30 in 13:41olke

Ayxan Abbasov Riad Rəfiyevi məğlub etdi

Ayxan Abbasov Riad Rəfiyevi məğlub etdi
“Hələ ki yenilərlə bağlı konkret heç nə demək mümkün deyil”
Təxminən 35 günlük fasilədən sonra “Sumqayıt”ın doğma şəhərdə təlim-məşq toplanışına start verdiyini ötən sayımızda xəbər vermişdik. Uzunmüddətli istirahətin ardından “ağ-göylər”in oyunçuları dünən yeni mövsümə hazırlıq çərçivəsində üçüncü məşqə çıxdılar. Bəribaşdan qeyd edim ki, cəmi bir saat çəkən hazırlıq prosesində maraqlı heç nə yaşanmadı. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv daha çox dözümlülüyə hesablanan təmrinlər üzərində çalışmaqla yadda qaldılar. Məşqçilər korpusuna yeni dəvət olunan fiziki hazırlıq üzrə mütəxəssis Edi Karonun proqramı əsasında çalışan “kimyaçılar” meydanboyu topla qaçış hərəkətlərini yerinə yetirməklə yanaşı, əsasən fitnes çalışmalarında gördüyümüz tapşırıqları yerinə yetirirdilər. İspan mütəxəssisin verdiyi təmrinlər ilk baxışdan sadə görünsə də, futbolçuların hazırlıq prosesində çox yorulduğu aşkar sezilirdi.
Hazırlıq prosesinin cəmi 60 dəqiqə çəkməsinə aydınlıq gətirən Ayxan Abbasov bəndənizlə söhbətdə “futbolçular istirahətdən yeni dönüb və buna görə də toplanışın ilk günündən onları çox yormaq fikrimiz yoxdu. Bu hələ hazırlıq prosesinə girişdi” deyib, növbəti həftədən məşqlərin daha intensiv xarakter alacağını bildirdi. 38 yaşlı mütəxəssislə söhbətdə düşərgədə baxışda olan futbolçular barədə də fikirlərini öyrəndik. Onun sözlərinə görə, hazırda əvəzedici heyətdən dəvət olunanlarla yanaşı, ötən mövsüm birinci divizionda çıxış edən klubların şərəfini qoruyan bəzi gənc və gələcək üçün perspektiv vəd edən futbolçuları da gözdən keçirmək niyyətindədi: “Geridə qalan “futbol ili”ndə aşağı dəstədə bəzi gənclər özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar. Onlar barədə mənə məlumat verilib. Bu üzdən özünü yaxşı tərəfdən göstərən bəzi gəncləri baxışa dəvət etmişəm. Etimadı doğruldub özlərini sübut edə bilsələr, onları rənglərimizə bağlaya bilərik. Hələ ki yenilərlə bağlı konkret heç nə demək mümkün deyil. Hər birinə müəyyən qədər vaxt verməyi düşünürəm. Sabah deməsinlər ki, baş məşqçi özümüzü göstərmək üçün imkan yaratmadı. Özünüz də gördüz ki, hələlik məşqlərimiz topsuz çalışmalar üzərində qurulub”.
Əsas komandanın məşqi başa çatandan sonra “Kapital Bank Arena”nın təbii örtüklü yardımçı meydanında çox maraqlı qarşılaşma baş tutdu. Bir tərəfdə klub prezidenti Riad Rəfiyevin kapitanı olduğu və əsasən klubun inzibati heyətinin yer aldığı kollektiv, qarşı tərəfdə isə Ayxan bəyin məşqçilər korpusunda təmsil olunan mütəxəssislər və akademiyada çalışanlar məşqçilər üz-üzə gəldi. Bu yerdə onu da bildirim ki, Rəfiyevin komandasında bəndənizlə yanaşı, sport 24.az saytının baş redaktoru Ceyhun Əliyev də var idi. İlk dəqiqələr Abbasovun komandasının üstünlüyü şəraitində keçdi və 15 dəqiqədən sonra hesab onların xeyrinə idi. Ancaq çox keçmədən oyunu bərabərləşdirməyi bacardıq. Və bunun məntiqi nəticəsi kimi hesab arasında fərq bir topa endi. Sonradan müdafiədə buraxdığımız kobud səhvlərdən yararlanan “məşqçilər” komandası daha iki top vuraraq, hesabı 5:1 etməyi bacardılar. Bundan sonra arxayınlaşan rəqib çox keçmədən bunun acısını çəkdi. Rəfiyevin və bəndənizin vurduğu qollar sayəsində fərq minimuma enincə, “məşqçilər” komandası vaxtı uzatmaq və hesabı qorumaq üçün “min hoqqadan çıxmağa” başladılar. Bu yöndə xüsusilə Abbasov seçilirdi. “Sumqayıt”ın baş məşqçisi gah “vaxt başa çatıb” deyib iradını bildirir, bu sözlərin xeyri olmadığını görəndə isə başqa futbol hiylələrinə əl atırdı. Sonda Ayxan bəy istəyinə çatdı. Klub prezidentinin komandası çox çalışsa da, “status-kvo”nu bərpa edə bilmədi və oyun 5:4 hesabı ilə “məşqçilər”in xeyrinə başa çatdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu Dünən, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Dünən, 12:07 Ruslan Abışov köhnə zədəsini təzələyib Dünən, 12:03 “Keşlə” Antalyadan qələbəsiz dönür Dünən, 12:02 Yunanov rumınlarla oyunu fərqləndirdi Dünən, 11:57 Füzuli Məmmədov PRO kateqoriyası üçün oxuyacaq Dünən, 11:55 Xatakar Babək Alxasovun yeni macərası 26-01-2020, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı 26-01-2020, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” 26-01-2020, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır 26-01-2020, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi 26-01-2020, 06:21 Ovusu Kvabena “Qarabağ”da 26-01-2020, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı 26-01-2020, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi 26-01-2020, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü 26-01-2020, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır 26-01-2020, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? 26-01-2020, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar 26-01-2020, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” Bütün xəbərlər
Ən çox oxunanlar