04 iy 16:15olke

“Neftçi” “Anji”ni darmadağın etdi


İslam Kərimov: “Özünü yaxşı tərəfdən göstərənlərlə müqavilə bağlayırıq”
"Neftçi”nin U-11 komandası iki yoxlama oyunu keçirib. "Ağ-qaralar” "Amasiya” İdman Kompleksinin meydanında "Anji”ni (Mahaçqala) 12:1, "Neftçi” İK İB-ni isə 12:2 hesabı ilə məğlub edib. "Anji” ilə görüşdə qolları Rüstəm Hüseynli (6), Ramin Abiyev (3), Yusif Yusifzadə (2) və Fuad Kərimli vurub. "Neftçi” İK İB ilə matçda isə Ramin Abiyev (4), Rüstəm Hüseynli (3), Elşən Hidayətov (3), Mircavad Həsənov və Yusif Əliyev fərqlənib.
Dünən “Neftçi”nin U-11 komandasının baş məşqçisi İslam Kərimovla danışdıq: “Hazırda iki komanda Bakıda təlim-məşq toplanışındadı. Bunlar “Anji”nin və “Şevardeni”nin 12 yaşlılarıdı. Hər iki komanda birhəfətlik hazırlıq prosesi üçün gəliblər, “Rəvan”ın Qaraçuxurdakı bazasında qalırlar. Hər ikisinə müraciət etdik ki, yoldaşlıq oyunu keçirmək istəyirik. Dedilər ki, heç bir problem yoxdu. Bu komanda “Anji”nin Dağıstandakı filialıdı. Dərbənddə fəaliyyət göstərirlər, məşqçiləri də azərbaycanlıdı. Bilirsiz ki, komandamız ötən il U-10 liqasında 107 komanda arasında ikinci oldu. Finalda “Sabah”a penalti seriyasında uduzmuşduq. Belə deyim, komandamız da çox güclüdü. Şənbə günü "Amasiya” İdman Kompleksində baş tutan qarşılaşmada qalib gəldik. “Anji” ilə görüşdə 7-nin 7-yə oynadıq, bilirsiz ki, bu yaşda uşaqlar məhz dediyim sayda meydana çıxırlar. “Neftçi” İK İB ilə isə bazar günü oynadıq. “Anji”nin U-12 komandası ilə qarşılaşmışdıqsa, “Neftçi” İK İB-nin 11 yaşlıları ilə üz-üzə gəldik. Sabah (bu gün) isə “Şevardeni”nin U-12-si ilə oynayacağıq. Bu yoxlama matçlarında uşaqları sınaqdan keçiririk, yeni gələnlərə baxırıq. Burda məqsəd udub-uduzmaq deyil. Əsas məsələ uşaqları yoxlamaqdı. “Neftçi”yə baxışa yeni oyunçular gəlib. Bütün bu proseslər akademiyanın əlaqələndiricisi Mik Bennetin rəhbərliyi altında gedir. O da həmişə oyunlarda iştirak edir, izləyir. “Şevardeni” ilə matça da gəlib baxacaq. İmkan veririk ki, bütün uşaqlar oynasın. Hər hissədə fərqli oyunçuları meydana buraxırıq. Kim özünü yaxşı tərəfdən göstərsə, onunla müqavilə bağlayırıq. Məqsədimiz budu. Təbii, Azərbaycanın, futbolumuzun mənafeyi baxımından qalib gəlməyə də çalışırıq. Amma əsas məsələlərdən biri də uşaqların oyun təcrübəsi qazanmasıdı. Beynəlxalq matçlarda uşaqlar öyrənirlər, müxtəlif komandalarla əlaqələr qururuq. Nə qədər çox oynayırsa, oyunçular bir o qədər inkişaf edir. Bizdə çox yaxşı uşaqlar üzə çıxıb. Rüstəm Hüseynli 2 oyuna 9 qol vurdu. Elşən Hidayətovun adını çəkərdim. İstedadlı, bacarıqlı uşaqlar var. Mik Bennet də uşaqlardan razıdı. Onu da deyim ki, bir həftə öncə Kutaisi “Torpedo”su ilə də iki yoxlama görüşü keçirmişdik. Ancaq onlar U-11 komandası ilə gəlmişdilər. “Kutaisi” Gürcüstan çempionatında öz zonasının qalibi olmuşdu. İlk oyunda 4:1, ikinci yoxlama görüşündə 7:2 hesabı ilə qalib gəldik. Bu komandanı “Kutaisi”nin əfsanələrindən olan, veteran qapıçı Mixail Kvernadze Bakıya gətirmişdi. O, “Neftçi” rəhbərliyi ilə də görüşdü.”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar