04 iy 16:24olke

Vaqif Cavadov yığma üzvlərini xaraktersizlikdə qınadı


“Bir komanda bir sarı vərəqə alırsa, bu o deməkdi ki, mübarizə olmayıb”
Birvaxtlar adından kifayət qədər söz etdirən, atası və əmisi kimi azarkeşlərin qəlbində taxt quran Vaqif Cavadov son illər, demək olar ki, hər “transfer pəncərəsi”ndə özünə klub axtarmaq məcburiyyətində qalır, tapa bilməyəndə isə bir neçə ay futbolsuz qalır. “Sumqayıt”dan AZAL-a, ordan “Keşlə”yə keçəndə də belə olmuşdu. 30 yaşlı Vaqif qışdan bu yana yenə klubsuzdu. Karyerası ilə bağlı suallara aydınlıq gətirmək üçün dünən axtarıb onu tapdıq.
- Hazırda klublar növbəti mövsümə hazırlaşır, transfer bazarının qızğın dövrüdü. Sən isə neçə vaxtdı görünmürsən. Haralardasan?
- Hazırda Bakıdayam. Ancaq burda deyildim, tətildəydim. Türkiyəyə istirahətə getmişdim. Gəlmişəm, hələlik dost-tanışla gün keçiririk.
- İlqar Qurbanovla?
- Hə, İlqarla, demək olar, hər gün bir yerdə oluruq. Çay içirik, dərdləşirik, təkliflərimizi müzakirə edirik. O da gözləmə mövqeyindədi.
- Martda belə xəbər yayıldı ki, qumarda uduzduğun üçün evini satışa çıxarmısan.
- (hirslənir) Yenidən o mövzunu yada salmağın nə mənası var? O vaxt açıqlama verdim, söhbət bağlandı. Bu söhbətləri kimin yaydığını bilmirəm. Hamının problemi ola bilər, amma nədənsə mənim adımı hallandırırlar. Qumar oynadığımı deyənlər mənə iftira atır. Kimsə görüb? Ailəm, iki övladım var. Bütün həyatımı onlara həsr etmişəm. Ev satmamışam.
- Yaxşı, mövzunu dəyişək. Türkiyədə yaxşı dincələ, güc yığa bilmisən?
- Mən həmişə hazıram. Yaxşı istirahət etdim, özümü hazır sayıram. Ümid edirəm ki, növbəti mövsüm mənim üçün pozitiv alınacaq.
- Bunun üçün özünə klub tapmalısan...
- Bu yöndə gözləntilərim var. Maraqlanan, danışıq apardığım klublar var. İki-üç günə, bu həftə ərzində suallara aydınlıq gəlməlidi. Gözləyirəm, inşallah, yaxşı olmalıdı.
- Danışıq apardığın klubların adını açıqlamaq istəmirsən?
- Konkretləşsin, siz də biləcəksiz. İndidən nəsə deməyim düzgün çıxmaz.
- Hər halda, avrokuboklarda çıxış edən klublarımız olmaz. Çünki onlar hazırlığa çoxdan başlayıb və heyətlərini komplektləşdirmək üzrədilər.
- Təkliflər ölkə xaricindəndi.
- Olmaya Türkiyəyə “həm ticarət, həm ziyarət”ə yollanmışdın?
- Yox, ora sırf istirahətə getmişdim. Maraqlanan klublar Türkiyə təmsilçisi deyil. Rusiya variantı da var, başqa ölkədən də. Bundan artıq heç nə deyə bilməyəcəm (gülür).
- Niyə öz klublarımız sənə maraq göstərmir?
- Bunu onlardan soruşun. Mən oynadığım klublara can-başla xidmət etmişəm. Maksimum yardım etmişəm.
- Amma “Keşlə”də alınmadı.
- Niyə ki? Necə oynadığıma əmin olmaq üçün bir mövsüm əvvələ, kubokun finalına baxmaq lazımdı.
- Ancaq sonra Mladen Milinkoviç və Tərlan Əhmədov sənə güvənmədi.
- Siz “Keşlə”də oyunumun alınmadığını dediz, mən də qazandığım uğuru və finaldakı çıxışımı xatırlatdım. Yuri Maksimov yaxşı komanda formalaşdırmışdı. Ancaq həmin heyəti qoruya bilmədilər. Maksimov gedəndən sonra komanda gerilədi. Mən Milinkoviç və Əhmədov haqda danışmaq, onların nəticələrini müzakirə etmək istəmirəm. Artıq irəliyə boylanmaq lazımdı.
- Maksimov daha nə qədər qalsaydı, biz əvvəlki Vaqifi görə bilərdik?
- Yadınızdadısa, hələ o vaxt klub rəhbərliyinin bir neçə futbolçunu, o cümlədən məni göndərmək istədiyi, Maksimovun isə buna qarşı çıxdığı deyilirdi. Rəhbərliklə baş məşqçinin arasında fikir ayrılığı var idi. Ancaq Yuri Maksimov döyüşkən kollektiv formalaşdıra bilmişdi. Onu məhz futbolçuların tərəfini tutduğuna, müdafiə etdiyinə görə çox istəyirdik. O, futbolçularla dil tapan məşqçi idi, üstünlüyü də bunda idi. Hər birimiz ukraynalı üçün də ikiqat səy göstərməyə hazır idik.
- 30 yaşında yenidən legioner həyatı yaşamağa, uğurlu ola biləcəyinə inanırsan?
- İndiyə qədər üç fərqli ölkədə çıxış etmişəm. 2010/11 mövsümündə - karyeramın ən yaxşı vaxtında “Tvente”yə yollandım. Bu komandanın heyətində rəsmi oyunda iştirak etməsəm də, Hollandiya çempionluğu yaşadım. Bu, mənim üçün böyük təcrübə oldu. Ardından Rusiyaya üz tutdum, “Volqa”da oynadım. 2014/15 mövsümündə isə Türkiyədə legioner həyatı yaşamışam. Qardaş ölkədə “Qaziantepspor”la “Boluspor”un uğurları üçün çalışdım. 30 yaş elə də çox deyil. Klublarımızın gətirdiyi əcnəbilərin əksəriyyəti elə 30 və daha yaşlıdı. Mən özümü hazır sayıram, özümə güvənirəm. Sadəcə, yenidən relsə düşmək və sabitlik lazımdı.
- Avrokubok təmsilçilərimizdən nə gözləyirsən?
- Əvvəla, hamısına uğurlar arzulayıram. Azərbaycan futbolu adına yaxşı nəticə göstərəcəklərinə, əmsalımızı artıracaqlarına ümid edək. Amma arxayınlıq üçün heç bir əsas yoxdu. Baxıram ki, saytlar “Neftçi” ilə rəqibini müqayisə edir. Bizim Moldova futbolundan ciddi fərqimiz yoxdu. Düzdü, “Neftçi”nin büdcəsi bir qədər çoxdu, yayda önəmli transferlər gerçəkləşdiriblər. Ancaq futbolu büdcə həll etmir. Biz İspaniya, İngiltərə klubları ilə oynamırıq ki, səviyyə fərqini qabardaq. Moldova ilə bizim aramızda fərq çox deyil. Arxayınlaşmaq olmaz. Yoxsa “Neftçi” bunun cəzasını çəkəcək. “Qarabağ” təcrübəsinə bel bağlaya bilər. Komanda ciddi dəyişikliyə məruz qalmayıb. Sistem də dəyişməyib. O ki qaldı “Səbail”lə “Qəbələ”yə, Bayıl təmsilçisinin işi çətin olacaq. Təcrübəsizlik, debütant olması bir yana, rəqibi kifayət qədər güclüdü. Ancaq ruhdan düşmək, asan təslim olmaq lazım deyil. Əslində “Səbail”də xarakter, əzmkarlıq var. “Qəbələ” yeni “kurs” götürüb, gənclərə güvənməyə qərar verib. Təbii ki, gənclərlə əvvəlki nəticələri təkrarlamaq çətin olacaq, amma azı bir mərhələ adlamaq mümkündü.
- Yığmanın Slovakiya və Macarıstanla qarşılaşmalarını izlədin? Niyə belə bərbad oynadıqlarına aid bir fikrin var?
- Təbii ki, izlədim. Millini tanımadım. Uduzmaq olar, ancaq evdə, “doğma divarlar” arasında azarkeşlərə döyüşdüyünü, məğlubiyyətlə barışmadığını göstərməlisən. Biz də o vaxt uduzurduq. Ancaq heç vaxt asan təslim olmamışıq. Elnur Allahverdiyev, Mahir Şükürov, Kamran Ağayev, Rauf Əliyev, mən - heç vaxt döyüşdən çəkinmirdik. Bir komanda bir sarı vərəqə alırsa, bu o deməkdi ki, mübarizə olmayıb. 1:3, 1:5 uduzuruq, heç kimin vecinə deyil? Heç kim əsəbləşmir? O vaxt komandada bir-iki nəfər tənqid olunurdusa, indi 11 heyət üzvündən 9-u tənqid olunur. Son iki oyunda yalnız Ramil Şeydayev özünü doğrultdu, xarakter göstərdi. Kimsənin xətrinə dəymək istəmirəm, mənim iradlarım əsasən gənclərədi. Ancaq yenə ümid edirəm ki, hər şey yaxşı olacaq. İnanıram ki, yığma üzvləri doğru nəticələr çıxaracaq.
- Ramil Şeydayevdən söz düşmüşkən, onun “Krılya Sovetov”dan ayrılıb “Dinamo”ya keçəcəyi gözlənilir. Səncə, doğru seçimdi? Nəzərə alsaq ki, ÇSKA məktəbinin yetirməsisən, Şeydayevə qarşı səndə qısqanclıq yaranmır?
- Məncə, o, öz komandasını tapmışdı. Bojoviç ona güvənirdi. Mənə elə gəlir, başqa kluba getməməli idi. Təbii ki, “Krılya Sovetov” qalmasını istəyirsə. Digər tərəfdən, “Dinamo” böyük tarixi olan klubdu. Düzdü, ötən mövsüm “10-luğ”a düşə bilmədilər. Ancaq bu, “Dinamo”nun böyüklüyünə xələl gətirmir. Ramil orda oynamağa layiqdi. İnanıram ki, “Krılya Sovetov”dakı kimi, Moskva klubunda da özünü göstərə, daim şans qazana biləcək. Şeydayevə uğurlar arzulayıram. Onu qısqanmıram, əksinə, sevinirəm. Ümumiyyətlə, o vaxt Azərbaycana qayıtdığım üçün indi peşman deyiləm. Mənim Rusiya vətəndaşlığım da var. Amma Ramil ora azərbaycanlı, daha doğrusu, legioner kimi qayıdıb. Bu o deməkdi ki, heyətdə möhkəmlənə bilmək üçün ikiqat üstün oynamalıdı.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar