03 iy 14:41olke

“Partizani” “Mura”ya uduzub, əvvəlki məğlubiyyətini gizlədir


Alban azarkeşlər üsyan edir: “Ən yaxşısı “Qarabağ”la oyunlara çıxmayın”
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Partizani” Sloveniyadakı təlim-məşq toplanışını davam etdirir. İyunun 23-də “Sarayevo” ilə qarşılaşan Albaniya çempionunun Bosniya və Hersoqovina təmsilçisinə 1:5 hesabıyla məğlub olduğunu yazmışdıq. Lakin həmin vaxt klubun rəsmi saytında və “feysbuk” səhifəsində qarşılaşmanın yekun nəticəsi ilə bağlı heç nə yazılmamışdı. Gözləmək olardı ki, gecikmə ilə olsa da, həftəiçi nəsə yazarlar. Lakin dünən yenidən göz gəzirdik. Və heç bir məlumat görmədik. Sanki belə bir oyun olmayıb. Halbuki matçın afişasını təqdim etmişdilər.
Əvəzində “Mura” ilə qarşılaşmanın baş tutduğunu da yazıblar, oyunda qeydə alınan hesabı da. “Partizani” yerli komandaya da boyun əyib – 1:2. 90 dəqiqəni 0:2 hesabı ilə yenik tamamlayan tiranalılar görüşə əlavə olunmuş 3-cü dəqiqədə Eraldo Çinarinin qolu sayəsində hesab arasındakı fərqi minimuma endiriblər.
Albaniyanın son çempionunun yoldaşlıq görüşlərində qələbəyə həsrət qalması azarkeşlərin qəzəbinə səbəb olub. Hər halda, bunu onların sosial şəbəkədə yazdığı şərhlərdən görmək mümkündü.
Klodian Duro: “Görmüşük ki, komandanın cinah müdafiəçiləri olar. Meydanın mərkəzində oyun qurucusu yer alar. Hücumçu cinah ötürmələri və asmaları ilə “qidalanar”. Yəni gördüyümüz futbol budu. Bəs sizin oynadığınız nədi?”
Mirton Ceka: “Yoldaşlıq görüşlərindəki nəticələrə önəm verməyin tərəfdarı deyiləm. Amma Çempionlar Liqasında iştirak etməyə hazırlaşan komandanın ən azı müdafiə xətti etibarlı olmalıdı. Sənin ucaboy müdafiəçilərin var, amma nə edirlər, nə etmək istəyirlər – bunu bilən yoxdu. Onsuz da qaçıb yorulmurlar, heç olmasa, üzərilərinə gələn topları qaytarsınlar”.
Viron Proko: “Skender Geqanın halallığını almamışdız axı” (adı çəkilən mütəxəssis 26 ildən sonra “Partizani”yə çempionluq sevinci yaşadıb, ölkə kubokunu qazandırsa da, bir müddət öncə komandadan ayrılıb – H.).
Fiqiri Dashi: “Bu komandanın Çempionlar Liqasının adını tutması belə utandırıcıdı. ÇL-də belələrinə yer yoxdu. Ən yaxşısı “Qarabağ”la oyunlara çıxmayın. Biabır olmaqdansa, texniki məğlubiyyət verilsin, bəs edər. 90 dəqiqə ərzində “Mura”nın qapısına bir dəfə yaxınlaşan komandaya necə çempion demək olar, anlamıram”.
Denis Burnazi: “Sloveniya superliqasında öz yerini tapa bilməyən rəqibə boyun əyən komandanın futbolçuları “Qarabağ” səddini keçəcəklərinə inanırlar?”
Vladimir Dosti: “İtalyan məşqçinin strategiyası budu? Ha, ha, ha...”
Alfredo Fredo: “Biabırçılıq davam edir. Bu axmaq komanda tezliklə üzündə haqq etdiyi silləni görəcək”.
Besi Qordja: “Bu cür başlamısızsa, Qarabağa getməyin. Orda sizi bundan də betər günə qoyacaqlar”.
Antonio Salone: “Bu, “Partizani”nin yox, çempionatın faciəsidi. Texnika çatmır, güc yoxdu. Avropada uğur qazanmaq üçün çempionatın güclü olmalıdı”.
Stefan Steji: “Bu nədi belə? Baş aça bilmirəm. Bu durumla avrokuboklara qatılmağın adı yoxdu. Baş məşqçi çarəsiz, futbolçular ruhsuz, rəhbərlik hara baxır, bilmirəm. Çox getməz”.
Mövsüm başa çatandan sonra çempion heyəti qorumağı bacaran paytaxt təmsilçisi güclənmək yolunda addımlar atmağa çalışır. İki gün öncəyə qədər yalnız qambiyalı Tican Caytehin keçidini həll edən “sarı-qırmızılar” daha bir futbolçunu rənglərinə bağlayıb. Bu, Albaniya və Kosovonun U-21-ində çıxış etmiş Rron Broyadı. Buna qədər Makedoniya (Şkupi) və Belçikada (“Gent”, “Deinze”) legioner həyatı yaşayan istedadlı yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb.
Diqqətdən qaçıranlar üçün bir daha xatırladaq ki, “Partizani” – “Qarabağ” qarşılaşmasının start fiti iyulun 10-da, Bakı vaxtı ilə saat 19.30-da çalınacaq. Cavab görüşü isə düz bir həftə sonra Bakıda baş tutacaq ki, “Dalğa Arena”dakı görüş saat 21.00-da başlayacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar