04 iy 15:38olke

“Neftçi”nin elita və Elbrus zirvəsi haqda bir neçə söz


Sonu 6 ilə bitən illərin “Neftçi”nin tarixində xüsusi yeri var. Bakılılar 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanıbsa, 10 il sonra tarixində ilk və son dəfə öz gücünə (qalan hallarda hansısa islahat nəticəsində seviniblər...) sovet futbolunun elitasına yüksəliblər. 1986 mövsümünə də elə fırtına kimi başlamışdılar ki, respublikada hər kəs ən azı 20 il əvvəlki nəticənin təkrarlanacağını düşünür, mümkün uğurun xəyalı ilə yatıb-dururdu. Amma dekabrda, yəni mövsüm bitəndə yenə “ənənəvi” 13-cü yerdən boylanırdıq. Babalı deyənlərin boynuna, bildiyimə görə, yüksəlişin enişlə əvəzlənməsi mərhum Ruslan Abdullayevin SSRİ-nin olimpiya yığmasına vaxt ayırması, kollektivin aparıcı üzvləri arasında baş qaldıran “mənəm-mənəmlik” və mükafat davası ilə bağlı olub. Təbii ki, 86-da yaşananlar ayrı yazının mövzusudu. Mən isə sizə Boris Xetaqurovun “Futbol həkiminin qeydləri” rubrikasında 1976 mövsümünün qəhrəmanı, Ağdam futbolunun yetirməsi Elbrus Abbasova həsr etdiyi yazını təqdim edirəm. Onu da xatırladım ki, Abbasov həmin mövsüm 37 oyuna 28 qolla aşağı dəstənin bombardiri olmuşdu. Nəhayət, daha iki məqam... Deməli, həmin mövsüm “Neftçi” ilk dövrədə “Kayrat”la 1:1 etsə də, səfərdə bu komandaya 0:1 uduzub. Yekun turnir cədvəlində qazaxların 56, bizimkilərin 54 xal topladığını nəzərə alsaq, məhz həmin məğlubiyyət 1-ci yerin sahibini müəyyənləşdirmək baxımından həlledici olub. Hə, bu da ikinci məqam. 1976 mövsümünün turnir cədvəlini və turlar üzrə nəticələri öyrənərkən bildim ki, “Neftçi” sovet futbolunun elitasına vəsiqəni məhz mənim dünyaya gəldiyim gündə - oktyabrın 22-də təmin edib. Beləliklə, söz Boris Nanayeviçindi...
“Neftçi” 1976-cı ildə (baş məşqçi Gennadi Borisoviç Bondarenko idi) SSRİ-nin futbol çempionatının 1-ci dəstəsində oynayırdı. Həmin futbol mövsümü gərgin keçirdi: “Neftçi” güclülər dəstəsinə vəsiqə uğrunda mübarizə aparırdı, hər oyun həlledici idi, əsas rəqiblərimiz isə “Paxtakor”, “Kayrat” və “Tavriya” idi. Sentyabrda “Neftçi” Almatıda “Kayrat”la qarşılaşdı. Fasilədə hücumçumuz Elbrus Abbasov məni paltardəyişmə otağına çağırıb deyir: “Həkim, zəhmət olmasa, ayağıma baxın”. Ayağından butsu, getri çıxardım. Görürəm ki, bütün ayağı qan içindədi, pəncəsində isə 1,5-2 santimetrlik kəsik yarası var. Deyirəm ki, Elbrus, sənə oynamaq olmaz. İndi Gennadi Borisoviçə çatdıracam ki, səni əvəzləsinlər. “Həkim, heç kimə heç nə demə. Səndən xahiş edirəm, nəsə et ki, oynaya bilim”.
Belədə yaraya tikiş qoymalı oldum və Elbrus həmin oyunda sona qədər meydanda qaldı. Elbrus Abbasov dözümlü, cəsur futbolçu idi! Axı, istəsəydi, oynamaqdan boyun qaçıra bilərdi, bir halda ki mən onu azad edirdim...
Elbrus həmin il birinci dəstənin bombardiri adını qazandı, “Neftçi” isə ikinci yeri tutaraq SSRİ çempionatının güclülər dəstəsinə adladı.
HUŞƏNG hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar