03 iy 14:45olke

Eksteynin agenti azərbaycanlıymış


Ceyhun Hacıyev: “Hendrikin “Qarabağ”a keçmək söhbəti olmayıb”
Türkiyəyə təlim-məşq toplanışına gedən klubların rəsmiləri və PFL-də çalışanlar Ceyhun Hacıyevi yaxşı tanıyır. Əslən azərbaycanlı olan, lakin uzun illərdi qardaş ölkədə yaşayan həmyerlimiz 15 ildən çoxdu təşkilatçılıqla məşğuldu. Eyni zamanda həm də futbolçulara menecerlik edir. İndiyə qədər bu və digər sahədə xeyli iş gördüyünün şahidi olmuşuq.
Bir neçə gün əvvəl şəhərin mərkəzində üz-üzə gəlməyimiz isə təsadüfən oldu. Əl sıxıb, salamlaşdıq, ordan-burdan söz açdıq. Və məlum oldu ki, Ceyhunun Bakıya səfəri təkcə vətəninə və yaxınlarına baş çəkmək istəyi ilə bağlı deyil. Son bir ayda haqqında çox danışılan, gah “Qarabağ”a, gah “Səbail”ə keçəcəyi deyilən, lakin sonda “Sabah”la müqavilə bağlayan Hendrik Eksteynin agenti, sən demə, Ceyhun Hacıyev imiş. Vətənə səfəri də əsasən bununla bağlı olub.
Hal-əhval tutandan sonra müştərisi və gördüyü iş barədə danışmaq niyyətimi biləndə, ilk cəhddə etiraz etdi. “Reklam olunmaq istəmirəm, sonra hərə bir söz deyir” söyləməsinə baxmayaraq, şəxsi münasibətlərimizə görə suallardan boyun qaçıra bilmədi.
- Nə məsələdi?
- Gəzməyə gəlmişəm (gülür).
- Bayaq başqa söz deyirdin...
- (mövzunu dəyişməyə çalışsa da, alınmır) Yaxşı, sən deyən olsun. Hendriki Bakıya gətirdim, “Sabah”la ikiillik müqavilə bağladıq.
- Sənin müştərin sayılır, yoxsa vasitəçisən?
- Vasitəçi nədi? Birmənalı agentiyəm.
- Hansısa təqdimetmə fotosunda Hendrikin yanında qaradərili şəxsi gördüm. O da agentdi?
- Ola bilməz. Hendrikin yanında mən olmuşam, mən gətirmişəm. Bəlkə şəkildə qara düşmüşəm (gülür)? Hə, bəlkə Amadu Diallo ilə səhv salırsız? Məncə, onun agentidi, qaradərilidi.
- Bildiyimə görə, Hendriklə maraqlanan klubların sayı kifayət qədər imiş.
- Düzünə qalsa, həm maraq var idi, həm də görüşlərimiz olmuşdu. Götür-qoy etdik, işin pis və yaxşı tərəflərini nəzərə aldıq, yekunda birlikdə “Sabah” variantına üstünlük verdik.
- Dedin görüşlərimiz olmuşdu. Hansı ölkə təmsilçiləri idi maraqlananlar?
- Türkiyənin 1-ci liqasından konkret iki təklifi vardı. Həm maddi, həm də başqa şərtlər yetərincə əlverişli idi. Sadəcə, premyer-liqada oynamaq, avrokuboklarda çıxış etmək istəyir deyə, “Sabah”ı seçdik. Perspektiv olaraq bu variant daha uyğun görünürdü. Həm də texnikalı futbolçudu, onun üçün Azərbaycan çempionatında çıxış etmək daha rahat olar, nəinki Türkiyədə.
- Eksteyn heç vaxt ölkə xaricində çıxış etməyib. Cənubi Afrika hara, sən hara?
- Orda kifayət qədər yaxşı tanıdığım agent var. Bir çox tanınmışlarla işləyir. Ötən il məni Afrikaya dəvət etmişdi, mən də fürsətdən yararlanıb getmişdim. İzlədiyim oyunlarda bir neçə futbolçu diqqətimi çəkdi ki, biri də Hendrik idi. Hendriki bəyəndiyimi bilən kimi gülə-gülə dedi ki, əmimin oğludu. İşin belə olması işimizi bir az da asanlaşdırdı.
- Necə futbolçudu, hansı üstünlükləri var?
- Qeyri-adi oyunçudu. Bunu mən yox, oyununu və videoyazıları izləyənlər də deyir. Sürətli, eyni zamanda texnikalıdı. Müəyyən mənada braziliyalılara oxşayır. Hər iki ayağından məharətlə istifadə edə bilməsi də əlavə üstünlüyüdü. Hə, bir də əsas özəlliyi var ki, cinahlardan topla cərimə meydançasına daxil olmağı sevir. Bəzi cinah yarımmüdafiəçiləri kimi işini ötürmə və ya asma etməklə bitmiş saymır.
- Sırf vingerdi?
- Vinger kimi də oynaya bilir, pleymeyker kimi də. Ümid edirəm ki, adından söz etdirməklə “Sabah”a ciddi faydası olacaq. Özü də Azərbaycanda oynamaqda və yeni komandasıyla avrokuboklarda çıxış etməkdə maraqlıdı.
- “Səbail”in də adı çəkilirdi...
- Bəli, belə bir variant olmuşdu. Hətta məşqçi və klub rəsmiləri ilə danışmışdıq da. “Səbail” birmənalı Eksteynin xidmətində maraqlıydı. Sadəcə, futbolçunun düşünməsi, razılıq verməsi, sənədləşmə işləri, Bolqarıstana yollanması – bütün bunlar müəyyən vaxt tələb etdiyindən söhbətimiz uzandı. Ona görə də “Səbail” variantı yarımçıq qaldı. Dərhal da “Sabah”dan və Türkiyənin iki klubundan təklif aldıq.
- Hər halda, müqaviləsinin maliyyə tərəfi də sanballı olar.
- Yox-yox, sizi inandırım, yox. Hansısa futbolçunu şişirdib qiymətini qaldırmaq mənlik, bizlik deyil. Rəhbərlik etdiyim şirkətdə dəyəri ucuz olan futbolçunu baha qiymətə “sırımaq” kimi vərdiş yoxdu. Hər futbolçunun bacarığına və karyerasına uyğun qiyməti var. Və buna uyğun da addım atırıq. Səmimiyyətimə inan, Hendrik “Sabah”la digər təkliflərlə müqayisədə cüzi rəqəmə razılaşıb. Bir söz deyim, Türkiyənin 1-ci dəstəsindən olan təklif “Sabah”ın verdiyi puldan 50-60 faiz çox idi.
- “Qarabağ” söhbəti nə idi?
- İnternetdə yazılan xəbərlər və məlumatlar başdan-ayağa yalan idi. Hendrikin “Qarabağ”a keçmək söhbəti olmayıb. Bu haqda saytlarda oxuyub, təəccüblənirdim. Çünki Eksteynin Azərbaycan və Türkiyə təklifləri 2 illik mənə məxsusdu. Ona görə də xəbər tutan kimi “Qarabağ”dakı dostlara zəng vurdum. Maraqlandım, soruşdum, mənə belə bir düşüncələrinin olmadığını dedilər. Niyyətləri olsaydı, onsuz da mənimlə əlaqə saxlayacaqdılar. Ola bilsin, kimsə xəbər xatirinə yazıb, başqaları da tirajlayıb.
- Azərbaycandakı müştərin təkcə Hendrikdi?
- Yox, bir neçə nəfər də var.
- Kimlərdi?
- Neynirsən e? (gülür)
- Maraqlıdı. Nə vaxtsa hansısa yazıda istifadə edə bilərəm. Ümumiyyətlə, legionerlərin hansı agentlərin müştərisi olması hamı üçün maraqlıdı.
- “Səbail”də Aleksandr Rıbkadı, “Keşlə”də Con Kamara. Daha bir futbolçunun danışığını aparırıq, 2-3 günə başa çatmalıdı. Amma ad çəkməyəcəm.
- Hansı klubla danışırsan?
- Ad çəkməyəcəm. Görəcəksən. Daha bir futbolçunun Türkiyə superliqası klubuna keçidini bitirmək üzrəyik.
- Azərbaycanda əvvəlki müştərilərin kimlər olub?
- Bu mövzunu bağlayaq da. Vallah, özümü reklam edirmiş kimi görünərəm kənardan. Bu adları da israr edirsən deyə dedim. Sən canın, boş ver. Ən yaxşısı səssiz görülən işdi.
- Səni daha çox Türkiyədəki təşkilatçı-menecer həmyerlimiz kimi tanıyırıq. Həmin işi də davam etdirirsən?
- Şəxsi şirkətim var və həmin şirkətin gördüyü iş təkcə təşkilatçılıqla bağlı deyil. Eyni zamanda futbolçuların keçidi ilə də məşğul oluruq. Ona görə də iki iş bir-birinə mane olmur, əksinə, dəstəkdi. Azərbaycan, Qazaxıstan, Türkiyə, Kosovo, Albaniya, Rusiya, İsveç, İsveçrə kimi ölkələrin klubları ilə əməkdaşlıq edirik. Bu dəqiqə bizim xəttimizlə 11 klub Sloveniya, Türkiyə, Avstriya və Bolqarıstanda hazırlıq keçir. Avqustun ortalarına qədər davam edəcək. Azərbaycanda və Türkiyədə agentləri “pul yeyən” adam gözündə görürlər. Ona görə də işimizi başqa cür qurmuşuq, nisbətən fərqli cəhətdən yanaşırıq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar