03 iy 14:35olke

“Keşlə” rəqib tapmadı, iranlıları yola saldı


Növbəti mövsümə hazırlığı Bakıda davam etdirən “Keşlə” şənbə gününə yoxlama görüşü planlaşdırmışdı. Hərçənd rəqibin kimliyi bilinmirdi. Komandanın məşqçisi Zaur İsmayılov ötən həftəiçi qəzetimizə müsahibəsində sınaqçı-rəqib tapa bilməyəcəkləri halda, ikitərəfli oyunla kifayətlənəcəklərini bildirmişdi. Beləliklə, iyunun 29-na planlaşdırılan görüş baş tutmayıb. Üstəlik, ikitərəfli oyun da olmayıb. Buna səbəb heyət yetərsizliyidi. İsmayılov bunu əvvəlcədən bilə bilməzdi. Məsələ burasındadı ki, bir neçə gün öncə baxışda olan 7-8 iranlı legioner də bəyənilməyərək geri göndərilib. Beləliklə, heyət üzvlərinin sayı 22-dən az olub. Baxmayaraq ki, Tərlan Əhmədov əvəzedici komandanın bir neçə üzvünü də təlim-məşq toplanışına cəlb edib.
Zaur İsmayılovu dinləyək: “Oyun təxirə salındı. Rəqib tapa bilmədik. Həm də hələ heyət formalaşmayıb. Hazırda 16 nəfərlə məşqlərimizi davam etdiririk. Onlardan iki-üçü əvəzedici komandadan cəlb olunub. Təbrizdən gələn futbolçular bizimlə 3 məşqdə oldu. Səviyyələri bizi qane etmədi və ona görə oyunda sınamağa ehtiyac qalmadı. Artıq hamısı düşərgəni tərk edib. Transfer çalışmalarımız davam edir. Məşqçilər korpusu təklif olunan futbolçuları götür-qoy edir. Bəyəndiyimiz olsa, danışıqlara başlayacağıq. Seçimdə yanılmaq istəmirik”.
“Keşlə” Bakıdakı toplanış çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırırdı. Tərlan Əhmədovun çalışdırdığı kollektivin ikinci, əslində isə birinci yoxlama matçı iyulun 5-də baş tutacaq. Sumqayıtda keçiriləcək oyunda rəqib şəhərin eyniadlı təmsilçisi olacaq. İyulun 13-də “Keşlə” Zirə İdman Kompleksinin stadionunda “Zirə” ilə qarşılaşacaq. Dördüncü yoxlama matçı iyulun 24-də keçiriləcək. Rəqib hələlik məlum deyil. Mümkündü ki, hazırlığın gedişində daha bir sınaq matçı təşkil olunsun. Hər halda, İsmayılov belə deyir: “Açığı, hələ bunu müzakirə etməmişik. Amma mümkündü. Komanda bu gün istirahətə buraxılıb. Sabahdan növbəti mini-tsiklə start verəcəyik. Həftəsonu sınaq görüşü nəzərdə tutulub. Ortaya bir problem çıxmasa və işlər planlaşdırdığımız kimi getsə, iyulun 5-də “Sumqayıt”la oynamalıyıq. Növbəti həftələrdə araya bir oyun salmaq olar”.
Bu arada İqor Yovanoviçin “Keşlə”yə keçidi baş tutmayıb. Mərkəz müdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək. Məsələ burasındadı ki, "Sepsi"dən ayrıldıqdan sonra azad agent statusu daşıyan 30 yaşlı xorvat "Keşlə" ilə birillik müqaviləni razılaşdırsa da, son anda "Panetolikos"la sözləşmə imzalayıb. O, yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar