30 in 13:46olke

“Məni bu yaşda pul yox, perspektiv maraqlandırır”


“Sumqayıt”ın ispan məşqçisi ilk məşqdə təəccüblənib
Ötən mövsüm Ukraynadan dəvət olunan iki fiziki hazırlıq üzrə məşqçi – Anton Dyaçenko, ardınca isə Sergey Yankovi “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun etimadını doğrultmadığından “kimyaçılar”ın rəhbərliyi onlarla yolları erkən ayırmağı lazım bildi. Ötən sayımızda “gənclik şəhəri”nin təmsilçisinin məşqçilər korpusuna yeni fiziki hazırlıq üzrə çalışdırıcının dəvət olunduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, əslən ispan olan Edu Karo bu günə kimi vətənində “Damm”, “Terrasa”, “Espulgenc”, “Gava” kimi klublarda işləməklə yanaşı, Səudiyyə Ərəbistanının ən məşhur təmsilçilərindən biri olan “Əl-Hilal”da çalışıb.
Sumqayıtlıların yeni fiziki hazırlıq üzrə çalışdırıcısını daha yaxından tanımaq üçün şəhərin eyniadlı komandasının dünənki məşqindən sonra onunla söhbətləşməyi lazım bildim. Yeri gəlmişkən, Karo ilə müsahibədə klubun baş intizibatçısı Faiq Hacı-Məhərəmov tərcüməçi funksiyasını yerinə yetirdi ki, ona buna görə təşəkkür düşür. Bu yerdə klubun mətbuat katibi Rəşad Məmmədova da ispan mütəxəssisi danışmağa razı saldığı üçün minnətdarlıq edirəm.
- İspaniyada və Səudiyyə Ərəbistanında çalışan mütəxəssisi Azərbaycana gətirən səbəbi bilmək maraqlı olardı.
- Əsas səbəb böyük komandada, daha dəqiq desəm, peşəkarlardan ibarət kollektivdə çalışmaq arzusudu. Səudiyyə Ərəbistanında çalışdığım müddətdə Çinin U-17 millisində işləmək təklifi almışdım. Lakin “Sumqayıt” variantı ortaya çıxandan sonra çinlilərlə apardığım danışığı yarımçıq saxladım. Azərbaycan premyer-liqasından gələn çağırış mənə daha cəlbedici gəldi.
- Heç kimə sirr deyil ki, bu gün Çində futbola daha çox diqqət ayrılır, futbolun inkişafına daha böyük pullar sərf olunur. Yəqin ki, Çində sizə daha yaxşı müqavilə şərti təklif olunub, nəinki “Sumqayıt”da. Belə olan halda Azərbaycan çempionatında “üçlüy”ə düşməyən klubun təklifini qəbul etməyiniz bir qədər təəccüblü görünür...
- Söhbətin əvvəlində sizə dedim ki, aşağı yaş qruplarında yetərincə işlədiyimdən artıq böyük, konkret desəm, peşəkar komandada özümü sınamaq istəyirəm. Azərbaycandan gələn təklifi dəyərləndirməyimdə əsas səbəb də məhz bu amil oldu. Hər kəs kimi, mən də öz sahəmdə inkişaf etməyi, daha da irəli getməyi qarşıma məqsəd qoymuşam.
- İspaniya və Səudiyyə Ərəbistanında çalışan biri necə oldu ki, Azərbaycan klubundan təklif aldı?
- Agentimin sizin ölkənizdə yaxın dostları var. Çindən gələn təklif barədə düşündüyüm vaxt agentim Azərbaycan variantının olduğunu dedi. Onu da əlavə etdi ki, həmin klub yüksək dəstədə çıxış edir və başa çatan mövsümdə ölkə kubokunun finalında iştirak edib. Bu fakt artıq məni cəlb etdi. Onsuz da qarşıma peşəkar komandada çalışmaq məqsədi qoymuşdum. Agentimlə söhbətdən sonra düşündüm və qərara gəldim ki, fürsətdən maksimum yararlanım. Onsuz da nə vaxtsa bu addımı atmalıydım. “Sumqayıt”dan gələn təklifi dəyərləndirməyi lazım bildim. Bu gün qərarıma görə peşman deyiləm. Tam peşəkar bir kluba gəlmişəm və burda gördüklərim ürəyimcədi. Klubda çalışanların hamısı öz işini bilir, şərait ürəkaçan səviyyədədi. Futbolçular da işlərinə peşəkar yanaşırlar. Ola bilsin, Avropanın harasındasa Azərbaycan futbolu barədə başqa fikirdədilər. Elə bilirlər ki, burda futbolu sürücülər, çilingərlər işdən sonra asudə vaxtında oynayırlar. Ancaq bu heç də belə deyil. “Sumqayıt” premyer-liqanın ortababı statusu ilə belə oyunçulara və normal infrastruktura malikdisə, deməli, ölkədə futbolun səviyyəsi normaldı. “Sumqayıt” rəhbərliyinin komanda üçün yaratdığı şəraiti gördükdə seçimlə bağlı düzgün qərar verdiyimi düşünürəm. Bu hələ premyer-liqanın ortabab klubunda yaradılan şəraitdi. Təsəvvür edirəm ki, liderlər sırasında olan klublarda durum necədi. Deməli, seçimimdə yanılmamışam.
- 28 yaşınız olsa da, bu günə kimi həm İspaniyada, həm də ölkə xaricində iş təcrübəsinə maliksiz. Vətəninizdə irəli gedə, aparıcı klubların maraq dairəsinə düşə bilməməyinizin səbəbini bilmək istərdim.
- Burda qeyri-adi heç nə yoxdu. Müasir Avropa futbolunda ispan futbolunun hegemonluq etdiyini danmaq olmaz. Qitə futbolunda “at oynadan” klublarda isə daha təcrübəli və yaşlı mütəxəssislər çalışırlar. İllərboyu onlar işləri ilə özlərini sübut ediblər. Bu üzdən mənim kimi gənclər başqa ölkələrdə özlərini sübut etməyə çalışırlar. Xaricdə özlərini yaxşı tərəfdən göstərənlər sonradan İspaniya klublarında özlərinə iş tapa bilirlər. İnanıram ki, mən də “Sumqayıt”da özümü sübut edəndən sonra vətənimdə aparıcı klublardan birində çalışacam. “Sumqayıt” özünü təsdiq etmək yönündə əla imkandı.
- Bu gün (dünən) artıq “Sumqayıt”la üçüncü məşqinizə çıxacaqsız. Yerli futbolçuların məşqə yanaşması sizi razı salır?
- Bəli, artıqlamasıyla. İstər komanda ilə müqaviləsi olanlar, istərsə də baxışda olanlar çalışırlar ki, verilən tapşırığı dəqiq yerinə yetirsinlər. Bu da ondan xəbər verir ki, azərbaycanlı futbolçular inkişaf etməyə, öz üzərlərində çalışmağa meyillidilər. “Sumqayıt”da çox yaxşı kollektiv formalaşıb, kapitan və vitse-kapitan hazırlıq prosesində mənə yardımçı olmağa çalışırlar.
- Bəs məşqçilər korpusu barədə hansı fikirdəsiz?
- Əsl peşəkarlarla eyni komandada yer almışam ki, bu da məni sevindirir. Məşqdən öncə baş məşqçi ilə söhbət edib proqram barədə fikir mübadiləsi aparırıq. O mənə işimdə tam müstəqillik verib. Ayxan Abbasov mənə inanırsa, çalışmalıyam ki, onun etimadını doğruldum. Qarşılıqlı inam olan yerdə iş də yaxşı alınır. Bu, kollektiv çalışmanın ən önəmli göstəricisidi.
- “Sumqayıt” premyer-liqada yeganə klubdu ki, ancaq yerli futbolçuların xidmətindən yararlanır. Qısa vaxtda azərbaycanlı futbolçular barədə sizdə hansı fikirlər formalaşıb?
- Sizinlə açıq danışacam, ancaq xahiş edirəm, bunu pis yerə yozmayın. Bura gəlməmiş elə düşünürdüm ki, yerli oyunçular sözə baxan olmayacaq, məşqlərə etinasız yanaşacaqlar. Bir sözlə, peşəkarlıqdan uzaq azərbaycanlı futbolçularla işləyəcəyimi düşünürdüm. Ancaq meydana çıxdığım üç məşqdə fərqli mənzərəyə şahidlik etdim. Həm təcrübəli, həm də gənc futbolçular hər tapşırığa ciddi yanaşır, öz üzərlərində maksimum işləyirlər. Sözün düzü, ilk məşqdə gördüklərim məni əməlli-başlı yaxşı mənada təəccübləndirdi. Sevinirəm ki, tam peşəkar mühitdə işləyəcəm.
- “Sumqayıt”ın təklifini dəyərləndirməmiş ölkəmiz və şəhər barədə məlumat toplamışdız?
- Təbii ki, bütün normal insanlar kimi, mən də yeni təklifi dəyərləndirməmiş ölkə və klub barədə məlumat toplamağı lazım bildim. Bakı haqda danışmaq, məncə, yersizdi. İnternetdə paytaxtınız haqda yetərincə informasiya əldə etmək mümkündü. Bir ölkə kimi də internet resurslarında ancaq müsbət fikirlərə rast gəldim. Sumqayıtla bağlı da axtarış verib şəhərin şəkillərinə baxdım, klubun tarixi ilə maraqlandım. Oxuduqlarımdan tam mənə görə bir yer olduğunu gördüm. Ona görə də təklifi qəbul etdim.
- Bu gün Azərbaycan çempionatında həmyerliləriniz çıxış edir. “Qarabağ”ın şərəfini qoruyan Miçel, Dani Kintana ilə tanışlığınız var? Yeri gəlmişkən, siz Daniyə çox bənzəyirsiz...
- Artıq 5-ci gündü Azərbaycandayam və bu haqda mənə çoxları deyib. Miçel və Dani barədə məlumatım olsa da, onlarla şəxsi tanışlığım yoxdu. Ancaq ümid edirəm ki, yaxın vaxtlarda hər ikisi ilə tanış olacam və dostluq münasibəti yaradacam. Onların “Qarabağ”da oynadığından, bu klubun isə istər daxili çempionatda, istərsə də avrokuboklarda yüksək səviyyədə çıxış etdiyindən xəbərdaram. Fəxr edirəm ki, ispanlar Azərbaycanda özünü yaxşı mənada sübut edə bilib.
- Son iş yeriniz Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu olub ki, ərəblərin əcnəbi müətəxəssislərə yüksək maaş verdiyi hamıya bəllidi. Nə üçün ərəblərin yüksək maaşını qoyub, “Sumqayıt”a üz tutduz?
- Bəli, “Əl-Hilal”da aldığım maaş “Sumqayıt”ın təklif etdiyi əməkhaqqıdan daha çox idi. Ancaq məni bu yaşda pul yox, perspektiv maraqlanırır. Ona qalsa, Çinə də üz tuta bilərdim. Ancaq gələcəyimi nəzərə alaraq, Avropada çalışmağa üstünlük verdim.
- Artıq 5 gündü “Sumqayıt”dasız. Bu komandanı İspanıyada çalışdığınız hansı kluba bənzədə bilərsiz?
- Tərəddüd etmədən “Terrasa” deyə bilərəm. Düzdü, adını qeyd etdiyim komanda “Sumqayıt”dan fərqli aşağı liqada çıxış edir. Ancaq şərait, demək olar ki, oxşardı. O komanda da dəniz kənarında yerləşən şəhəri təmsil edir. Yeganə fərq klubun ev oyunlarını keçirdiyi stadionla bağlıdı. Orda Olimpiya stadionudu, tribunaların tutumu çoxdu. Yeni klubumun arenası kiçikdi və kompakt təsir bağışlayır.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı Bu gün, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” Bu gün, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır Bu gün, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi Bu gün, 06:21 Ovusu Kvabena “Qarabağ”da Bu gün, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı Bu gün, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi Bu gün, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü Bu gün, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır Bu gün, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? Bu gün, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar Bu gün, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb Bütün xəbərlər
Ən çox oxunanlar