30 in 12:32olke

“Qarabağ”, nəhayət, qələbəyə sevindi

“Qarabağ”, nəhayət, qələbəyə sevindi
Qurban Qurbanov: “Çatışmazlıqlarımız çoxdu, hələ tam istədiyimiz səviyyəyə çatmamışıq”
“Qarabağ” dünən yay hazırlığı dönəmində Avstriyada sayca 3-cü, ümumilikdə 4-cü yoldaşlıq görüşünə çıxdı. “Səbail”i udub (3:1), “Ludoqorets”ə uduzan (0:2), “Universitatya” ilə qolsuz bərabərliyə razılaşan ağdamlıların budəfəki rəqibi Rusiya premyer-liqası təmsilçisi “Ufa” idi. Xatırladaq ki, bu komanda son mövsümü 14-cü yerdə bitirib və yalnız “Tom”la iki pley-off oyununun nəticəsinə görə elitada yerini qoruyub.
Bəribaşdan qeyd edək ki, Qurban Qurbanov ötən qarşılaşmalarda olduğu kimi, əsas heyətdə bu dəfə də dəyişikliklərə əl atmışdı: Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov, Abbas Hüseynov, Riçard Almeyda, Miçel, Abdulla Zubir, Simeon Slavçev, Dani Kintana, Mahir Əmrəli.
İkinci hissənin startında Qara Qarayev, irəliləyən dəqiqələrdə isə Vaqner da Silva, Araz Abdullayev, Hayme Romero, Filip Ozobiç meydana çıxmaq imkanı qazandı. Nəticəyə gəlincə, ağdamlılar 90 dəqiqənin tamımında 2:1-lik qələbəyə sevinən tərəf oldu. Halbuki ilk yarı sonluğun heç də ümidverici olacağından xəbər vermirdi. Sadəcə, bir neçə dəqiqə aralığında rusların müdafiə xəttindəki çaşqınlıqdan bizimkilər məharətlə yararlanmağı bacardılar. Öncə “Qarabağ”ın ən fəalı Zubir 54-cü dəqiqədə yaxın küncü dəqiq nişan almaqla həm hesabı açdı, həm də 38-ci dəqiqədə qapıçı ilə təkbətək qaldığı epizodda qaçırdığı qol fürsətini unutdurmuş oldu. Bundan 7 dəqiqə sonra səhnəyə yenə Zubir çıxdı. Lakin bu dəfə assistent rolunu oynayıb, Miçelin usta zərbəylə fərqlənməsinə şərait yaratdı. Rəqib isə penalti zərbəsindən sonra istəyinə çatdı. 75-ci dəqiqədə yerli referi “nöqtə”ni göstərdi, topun başına keçən Lovro Bizyak istəyinə çatdı. Burdaca haşiyə çıxıb qeyd edək ki, “Ufa”nın saytı ikinci hissədə oyunun axarının qəfil dəyişməsini sətiraltı şəkildə klubun futbol məktəbinin dörd yetirməsinin – Linar Muxametşin, Danila Yemelyanov, Andrey Vlasov və Nikita Belousovun meydana çıxması ilə bağlayır.
Təbii, yoldaşlıq görüşlərində nəticə xüsusi önəm daşımır. Lakin bu qələbə Çempionlar Liqası qarşılaşmaları ərəfəsində “Qarabağ” üçün çox vacib idi. İlk növbədə komandanın qol vurması baxımından özünəinamının artması üçün. “Ludoqorets” və “Ufa” ilə matçlarda rəqib qapısının topunu silkələyə bilməyən “köhlən atlar” bu dəfə də qol istəyinə çata bilməsəydi, sonrakı mənzərəni indidən təsəvvür etmək çətin deyil. Ancaq bu o demək deyil ki, son ölkə çempionunun işləri qaydasındadı, Avropanın mötəbər klub turnirində böyük uğura ümid bəsləyə bilərik.
Problemlər kifayət qədərdi ki, ilk növbədə komandada sol cinah müdafiəçisinin yoxluğu hiss olunur. Maksim Medvedevlə Abbas Hüsyenovun heç biri həmin cinahın “yükünü daşımaq” bacarığında deyil. Hücumlara lazımınca qoşula bilməmələri bir yana, sol ayaqlarının işlək olmaması da əlavə çətinlik yaradır. Başqa cür desək, Vild-Donald Geryenin, ən pis halda Ansi Aqollinin yeri görünür.
Eyni sözləri “çərçivə” və oyun qurucusu haqda da söyləmək mümkündü. Allah eləməmiş, Vaqnerə nəsə olsa, qapıda Miçellə Mahirdən biri dayansın, nəinki Şahruddin. Adam illərdi futbol oynasa da, həyəcanını boğmaqda çətinlik çəkir, topu oyuna daxil etməklə bağlı ciddi problem yaşayır. Çıxışlardakı “bacarığı” isə hamıya məlumdu. Düzdü, orta sahədə bolluqdu. Amma konkret oyunu üzərinə götürən, “azad rəssam” rolunu oynayan biri görünmür. Miçel, Almeyda, Slavçev – sanki hər birinin qarşısında sədd var, üzərlərinə düşən işi bitirən kimi geri qayıdırlar. Elə buna görə də forvard kimi çıxış edən Mahirə ancaq sağa-sola, dala-qabağa qaçmaq qalır.
Az qala bütün dünyanın bildiyi ənənəvi oyun üslubu – top saxlamaq, arxada bir-birinə ötürmə etmək – qalmaqdadı. Bunun nəyə xidmət etdiyini, çox güman, tək biz yox, yəqin ki, çaşqın “Ufa”lı futbolçular da çox düşünürdülər. Meydanın özünə aid hissəsində 20-30 ötürmə etməyin, sonra yenidən hücum qurmağa çalışmağın hansı məna verdiyini anlamaq çətindi. Halbuki belədə səhv etmək və bununla da öz qapın qarşısında təhlükə yaşamaq riski artır. Və ən önəmli məqam: rəqib pressinq edəndə “Qarabağ”ın əsasını yerlilər təşkil edən müdafiəçi və qapıçılarının çaşqınlıq içində olması. Təbii ki, bu məqamda Rəşad Sadıqovun meydanda olmaması da özünü göstərirdi. Daim gərginlik içində olan Bədavi ilə Rahilin ikisini eyni anda “döyüşə atmaq” əvvəldən təslim olmaq kimi bir şeydi.
Qısası, “Qarabağ”ın kadr və oyun planı baxımından çətinlikləri var. Ümid edək ki, bütün bunlar yorğunluq fonunda keçirilən təlim-məşq toplanışında qalacaq, görünən və görünməyən çətinliklər avrokubok matçlarına qədər aradan qaldırılacaq.
“Ufa”yla qarşılaşmadan sonra Qurban Qurbanov klubun saytına oyunla bağlı fikirlərini bildirib: “Pis oyun alınmadı. Bu gün daha az səhv etdik və əvvəlki oyunlara nisbətən daha hazırlıydıq. Əlbəttə, çatışmazlıqlarımız çoxdu, hələ tam istədiyimiz səviyyəyə çatmamışıq. Futbolçular toplanışda məsuliyyətlə hazırlaşırlar. Qarşıdakı yoldaşlıq görüşünə də ciddi hazırlaşacağıq”.
Qeyd edək ki, ağdamlılar Avstriyadakı sonuncu sınaq matçını iyulun 2-də keçirəcək. Rəqib Plzen “Viktoriya”sı olacaq. Bununla da yoldaşlıq görüşləri başa çatacaq ki, komanda üzvləri iyulun 10-da reallaşacaq “Partizani”ylə qarşılaşmaya hazırlaşacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı Bu gün, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” Bu gün, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır Bu gün, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi Bu gün, 06:21 Ovusu Kvabena “Qarabağ”da Bu gün, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı Bu gün, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi Bu gün, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü Bu gün, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır Bu gün, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? Bu gün, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar Bu gün, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb Bütün xəbərlər
Ən çox oxunanlar