmin matçdakı heyətə baxdım, ikinci heyət olub. Meydana daha çox az oynayanları, gəncləri buraxmışdılar. Əsas heyətləri bir gün sonra Varşava "Legiya"sıyla oynayıb. Toni bu görüşü də izləyib. Bu axşam Bakıya qayıdacaq və bundan sonra birgə təhlil aparacağıq. Ümumiyyətlə, rəqibin 3 oyununu izləmişəm.
- Rəqibi iş başında gördükdən sonra püşkatmadan dərhal sonrakı fikirləriniz dəyişib?
- “Universitatya” ilə “Səbail”i yan-yana qoymaq doğru olmazdı. Onlar 70, biz isə 3 ilin klubuyuq. Onların avrokubok təcrübəsi də kifayət qədərdi. Biz isə debüt edəcəyik. Sanballı legionerləri, ümumiyyətlə, güclü futbolçuları var. Qapıçıları da çox maraqlı oyunçudu. Oyunu çox vaxt o qurur. “Universitatya” pressinq etməyi xoşlayır. Bunları nəzərə alacağıq. Ümumiyyətlə, çox maraqlı komandadı. Bu o deməkdi ki, maraqlı oyun olacaq. Bizi xüsusilə səfərdə çətin oyun gözləyir. Çalışıb evdə sərfəli nəticə qazanmalıyıq. Meydan, azarkeş və rəqibin bizi yaxşı tanımaması kimi amillərdən yararlanmalıyıq.
- UEFA-ya göndərəcəyiniz iştirak ərizəsi nə vaxt hazır olacaq?
- Artıq hazırdı. Əslində heyətimiz elə də geniş deyil. Buna görə də əlimizdə olan futbolçuların hamısını sifariş edəcəyik. Akademiyamızın yetirmələri, əvəzedicilərdən götürdüyümüz futbolçular, bir sözlə, bütün futbolçularımız iştirak ərizəsində olacaq.
- Bir futbolçunu ilk matça bir sutka qalmışadək sifariş edə bilərsiz. Bu imkandan yararlanacaqsız?
- Hazırda "transfer pəncəsi"ni özümüz üçün bağlamışıq. Ancaq gücləndirməsinə ehtiyac olan mövqelərimiz var. Bu, müdafiə və hücumun mərkəzidi. Sadəcə, büdcəmiz imkan vermir ki, həmin mövqelərə legionerlər cəlb edək. Sonra necə olacaq, bunu zaman göstərəcək. Çox güman, ilk mərhələdə əlavə oyunçu götürməyəcəyik. Hətta mümkündü ki, “transfer pəncərəsi” bağlanana kimi oyunçu almayaq və qışa qədər bu heyətlə davam edək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar