30 in 12:41olke

Gürcülər “Neftçi”nin futbolçusuna “elçi düşüb”


Şahhüseynli: “Bizimkilər müqaviləni bağladısa, futbola artıq peşə yox, hobbi kimi yanaşırlar”
Uşaq futbolunun inkişaf etdirilməsinin müxtəlif yolları var. Yaradılan şərait, yanaşma, məsuliyyət, məşqçinin işi əsas məsələlərdi. Bundan başqa, uşaq yaşlarından qazanılan təcrübə də futbolçunun gələcək inkişafına böyük təkan verir. Bu baxımdan əsas məsələ komandaların xarici turnirlərə qatılması, ölkədən kənarda təlim-məşq toplanışıları keçməsi, yoxlama oyunlarında qüvvəsini sınamasıdı. Razılaşaq ki, klublarımızın heç də hamısı aşağı yaş qruplarını tez-tez səfərə yollamır. Bunun ziyanını isə sonralar yığma çəkir. Futbolçu ancaq ölkə daxilində top qovur, yığmaya gəlir, xaricdə hansısa oyuna çıxanda da həyəcandan əli-ayağı əsir. Halbuki uşaqlıqdan bu cür vərdişlərə yiyələnsə, ev və səfər oyunu arasındakı uçurumu psixoloji cəhətdən üstündən atacaq və qeyd etdiyimiz problemlə üzləşməyəcək.
Hər halda, aşağı yaş qruplarını xaricə toplanışa, turnirlərə göndərmək baxımından fərqlənən bir neçə klub varsa, onlardan biri də “Neftçi” İK İB-di. Ümumiyyətlə, sözügedən klubun aşağı yaş qrupları daxili çempionatlarda da pis təsir bağışlamır. Bu yaxınlarda isə “Neftçi” İK İB-nin U-14 komandası Batumiyə birhəftəlik toplanışa yollanıb. Komanda Gürcüstandakı hazırlıq prosesi çərçivəsində yoxlama oyunlarında da qüvvəsini sınayıb. Səfərlə bağlı komandanın baş məşqçisi, vaxtilə elitada “Bakılı”nı çalışdırmış Şahin Şahhüseynlinin fikirlərini öyrəndik: “Təlim-məşq toplanışı səmərəli keçdi. Hər gün uşaqlar məşq edirdi, fitnes çalışmaları oldu, yoldaşlıq görüşləri keçirdik. Komandaya yeni uşaqlar cəlb etmişdik. Onlar da toplanışda iştirak etdi. Uşaqlar çalışırdılar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Ümumilikdə hazırlıq prosesindən razı qaldım. Üç yoxlama matçımız oldu. Düzdü, bu vaxt sınaqçı-rəqib tapmaq bir qədər çətindi. Buna baxmayaraq, komanda üç fərqli rəqibə qarşı qüvvəsini sınadı. Yoxlama oyunları ardıcıl üç gün oldu. Oyunlardan ikisi təbii, biri isə süni örtüklü meydanda baş tutdu. İlk yoldaşlıq görüşü “Mamovari”nin 2004-05 təvəllüdlülərinə qarşı oldu və 3:3 hesabı qeydə alındı. Bilirsiz ki, bu ildən bizim uşaqlar da 11-in 11-ə oynayacaqlar. Halbuki U-13-də 9-un 9-a idi. Bu üzdən yoxalama matçlarında məhz 11 nəfərlik heyətlə oynayırdıq ki, uşaqlar da uyğunlaşsınlar. İkinci görüşdə komandamız “Kobuleti”dən olan həmyaşıdlarıyla qarşılaşdı və 6:1 hesabı ilə qalib gəldi. Üçüncü yoxlama matçında isə uşaqlarda bir qədər yorğunluq hiss olunurdu. Çünki ard-arda oyunlar keçirdik. Batumi “Dinamo”suna 3:4 hesabı ilə yenildik. Bu qarşılaşma süni örtükdə reallaşdı. “Dinamo”nun baş məşqçisi bizim bir futbolçu ilə maraqlanırdı, onu öz komandasında görmək istəyirdi. Söhbət Fərid Şahhüseynlidən gedir, həmin oyunda 3 qol vurdu. Bəli, oğlumdu. Ümumilikdə isə Fərid bu üç yoldaşlıq görüşündə 7 dəfə fərqləndi. Baxmayaraq ki, onun valideyniyəm, klubun rəhbərliyi var. Onlara dedim ki, istəsəz, kluba rəsmi şəkildə müraciət edin. Ondan sonra danışıq aparmaq olar. Mən Fəridin məşqçisiyəm, onun “Neftçi” İK İB ilə müqaviləsi var. Onlar da dedilər ki, biz də öz rəhbərliyimizlə bu haqda danışacağıq. Çalışacağıq ki, sizin klubla əlaqə saxlayaq. Ümumilikdə isə xaricdəki turnirlərin əhəmiyyəti böyükdü. İlk növbədə “Neftçi” İK İB-nin prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm ki, bütün yaş qruplarını təlim-məşq toplanışlarına, turnirlərə göndərirlər”.
Uşaq futbolundakı problemlərlə bağlı da Şahin bəyin düşüncələrini aldıq: “Bizdə istedadlı uşaqlar həddən artıq çoxdu. Burda valideyn amili də böyük rol oynayır. Başqa klublarda da görürəm ki, çox müdaxilə edirlər. İlk növbədə valideyn peşəkar olmalıdı. Özləri ovladlarına istiqamət verməlidilər. Bunlar uşaqdılar, psixoloji cəhətdən onlarla söhbət etmək, oyunlara kökləmək lazımdı. Belə amillər çoxdu. İstedadlılar çoxdu, ancaq baxırsan ki, ildə bir klub dəyişir. Bu hardasa valideynin günahıdı. Sözsüz, iş düzgün getmirsə, orda həm valideynin, həm də məşqçinin günahı var. Elə klublar var ki, həqiqətən də məşqçilər işini düzgün qururlar. Bəzilərində stadion problemi var. Biz “Dinamo”nun akademiyasında olanda baxdıq ki, onların belə çətinliyi yoxdu. Təəssüf ki, bizdə bəzi klublarda bu cür problemlər var. İstedadlı uşaqlara düzgün istiqamət vermək lazımdı, xüsusən yetkinlik yaşına çatanda valideyn də böyük rol oynayır. Çünki uşaq məşqçi ilə gündə 1-2 saat ünsiyyətdə olursa, daha çox valideyni ilə vaxt keçirir. Onlar həm övladlarına psixoloji cəhətdən dəstək olmalıdı, həm də nəzarət etməlidi. Sizə deyim, “Neftçi”nin U-19 komandasında işləyəndə elə uşaqlar gəlirdilər ki, adi ofsaydı bilmirdilər. Buna rəğmən, yuxarı yaş qrupları və ya elita komandaları ilə işləmək daha rahatdı, nəinki uşaq futbolunda. Bütün problemləri uşaq futbolu ilə bağlamaq da düzgün olmaz. Sadəcə, hər şey üst-üstə gəlir və nəticəni formalaşdırır. Bizdə görürüsən ki, hansısa oyunçu bir il ən yaxşı futbolçu sayılır, növbəti il gözə dəymir. Futbolçu özü də işinə peşəkar yanaşmalıdı. Ölkəmizə legioner gəlir, özünü yaxşı tərəfdən göstərir ki, növbəti il daha yaxşı şərtlərlə müqavilə bağlasın. Bizimkilər isə müqaviləni bağladısa, futbola artıq peşə yox, hobbi kimi yanaşırlar. Fikrimcə, bunun da önəmi böyükdü”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı Bu gün, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” Bu gün, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır Bu gün, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi Bu gün, 06:21 Ovusu Kvabena “Qarabağ”da Bu gün, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı Bu gün, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi Bu gün, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü Bu gün, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır Bu gün, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? Bu gün, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar Bu gün, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb Bütün xəbərlər
Ən çox oxunanlar