04 iy 15:45olke

Faiq Hüseynov azərbaycanlı futbolçuları ərəblərə təklif edə bilmir


“Badri “Dubay”ın məşqlərində iştirak etmiş, baxışdan uğurla keçmişdi”
Stajlı futbolsevərlər Faiq Hüseynov yaxşı xatırlayır. Ölkə futbolunun pulsuzluq dönəmində yığmada və “Neftçi”də çalışan həkim-masajçı artıq 21 ildi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayır, ərəb futboluna xidmət göstərir. Onunla hələ bir neçə il öncə danışmaq, xatirələrini, qərib diyardakı həyatını soruşmaq istəyirdim. Sadəcə, hər ikimizin uyğun vaxtı üst-üstə düşmürdü deyə, alınmırdı. Nəhayət, bu dəfə alındı. Hüseynovun Bakıda olmasından istifadə edib əlaqə saxladım və xeyli vaxtdı beynimdə dolaşan sualların bir qisminə cavab tapa bildim.
“Yox-yox, artıq əvvəlki vaxtlar deyil”
- Nə yaxşı gəlmisiz?
- Çempionatda fasilədi. Mən də fürsətdən istifadə edib vətənə baş çəkmək istədim. Bir ay dincəlmək imkanı veriblər. Yəqin ki, bir həftəyə qayıdacam. Yeni rəhbərlik gəlib, baş məşqçimiz də yenidi. Ola bilsin, hansısa dəyişikliklər oldu. Ona görə də tez getməliyəm.
- İndi hansı klubdasız?
- Həminkidi – “Əl-Əhli”. Sadəcə, əvvəl “Dubay”da işləyirdim, sonra “Əh-Əhli”yə keçdim. İndi üç klubu birləşdiriblər. Adı olub “Şəbab Əl-Əhli Dubay”, qısaca “Şəbab Əh-Əhli” deyirik. 21 ildi BƏƏ-də çalışıram, ilk dəfədi üç klubun birləşdirildiyini görürəm. Mənim baxışımda klubların sayı artırılmadı. Nədənsə bunlar bu cür qərar qəbul etdilər. Çox güman, sponsor eyni adamdı deyə, üç ortabab klubdansa, bir güclüsünü saxlamağı düşündülər. Son mövsümdə çempion ola bilməsək də, ölkədaxili yarışlarda iki kubok qazandıq. İndi superkuboka hazırlaşırıq, “Şarjah”la oynayacağıq. Onu da qazana bilsək, bir mövsümə üç titul sayılacaq ki, bu da möhtəşəm nəticə ola bilər.
- Hədəflər böyükdü, maşallah...
- Klub rəhbərliyi hədsiz maraq göstərir. Çox gözəl stadion inşa etdiriblər. Növbəti hədəf Asiya çempionu olmaqdı.
- Şərait, şərtlər necədi orda? Yenilik var?
- Ərəb Əmirlikləridi də, həmişə necə olubsa, indi də elə. Əmirlər səviyyəsində tək futbola yox, bütün idman növlərinə maliyyə ayrılır. Ən xoşuma gələn sabitliyin olmasıdı. Son bir neçə ildə əlbəyaxa döyüş növlərinə ayrılan diqqəti xüsusi qeyd etməliyəm.
- Bəs futbolun səviyyəsi?
- Bildiyiniz kimi, onlar Avropada yox, Asiyada oynayırlar. Müqayisədən danışırıqsa, ilk növbədə yığmanın nəticələrinə baxmalıyıq. Avropadakıların reytinqi Avropada, Asiyadakıların Asiyada ölçülür. Məsələn, sonuncu Asiya çempionatı BƏƏ-də təşkil olundu. BƏƏ yekunda 4-cü yeri tutmaqla yaxşı nəticəyə imza atmış oldu. Çünki ilk “3-lük”dəki komandaların hər birinin gücü bizə məlumdu: İran, Yaponiya və Avstraliya. Məncə, Asiyaya görə reytinqləri yaxşıdı.
- Yenə futbolda milyonlar, milyardlar dövr edir?
- Yox-yox, artıq əvvəlki vaxtlar deyil. Qənaət rejiminə keçilib. Artıq rəqəmlərə məhdudiyyət qoyulmaqdadı. Real rəqəmlərlə, müqavilələrlə işləyirlər. İdmana “təki idman olsun” kimi yox, “nəticə vermək lazımdı” devizi ilə yanaşırlar. Bunun üçün isə keyfiyyətə önəm verilir, peşəkarlığa hədsiz diqqət ayırırlar. Belə deyim, 10-20 il əvvəki vaxtlar deyil.
- Legioner axını yoxdu?
- Çempionatda limit var. Deməli, start heyətində yalnız 4 əcnəbi çıxış edə bilərdi ki, onlardan biri mütləq Asiya qitəsindən olmalıydı. Bu qaydanı aradan qaldırdılar. Limitdəki say olduğu kimi qalır, amma Asiya qitəsi söhbəti vacib deyil. Başa düşdülər ki, asiyalı legionerlər heç də yerlilərdən güclü deyil.
“Futbolçu aparıb-gətirmək masajçı Faiqlik deyil”
- Və yenə braziliyalı, argentinalı, portuqaliyalılar...
- Hə-hə, elədi. Həmişə necəydisə, indi də o cür. BƏƏ-nin dəyişməz futbol ənənəsi. Milliyyət bir tərəfə, əsasən adlara önəm verirlər.
- Faydası var?
- Nə bilim. Bununla bağlı nəsə deyə bilməyəcəm.
- Onda bizimkilərə orda yer olmaz. Nə ad-sanları var, nə pasportlarında “braziliyalı” yazılıb.
- Niyə ki? Çempion olan “Şarjah”ın heyətində özbəkistanlı futbolçu var, soyadı Şükürovdu (Özbəkistan yığmasının üzvü, “Bunyodkor”un sabiq futbolçusu 23 yaşlı Otabek Şükürov – H.). Yarımmüdafiəçidi, yaxşı oyunçudu. Sona yaxın zədə aldı deyə, onun yerinə başqasını cəlb etdilər. Özbək BƏƏ-də çıxış edə bilirsə, deməli, bizimkilər də bacarar.
- Bu yöndə menecer rolunu oynaya bilərsiz?
- Xeyr, qətiyyən! Mənim işim tibblə bağlıdı, idman masajçısısıyam. Həm də bunu düzgün hesab etmirəm. Agent də, həkim də öz işinin peşəkarı olmalıdı. Mən onların işinin incəliklərini bilə bilmərəm.
- Ən azı hansısa futbolçumuzu baş məşqçiyə, klubun skautlarına məsləhət görə bilərsiz.
- Dedim axı, artıq 20 il əvvəlki dönəm deyil. Klublar kifayət qədər peşəkarlaşıb, hər sahəyə nəzarət edən adamlar var. Məsələn, transferlərə kimsə cavadehdi. Mən gedib ona deyə bilmərəm ki, filan futbolçu tanışımdı, onu komandaya götürün. Və ya götürə bilərsiz? Çünki hansısa oyunçunu gətirəndə onun agenti ilə danışırlar, müqavilə bağlayırlar. Qısası, futbolçu aparıb-gətirmək masajçı Faiqlik deyil. 20 il qabaq olsaydı, başqa məsələ.
- Özünüzü necə hiss edirsiz qərib diyarda?
- Şükür, hər şey yaxşıdı. Sizə tarix danışım. Deməli, 21 il əvvəl ora yollananda İsveçrəni evdə udmuşduq, növbəti matçda Macarıstana böyük hesabla məğlub olmuşduq. İsveçrə ilə görüşdə millidəydim, sonra BƏƏ-yə yollandım və artıq Macarıstanla matçda mən ordaydım. Təsəvvür edin, heç cür alışa bilmirdim, özümü hələ də yığmada təsəvvür edirdim. Macarıstanla oyun günü saata baxırdım və düşünürdüm ki, futbolçular indi paltardəyişə otağına getdilər, indi onları masaj etmək, meydana çıxmağa hazırlamaq lazımdı. Hətta buts geyməkləri, baş məşqçidən son tapşırıqları almaqları da gözlərimin önündəydi. Yəni o dərəcədə narahat idim. Hətta bir anlıq hər şeyi atıb, Bakıya qaçmaq istəyirdim. Ürəyimin bir parçası vətəndə qalmışdı. Təbii ki, bu ilk dönəmlərdə idi. Sonradan aylar, illər keçdi, əlaqələr genişləndi, mühitə uyğunlaşdım, uşaqlar böyüdü və qayğılarla hər şeyə alışdım.
- Ailəniz hələ də yanınızdadı?
- Əlbəttə. Mən onlarsız heç yerdə qala bilmərəm. Ailəm mənim sağ əlimdi.
- Uşaqlar böyük olar...
- Oğlumun 26 yaşı var, qızımın 23. Qoca kişiyəm e (gülür).
“... Qurbanı az masaj etməmişəm”
- Baba deyən yoxdu?
- Yox, hələ tezdi. Tələsmirik, vaxtı gözləyirik. Oğlum Moskva Dövlət Universitetinin BƏƏ-dəki filialını başa vurdu. İngilis dili təmayüllüdü, İT mühəndisliyi fakültəsini bitirdi. Qızım da Kanada Universitetinin Dubaydakı filialında təhsil alır. O da reklam mütəxəssisi olacaq.
- Gileylənməyə heç bir əsas yoxdu.
- Olmamalıdı da. Mənim üçün sabitlik vacibdi. Şükürlər olsun, orda sabitlik var. Sabah nə olacağını düşünmək, dərd etmək istəmirəm. O vaxt yığmada, “Neftçi”də işləyəndə bəzən 6-7 ay maaş üzü görmürdük. Evə gəlirsən, cibdə pul yox, ailən acdı və sən nə vaxt pul olacağını bilmirsən. O qədər əziyyət çəkirsən, qarşılığı yoxdu. Amma BƏƏ-də belə deyil. Əməkhaqqı vaxtında verilir, problemin dərhal həll olunur.
- Maaşınızın məbləğini soruşmağım etik cəhətdən doğru olmaz. Maraqlıdı, burda çalışan masajçıların aldığı puldan çox qazanırsız?
- (gülür) Burda nə qədər aldıqlarını bilmirəm axı. Maddi cəhətdən sıxıntım olsaydı, bir gün də orda qalmazdım. Məni orda razı salan əsas amil işimin qarşılığını görməyimdi. Müqaviləni 1 illik bağlayırlar. Hər dəfə mövsüm başa çatanda qarşıma yeni müqavilə şərtləri qoyulur. Bəzən məvacib olduğu kimi qalır, bəzən artır. Ərəblər təkcə futbolçu və məşqçilərin zəhmətini yox, texniki və inzibati heyətin əziyyətini də dəyərləndirirlər. Komandada uğur olanda hətta xadimələrin zəhmətini də nəzərə alırlar. Kluba ailə kimi baxırlar, fərdlərə bölmürlər.
- Bəlkə bu dəfə gedəndə Boris Xetaqurovu da aparasız?
- Bir dəfə belə bir istəyim olmuşdu. Hardasa 15 il əvvəl idi, onda “Dubay” klubunda işləyirdim. Boris Nanayeviçin CV-sini kluba vermişdim ki, bəlkə təklif edərlər, o da gedər. Amma getmək istəmirdi, Azərbaycandan kənarda işləmək istəmədiyini deyirdi. Adam millətçidi, nə edim? Ona görə də illərlə topladığı təcrübəni burda bölüşsə, yaxşı olar. İnsan var ancaq pulu düşünür, Xetaqurov isə həmişə futbol üçün çalışıb. Ölkə futboluna xidmət etməyi hər şeydən üstün tutub. Xetaqurova görə çox məyusam. O boyda insana bu gün heç yerdə iş yoxdu. Ən azı məsləhətçi kimi bacarığından istifadə etmək olar. Cavanlar kimdənsə soruşmalıdı, öyrənməlidi axı. Mən özüm də vaxtilə kimdənsə görüb-götürmüşəm. Bu gün Xetaqurovun kənarda qalması mənim düşüncəmdə Azərbaycan futbolu adına faciədi.
- 54 yaş az deyil, uşaqlar da həddi-buluğa çatıb. Vətənə qayıtmaq haqda düşünmürsüz?
- Bilirsiz, Qurban Qurbanov yığmanın başına keçəndə hamıdan çox bəlkə də mən sevinmişdim. Yaxından tanıdığım adamdı, vaxtilə bir yerdə işləmişik, Qurbanı az masaj etməmişəm. Oyunlara hazırlamışam. Qurban millidə işləməyi haqq edirdi. Düşünürdüm ki, işinə bələd olanları yanına dəvət edər, köməyimizdən yararlanar. Mətbuatda açıqlama vermişdim, dostların vasitəsilə özünə xəbər göndərmişdim. Lakin cavab çıxmadı. Ondan sonra qayıtmağa həvəsim qalmadı.
“Elə yerlər göstərirlər ki, mən oralarda olmamışam”
- Və belədə BƏƏ-də qalacağınızı qətiləşdirdiz.
- Nəyisə həll etmək, yaxud qərar vermək üçün masanın üstündə real bir şey olmalıdı. Reallıq olmayandan sonra adam nəsə deməkdə çətinlik çəkir. Bildiyimə görə, Azərbaycan futbolunda yeganə adamam ki, bu qədər müddət ölkə xaricində çalışıram. Demək olar, hamı tanıyır. Xidmətimdə maraqlı olsaydılar, indiyə qədər təklif edər, əlaqə saxlayardılar. Məni tapmaq çətin deyil ki. Hətta 4-5 il əvvəl özüm AFFA-ya məktub yazmışdım ki, vətənə qayıtmaq, işləmək istəyirəm. Xidmətimdə maraqlı olsaz, bu da əlaqə nömrələrim. Lakin heç bir cavab gəlmədi. Bir onu dedilər ki, vakant yer olanda sizə xəbər edəcəyik.
- Ərəblərin Bakıya axını davam etməkdədi. Təsadüfən onların arasında tanışlarınız yoxdu? Onlara Bakıya getməyi məsləhət görürsüz?
- Sizi inandırım, bizim klubda çalışanların bəlkə də yarısı Bakıya baş çəkiblər. Rəhbərlik də, futbolçular da. Heç mənim xəbərim də olmayıb. Bir də baxıram, biri yanıma gəlib ki, Şəkiyə getmişdim, o biri Qəbələdə çəkdirdiyi şəkilləri göstərir, bir başqası Qusarda gördüklərini danışır. Elə yerlər göstərirlər ki, mən oralarda olmamışam. Futbolla bağlı bütün bölgələri gəzsəm də, Şəkidə, Qəbələdə futbol yox idi deyə, həmin bölgələrin hər yerində olmamışam. Mətbəximiz xoşlarına gəlib, balımızı tərifləyirlər. Bir neçə il əvvəl səhv etmirəmsə, Dubay şeyxi Bakıya gəlmişdi və verilişlərdə paytaxtımızda gördüklərindən danışmışdı. Ondan sonra ərəblərdə Azərbaycana maraq yarandı, turist axını başladı. Orda bilirsiz, necədi, kiminsə xoşuna nəsə gəldisə, başqaları da görmək, dadmaq, baxmaq istəyir. Bəzən Dubaydan Bakıya uçanda təyyarədə məndən başqa azərbaycanlı olmur. Yəni o qədər turist gəlir bura.
- Badriylə şəkil paylaşmışdız. O hara, siz hara?
- Badriylə yaxşı münasibətim var. O vaxt “Şəmkir”də və yığmada oynayanda onu “Dubay” rəhbərliyinə məsləhət görmüşdüm. Badrinin özü də Dubaya gəlməkdə maraqlı idi. Hətta gəlmişdi də. “Dubay”ın məşqlərində iştirak etmiş, baxışdan uğurla keçmişdi. İş müqavilə bağlamağa çatanda Aslan Aslanov icazə verməmişdi. O vaxtdan danışırıq, əlaqəmiz var. Bir müddət əvvəl Gürcüstan yığması Cəbəllütariqlə oynayırdı və Badrinin oğlu milliyə çağrılmışdı. Oyuna çatmasam da, sonra görüşmək imkanımız oldu. Xeyli söhbətləşdik, keçmiş günləri yada saldıq. Fürsətdən istifadə edib qonaqpərvərliyinə görə Badriyə təşəkkür etmək istəyirəm. Hə, bir də xahiş edirəm, mənim adımdan dünən dünyasını dəyişən Əhməd Nəbizadənin qardaşı Polada və yaxınlarına başsağlığımı çatdırasız.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar