03 iy 14:39olke

Rəşad Əzizli “Sumqayıt”la bağlı “oxu atıb yayı gizlətdi”

Rəşad Əzizli “Sumqayıt”la bağlı “oxu atıb yayı gizlətdi”
“Klubumla mükafat qazanmaq, əvvəlki Rəşad olmaq və millidə çıxış etmək iddiasındayam”
Son dönəmdə qapıçıların yerdəyişməsinə adət etmişik. Sanki komandaların ən zəif bəndi “çərçivə”di. Bu yay “Keşlə”yə keçən Rəşad Əzizlinin də ən zəif cəhətlərindən biri tez-tez klub dəyişməsidi. “Keşlə” onun son 5 mövsümdə 5-ci iş yeridi. Ötən mövsüm “Neftçi”dən “Sumqayıt”a böyük ümidlərlə yollanmışdı ki, “gənclik şəhəri”ndə “1 nömrə” olacaq. Ancaq ümidləri doğrulmadı, cəmi 7 oyunda ona “çərçivə”ni etibar etdilər. Bu mənada “Keşlə”dən gələn dəvət Faiq Əzizovun oğlu üçün göydəndüşmə oldu. Rəşadın növbəti mövsümdə “Keşlə”də əsas “çərçvə qoruyucusu” olacağı realdı. Şahin Zəkiyevlə əvəzedici heyətdən cəlb olunan Əkbər Vəliyevi də üstələməyib kimi üstələyəcək?! 25 yaşlı qapıçıyla söhbətdə bu və başqa məqamları müzakirə etdik.
- Səni “Keşlə”də nə cəlb etdi ki, “Sumqayıt”ı atıb bura keçdin?
- Tərlan Əhmədov amili. Tərlan müəllim mənə deyəndə ki, səni komandamda görmək istəyirəm, tərəddüd etmədən razılıq verdim. Sonra klublar öz aralarında keçidimin detallarında razılığa gəldilər və beləliklə, “Keşlə”dəyəm. Halbuki “Sumqayıt”la müqaviləm vardı. Yəqin “Keşlə” variantı olmasaydı, elə Sumqayıtda qalacaqdım.
- Yəqin Tərlan Əhmədovun çağırışına ona görə qaçdın ki, iki il əvvəl “Neftçi”də onunla birgə çalışmısan. Sənə daim şans verirdi.
- Elədi. Tərlan müəllim o vaxt da mənə inanırdı və daim şans verirdi. Mən də onun etimadını doğrultmağa çalışırdım. Fikrimcə, pis alınmırdı.
- Sumqayıtda niyə möhkəmlənə bilmədin? Mehdi Cənnətov o qədər güclü qapıçıdı ki?
- Söhbət kimin güclü, kimin zəif qapıçı olmasından getmir. “Sumqayıt”a böyük ümidlərlə getmişdim. Kaş heç o vaxt “Neftçi”ni tərk etməyəydim. Fikirləşdim ki, orda daim oynayacağam. Ancaq heç də hər şey istədiyim kimi olmadı. Söz verdilər, amma... Bu haqda danışmaq istəmirəm. Əslində orda möhkəmlənə bilməməyimin Ayxan Abbasovla əlaqəsi yoxdu. O, yaxşı insandı. Münasibətlərimiz də qaydasındadı. Ayrılanda normal şəkildə sağollaşıb ayrıldıq. Sadəcə, başqa söhbətlər var idi. Hər şey geridə qalıb. Bu haqda danışıb qanımı qaraltmaq, yeni motivasiyamı korlamaq istəmirəm. Belə deyək, “Sumqayıt”da alınmadı.
- Kamran Ağayev “Keşlə”də qalsaydı, Tərlan Əhmədovun dəvətinə yenə “hə” deyəcəkdin?
- Yəqin ki. Tərlan müəllim mənə etibar edib çağırırsa, ona “yox” deyə bilməzdim. Yenə deyirəm, “Keşlə”yə keçməkdə əsas səbəb dəyərli məşqçi Tərlan Əhmədov oldu. O insanı tanımağım və mənə inanıb dəvət etməyi oldu. Tərlan müəllimin rəhbərliyi altında gözəl günlərimiz keçib. İndi də burda olmağıma, onunla birgə çalışacağıma görə çox şadam.
- Burda səni güclü rəqabət gözləmir. Bu sənin xeyrinədi, yoxsa ziyanına?
- Niyə ki? Şahin Zəkiyev yaxşı qapıçıdı. Gəncdi, ambisiyalıdı. Güclü xarakteri var. Onunla rəqabət hər ikimizin xeyrinə olacaq. Hazırda 3 qapıçıyıq. Əvəzedici komandanın qapıçısı Əkbər Vəliyev də toplanışa cəlb olunub. Ola bilər ki, “çərçivə”yə yenə transfer olsun. Heç kim bizə söz verməyib ki, “1 nömrə” olacaqsan. Bu, özümüzdən asılıdı.
- Hazırlıq necə gedir?
- İyunun 20-də başlamışıq. İlk həftə, 10 gün sırf fiziki hazırlığa həsr olundu. Bu gün komandaya istirahət verilib. Sabah ikinci mərhələyə start veriləcək ki, qarşıdakı 20 gün ərzində toplu çalışmalara, yoxlama görüşlərinə üstünlük veriləcək. “Sumqayıt”, “Zirə” ilə oyunlarımız olacaq. İyulun sonunda isə üçüncü mərhələ üçün Türkiyəyə gedəcəyik.
- Amma transfer çalışmaları ləng gedir.
- Ola bilsin, kənardan elə görünür. Hələlik 5 yeni oyunçu alınıb. Başqalarıyla danışıq gedir. Bizə deyiblər ki, Türkiyədə də komandaya qoşulanlar olacaq. Ola bilsin, kimsə birbaşa müqaviləyə gəldi. Orda da yoxlama oyunu olacaq, yəni komandanın komplektləşməsi üçüncü mərhələdə başa çatdırılacaq.
- Qarşıdakı mövsümdən gözləntilərin nədi? Həm “Keşlə” ilə bağlı, həm də şəxsi hədəflərin nə olacaq?
- “Keşlə” ilə ilk “üçlüy”ə düşmək, mümkün olmasa belə, avrokoboklara vəsiqə qazanmaq istəyirik. Artıq hamı ona köklənib ki, həm “Keşlə”nin, həm də öz adımızdan söz etdirməyin zamanı çatıb. Qoy bizə yuxarıdan aşağı baxsınlar, amma növbəti mövsüm heç kimə asan yem olmayacağıq. Bu il bizim ilimiz olmalıdı. O ki qaldı şəxsi istəyimə, klubumla mükafat qazanmaqla yanaşı, formamı qaytarmaq, əvvəlki Rəşad olmaq və nəhayət, millidə çıxış etmək iddiasındayam. İnşallah, bunu bacaracağımıza inanıram.
- Avrokuboklarda çıxış edəcək klublarımızdan hansına daha çox inanırsan?
- “Qəbələ” mübarizəyə ikinci mərhələdən başlayacaq. Komanda bir az zəifləyib, üstəlik, ikinci mərhələdə nisbətən çətin rəqiblə düşəcəklər. “Səbail”in işi də ağır olacaq. “Universitatya” favoritdi. Ancaq arzulayıram ki, həm “Qəbələ”, həm də “Səbail” mərhələ keçsin. O ki qaldı “Neftçi” ilə “Qarabağ”a, sabiq komandam asan rəqiblə düşüb. Moldova təmsilçisi həm oyunçularının səviyyəsinə, həm də büdcəyə görə geri qalır. Heyətini xeyli gücləndirən “Neftçi”nin “Sperantsa” səddini keçəcəyinə əminəm. “Qarabağ”ın rəqibi nisbətən çətin olsa da, təcrübə öz sözünü deyəcək. Son illərdə olduğu kimi, Qurban Qurbanovun komandasının bir yox, bir neçə mərhələ keçəcəyinə inanıram. Avrokubok təmsilçilərimizin hamısına uğurlar arzulayıram.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar