04 iy 15:56olke

Məhəmməd Mirzəbəyov Roberto Karlosdan dərs alıb


“Hərdən mənə elə gəlir ki, o, Avropanın ən güclü klublarında çıxış edə bilər”
Mövsüm başa çatan kimi "Neftçi" ilə yollarını ayıran və "Sabah"a keçən Məhəmməd Mirzəbəyov Dağıstan mətbuatına geniş müsahibə verib. “Молодежь Дагестана” nəşrinin əməkdaşının suallarını cavablayan milli üzvü Azərbaycan futbolu və klubları haqda ətraflı danışıb, gələcək hədəflərindən söz açıb.
- Məhəmməd, sənin yeniyetməlik illərindən danışaq. “Torpedo” məktəbini xatırlayırsan?
- Əlbəttə, həmin illər bütün xırdalığına qədər yadımdadı. Biz Pyotr İvanoviç Semşovun rəhbərliyi altında məşq edirdik. O məşhur yarımmüdafiəçi İqor Semşovun atasıdı. İnternatın yataqxanasında qalırdıq. O vaxt Pavel Mamayev də bizimlə birgə məşq edirdi. İndi bilirsiz də o hardadı, başına nə iş gəlib.
- Alan Caqoyevlə də yollarınız orda kəsişib...
- Nəinki internatda, ondan sonra Rusiyanın yeniyetmələrdən ibarət millisində də bir yerdə oynamışıq. Hələ onda görünürdü ki, Alan gələcəkdə böyük futbolçu olacaq. Texnikası, meydanı görmək qabiliyyəti, kəskin ötürmələri ilə hamıdan seçilirdi. Yığmadan sonra da bir-birimizlə ünsiyyət saxlayırdıq. Ancaq vaxt ötdükcə əlaqəmiz kəsildi.
- Azərbaycan çempionatında "Sumqayıt", "İnter", "Qəbələ" və "Neftçi"də çıxış etmisiz. Onların oxşar və fərqli cəhətləri nə idi?
- Ümumi olaraq ambisiyalar... Hər kəs qələbə qazanmaq, irəli getmək istəyir. Bütün komandalarla bağlı xoş xatirələrim var. Nəticələr fərqlidi. Sabiq komandam "Qəbələ" indi ortababdı. "Sumqayıt" və "Keşlə" (keçmiş "İnter") isə mövsümü aşağı pillələrdə tamamlayıb.
- Azərbaycan çempionatında müəyyən tendensiyalar varmı? Məsələn, taktika.
- Belə deməzdim. Oyun üslubu, işə yanaşma, taktiki sxem hər klubda fərqlidi. İki və ya üç mərkəz müdafiəçisi, iki hücumçu və ya bir mərkəz hücumçusu, iki vinger... Bir sözlə, fərqlidi. Məşqçilər bizi rəqiblərə görə hazırlayır, onların özəlliklərini izah edir.
- "Neftçi" mövsümü "Qarabağ"ın 8 xal gerisində tamamladı. "Qarabağ" artıq ardıcıl neçənci dəfədi çempionatın qalibi olur. Yəni bu komanda bir növ Azərbaycanın "Yuventus"udu?
- "Qarabağ" həqiqətən də güclüdü. Ardıcıl qızıl medalları qazanması komandanın hansı səviyyədə olmasından xəbər verir. Bu həmin "Qarabağ"dı ki, yaxın keçmişdə Çempionlar Liqasının qrupunda Madrid "Atletiko"su ilə iki dəfə heç-heçə edib. Bununla belə, onların bizdən bir baş üstün olduqlarını deyə bilmərəm. “Qarabağ”la şəxsi oyunlarımızda bərabərlik var idi. Hərəmiz bir dəfə qalib gəlmişdik, iki qarşılaşmada isə bərabərlik qeyd alındı. Həmçinin "Neftçi" ən yaxın izləyicisini 17 xal qabaqladı. Yəni müqayisə aparsaq, "Qarabağ"la "Neftçi" təxminən eyni səviyyəli komandalardı. Fikrimcə, onlar Rusiya premyer-liqasında ilk "8-lik"də olar.
- Bəs maliyyə durumu baxımından necə?
- Xeyr, bu, mümkün deyil. Rəqəmləri dəqiq bilmirəm, amma əminəm ki, Rusiya premyer-liqasında müqavilələr daha yüksək səviyyədədi.
- Deyilənə görə, azərbaycanlı futbolçular daha çox fərdi oyuna aludə olurlar, ancaq taktiki cəhətdən savadlı deyillər. Bu doğrudu?
- Azərbaycanlı futbolçuların driblinq həvəskarı olduqlarını deyə bilmərəm. Yerli klublarda braziliyalılar var ki, bax, onlar haqda bu sözləri demək mümkündü. Braziliyalılar həvəslə oyunu üzərlərinə götürürlər. Yerli futbolçular nəyi sevir? Aydındı ki, hücum futbolunu. Ancaq kombinasiyalı oyuna üstünlük verirlər.
- Çempionatda çıxış edən legionerlər necədi?
- Fərqlidi. Avropa, Afrika, Latın Amerikası... Məsələn, əlcəzairli Abdulla Zubir çox texnikalıdı. Hərdən mənə elə gəlir ki, o, Avropanın ən güclü klublarında çıxış edə bilər.
- Yeri gəlmişkən, Azərbaycan klublarında neçə Dağıstan əsilli oyunçu var?
- Çoxdu, hətta mən belə dəqiq sayını bilmirəm. "Qarabağ"da oynayan ölkə çempionu Bədavi Hüseynovdan tutmuş, aşağı sıralarda qərarlaşan klubların formasını geyənlərə qədər. "Sumqayıt"da olan Mehdi Cənnətov və başqaları.
- "Anji"də birlikdə oynadığınız futbolçularla görüşürsüz?
- Hər yay və qışda (dövrələrarası fasilə və mövsümlərarası fasilə zamanı) Dağıstana gəlirəm. Həmçinin çempionatda bir neçə günlük istirahət veriləndə də evə gəlirəm. "Anji"nin çıxışını Azərbaycanda da izləməkdə davam edirdim. Komandanın necə mübarizə apardığını və sonda bunun nə ilə yekunlaşdığını bildim. Təbii ki, köhnə tanışlarla Dağıstanda olanda görüşürük, bəzən "dır-dır" oynayırıq.
- Mövsüm ərzində bazada qalırsan?
- Xeyr, şəhərdə ailəmlə birlikdə yaşayıram. Yalnız klubum ölkə xaricində toplanışda olanda onlar Dağıstana yollanırlar. Qayıtdıqdan sonra onları yenidən Azərbaycana aparıram.
- Yəqin ki, Azərbaycan dilində sərbəst danışa bilirsən.
- Yox. Anlayıram, amma... Dürüst olacam, mənim dil öyrənmək bacarığım heç də yaxşı deyil. Hətta mənə doğma olan dargin dilində də yaxşı bilmirəm. Azərbaycanlıları daha yaxşı başa düşürəm.
- Azərbaycan yığmasına da dəvət olunmusan. Hansı hissləri keçirmisən?
- Məsuliyyət. "Neftçi"nin oyunçusu kimi yalnız bu klubun azarkeşləri üçün çalışırsan. Ancaq milli komandada çıxış etdiyin zaman bütün ölkənin diqqəti üzərində olur.
- AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığması 10 qol buraxıb ki, bunun 5-i Slovakiya ilə görüşdə qeydə alınıb. Niyə bu qədər çox? Müdafiə belə zəifdi?
- Bəli, Slovakiya ilə ev matçı uğursuz alındı. Mənə elə gəlir ki, slovakiyalılar özləri də göstərdikləri oyundan, vurduqları qol sayından şoka düşdülər. Bir sözlə, uğursuzluq idi. Müdafiədə çox pis çıxış etdik. Yaxın gələcəkdə Uelslə keçiriləcək qarşılaşmada azarkeşlərimizi sevindirməyə çalışacağıq.
- Artıq 28 yaşın var. Yəqin ki, karyeranı başa vurduqdan sonra da özünü Azərbaycan futboluna həsr edəcəksən.
- Bəli, bu ölkə böyük futbolun qapılarını üzümə açdı. Nə qədər ki, sağlamam və mənə tələbat var, Azərbaycanda oynamağa hazıram. Oyunu “yola vermək” yox ha, məhz yeni qələbələr qazanmaq istəyirəm.
- Bəs sonra?
- Belə uzağa hələ baxmıram. Hələ ki futbolçu kimi bu idman növündən zövq almaq istəyirəm. Daha sonra burda qalıb, məşqçi kimi işləyə bilərəm. Amma gələcəyim barədə hələ ciddi düşünməmişəm.
- 2011-ci ildə ölkə kubokunun 1/16 final mərhələsində keçirilən "Volqa" - "Anji" görüşündə Roberto Karlosu əvəzlədiyini xatırlayırsan?
- Çox yaxşı xatırlayıram. Roberto Karlosun əvəzlənərkən məni qucaqlamasını unuda bilmərəm. Bir də dünya futbolunda mümkün olan hər şeyi qazanan bir futbolçunun "Anji"nin məşqində neçə çalışmasını da xüsusi vurğulamalıyam. Həmin anları xatırlayanda mən də məşqlərdə daha çox çalışmaq istəyirəm.
RƏŞAD hazırladı
The most kava of these are psychoactive polysyndeton Free viagra samples Direct caserne so your configuration doesn't get too

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar