03 iy 14:26olke

Riad Rəfiyev seçimdə səhv etmək istəmir


“Bəzən adlardan da önəmli kollektivin sağlam olmasıdı”
Ötən mövsüm tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmağa yaxın olan “Sumqayıt” ölkə kubokunun finalında “Qəbələ”yə uduzmaqla tarixi fürsəti qaçırdı. Fasilə dönəmində Elvin Məmmədov, Əfran İsmayılov, Əli Babayev kimi aparıcı futbolçular “kimyaçılar”ın düşərgəsini tərk etdi. 2018/19 “futbol ili”nin tapıntılarındın biri olan Aleksey İsayev də yolüstədi. Heyət baxımından ciddi itkilərə məruz qalan “ağ-göylər”in yeni mövsümdə necə təsir bağışlayacağı, hansı məqsədlər uğrunda mübarizə aparacağı çox maraqlıdı. Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün “gənclik şəhəri” təmsilçisinin prezidenti Riad Rəfiyevlə görüşməyi lazım bildik. Müsahibədən öncə Riad bəy komandanın məşqini izləməyi təklif etdi. Təxminən 20 dəqiqə birlikdə hazırlıq prosesini izlədikdən sonra diktofonu işə salıb, klub prezidentinə sualları ünvanladıq.
- “Sumqayıt” arxada qoyduğumuz mövsüm ikili təsir bağışladı: bir tərəfdən klub tarixinə gümüş hərflərlə yazılan ölkə kubokunun finalçısı oldu, digər yandan bərbad 3-cü dövrə və nəticədə yalnız 6-cı pillə. Siz geridə qalan mövsümü necə qiymətləndirirsiz?
- Mövsümün əvvəlindən komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulmuşdu. Bəli, yekunda buna nail olmadıq. Ancaq son anadək bu mübarizəni davam etdirdiyi üçün futbolçulara, komandaya "çox sağ ol" deməliyik. Bəli, çempionatın gedişində hətta sonuncu pilləyə də enmişdik. Əlbəttə, xoşagəlməz hisslər keçirirdik. Bu, təxminən 2 həftə davam etdi. Ancaq uduzduğumuz xeyli matç oldu ki, rəqiblərimizdən üstün futbol sərgiləyirdik, lakin xal ehtiyatımız artmırdı. Bu, bilavasitə bəxtsizliklə bağlıydı. Eyni zamanda, bir çox oyunlar oldu ki, hakim səhvlərinə görə xallar itirdik. Elə bu üzdən də “qara zolağa düşdük”. Ancaq hətta məğlub olanda da, “qaranlıq tunelin sonunda işıq” görürdük. Uduzduğumuz oyunlardan sonra rəqib komandadakı rəhbər şəxslər mənə yaxınlaşaraq məğlubiyyətə layiq olmadığımızı, yalnız bəxt hesabına qalib gəldiklərini, turnir cədvəlinin alt sıralarında qərarlaşmağımızı anlaya bilmədiklərini söyləyirdilər. Ümumilikdə hesab edirəm ki, qərarlaşdığımız 6-cı pillədən üst sıralarda olmalıydıq. Ancaq sadaladığım bəxt amili, hakim səhvləri 6-cı olmağımızda rol oynadılar. Şükür Allaha ki, ən çətin məqamda kollektiv toparlanmağı bacardı və “qara zolaq”dan çıxa bildik.
- Futbolçu və məşqçilərdə yeni gəldikdə uyğunlaşma üçün müəyyən zaman tələb olunur. Artıq ilyarımdı ki, “Sumqayıt”ın prezidentisiz. Prezident kürsüsünə uyğunlaşdığınızı düşünmək olar?
- Bəli, belə demək mümkündü, ancaq hər dəfə, hər il, hər mövsüm öyrənirik, öyrənirik, öyrənirik. Başa vurduğumuz mövsümün əvvəlində ötənilki səhvləri təkrarlamamalıyıq deyirdiksə, indi növbəti mövsüm üçün eyni sözləri işlədirik. Sözsüz ki, arxada qoyduğumuz mövsümdə də səhvlərimiz oldu və indi bunları bir daha təkrarlamamağa çalışacağıq. Bu da təcrübə toplamağımıza təkan verir və ildən-ildən inkişaf edəcəyimizi düşünürəm.
- Ötən mövsümə nəzər saldıqda Əli Babayevin sərgilədiyi futbol bəyənilən idi. Onunla yeni müqavilə imzalamamağınızın səbəbi kimi futbolçunun maaşının artırılmasını tələb etdiyi göstərildi. Bu, nə dərəcədə həqiqətə uyğundu?
- Əli ilə 1 illik müqaviləyə imza atmışdıq. Onun agentlərinin yeni müqavilə üçün tələb etdikləri məbləği biz qarşılaya bilməzdik. Bax, buna görə də ortaq məxrəcə gələ bilmədik. Bu futboldu, belə hallarla tez-tez qarşılaşmaq mümkündü.
- Sirr deyil ki, “Sumqayıt” ölkə xaricindən Azərbaycana bağlı olan futbolçuları cəlb edir və onların da əksəriyyəti adından söz etdirməyi bacarır. Belələri sırasında son mövsüm komandamıza cəlb etdiyiniz Aleksey İsayev, Əli Babayev, Peyman Babayinin adını qeyd etmək olar. Düzdü, “Sumqayıt” avrokuboklarda iştirak etmir və vaxt baxımından sıxılmır. Ancaq bütün hallarda, iyun sona çatsa da, yeni simaya rast gəlmirik. Ümumiyyətlə, belələri olacaqmı?
- Biz daim yeni oyunçu axtarışındayıq. Həm ölkə daxilində, həm də hüdudlarımızdan kənarda həmyerlilərimizi axtarırıq. Ölkə xaricində çıxış edən bir sıra futbolçu var ki, bizə təklif olunublar. Ancaq onların oyun keyfiyyəti, yaxud üslubu komandamıza uyğun gəlmir. Vaxtımız hələ var, tələsmirik. Bəli, müəyyən oyunçular var ki, maraq dairəmizdədilər. Nəzərə alsaq ki, biz yalnız azərbaycanlı futbolçularla oynayırıq, seçimimiz məhduddu, olduqca ehtiyatlı davranmalıyıq. Digər klublardan fərqli seleksiya işində səhv etmək haqqımız yoxdu.
- “Sumqayıt”ın büdcəsinin azaldılması haqda xəbər nə dərəcədə həqiqəti əks etdirir?
- Büdcə ötənilki kimi qalır. Ümumi götürsək, büdcənin ambisiyalarımıza heç bir dəxli yoxdu. Biz həmişə iddialı olacağıq. Heç kim üçün sirr deyil ki, ən aşağı büdcə bizim klubdadı. Üstəlik, legioner də cəlb etmirik. Buna baxmayaraq, “Sumqayıt” kubokun finalına yüksəlməyi bacardı. Deməli, düzgün işləmişik. Niyə də bunu bu il də təkrarlamayaq?! Niyə yenidən sumqayıtlı futbolsevərlərə bu həyəcanı yaşatmayaq?!
- İndiki heyətə hörmətsizlik etmirik, ancaq ötənilki “Sumqayıt” daha sanballı görünürdü...
- Sizinlə ancaq bu hissədə razılaşa bilərəm ki, belə təəssürat yaranır. Lakin bir il əvvəl də komandamızı Tural Axundov, Cavid İmamverdiyev, Vüqar Bəybalayev, Amil Yunanov, Rəşad Eyubov tərk etdikdə eyni fikir formalaşmışdı. Hamı birağızdan “Sumqayıt”ın aşkar autsayder olacağını iddia edirdi. Ancaq zaman nəyin necə olduğunu göstərdi. Bəzən adlardan da önəmli kollektivin sağlam olmasıdı.
- Çox inamlı danışırsız. Deyəsən, axı “torbada pişik” var? Məsələn, ötən mövsüm “torba”dan Aleksey İsayevlə Əli Babayev çıxdı...
- “Ola bilər ki, kimlərisə gətirək. Ancaq “torbadakı pişiklərsiz” də komandamızda yetərincə gənc istedadlar var. Əminəm ki, qarşıdakı mövsümdə onlar adlarından söz etdirə biləcəklər. Fərəhləndirici haldı ki, bu uşaqlar arasında “Sumqayıt”ın yetirmələri də az deyil.
- Bu sual birbaşa “Sumqayıt”a aid olmasa da, fikrinizi bilmək istəyərdik. Son zamanlar limit mövzusu müntəzəm müzakirəyə çıxarılır. Bu məsələdə sizin mövqeyiniz necədi?
- 21 yaş limitini nəzərdə tutursuzsa, biz onsuz da hər oyuna iki-üç belə futbolçuyla çıxırıq. Yaşla bağlı limit olsa da, olmasa da, gənclərimizə güvənəcəyik. Elə ötən mövsüm Ülvi İsgəndərov, Süleyman Əhmədov, Murad Xaçayev kimi adları ölkə futboluna bəxş etdik. Legioner limitinə gəlincə, buna müdaxilə etməyim doğru olmaz. Çünki komandamızda əcnəbi yoxdu və bu suala mənim cavab verməyim düz çıxmaz. Özümü başqa klubun prezidentinin yerinə qoyub bu barədə fikir bildirə bilmərəm.
- Sonuncu sualı ümidsiz versəm də... Komandaya legioner qadağasının aradan qaldılılması gözlənilir?
- “Sumqayıt”ın bəlli strategiyası var və bu yöndə dəyişiklik yoxdu. Klub daxilində qərarı mən tək vermirəm. “Sumqayıt”ın Müşahidə Sürası, təsisçiləri, sponsorları var. Hazırda bu mövzu gündəmdə deyil.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar