30 in 12:26olke

ÇL-də oynamaq Romeronun uşaqlıq arzusu imiş

ÇL-də oynamaq Romeronun uşaqlıq arzusu imiş
“Miçellə Daninin burda olması qərarıma təsir etdi”
“Qarabağ”ın yay fasiləsində yeganə transferi hələ ki Xayme Romerodu. Yarımmüdafiənin cinahlarında və hücumun sivri ucunda çıxış etməyi bacaran ispanın nəyə qadir olduğunu yeni komandasında görəcəyik. Adamın İtaliya, İspaniya, Türkiyə kimi ölkələrin elita təcrübəsi varsa, deməli, nələrəsə qadirdi. Qalır “Qarabağ”dakı mühitə öyrəşib, bacarığını ortaya qoymaq.
Belə baxanda bu baxımdan işi çətin olmamalıdı. Komandada Dani Kintana və Miçel kimi həmyerliləri, dilini başa düşdüyü Riçard Almeyda ilə Vaqner da Silva var. Odu ki, faydalı olacağını gözləmək olar. Xayme dünən “Qarabağ” formasında ilk görüşünə çıxdı. Elə söhbətimiz də “Ufa”yla qarşılaşmadan sonra baş tutdu.
- Yeni komandada özünü necə hiss edirsən?
- Gəldiyim gündən kollektivdə özümə isti münasibət gördüm. Ən vacibi, məşqçilər heyəti və komanda yoldaşlarım məni xoş qarşıladılar. Artıq hamı ilə əla münasibətim var. Xüsusən də ispan futbolçular hər cəhətdə yanımda olmağa, kömək etməyə çalışırlar. Hər şey yaxşıdı.
- “Qarabağ”da diqqətini çəkən nədi, hansı özəlliklər var?
- Burda yeniyəm, üç-dörd gün ərzində gördüklərim əsasında ətraflı nəsə deyə bilmərəm. İlkin müşahidələrimə görə onu deyə bilərəm ki, “Qarabağ” topa nəzarət etməyi, meydanda dominantlıq etməyi xoşlayır. Ən çox diqqətimi çəkən və məni sevindirən budu. Ümumiyyətlə, baş məşqçimizin tətbiq etdiyi oyun üslubu tam mənə görədi.
- Müqavilə bağlayana qədər klub və ölkəmiz barədə nə bilirdin?
- “Qarabağ” haqqında eşitmişdim. İndiki komandam son illər avrokubokların qrup mərhələsində çıxış etmişdi ki, “Atletiko” ilə eyni qrupda yer almaları və iki oyunun heç birində uduzmamaları yadımdadı. İspaniyada tək mən yox, bir çox futbolçu artıq “Qarabağ”ı tanıyır. İspan dostum var – Ruben, vaxtilə ölkənizdə top qovsa da, dəqiq hansı komandada oynadığını bilmirəm (2013/14 mövsümündə “Bakı”nın formasını geymiş Ruben Qonsalesi nəzərdə tutur – H.). O mənə Bakı haqda yalnız xoş sözlər söyləmişdi. Yəni bir çox bilgiyə sahib idim.
- Təklif alanda çox düşündün, tərəddüd edirdin?
- Düşündüm, amma çox yox. Təklif gələn kimi dərhal atamla danışdım, daha sonra ailə üzvlərimlə. Ümumi məsləhətləşmədən sonra “hə” dedim. Fikrimcə, qərarımda yanılmamışam.
- “Qarabağ”ı seçməyində Dani Kintana ilə Miçelin komandada olması nə dərəcədə rol oynadı?
- Əlbəttə, Miçellə Daninin burda olması qərarıma təsir etdi. Getdiyin yerdə həmvətənlərin varsa və neçə illərdi orda oynayırlarsa, deməli, güvənli yerdi, hər şey ürəyincədi onların, getmək olar. Bunu düşündükdən sonra qərarımı tezləşdirdim.
- Onlarla şəxsi tanışlığın vardı? Məsləhətləşdin?
- Düzünü desəm, şəxsi tanışlığımız yox idi. Buna baxmayaraq, belə futbolçuların olduğunu bilirdim. Miçelin nömrəsini tapdım və danışdıq. Həm komanda, həm də şəhər haqda mənə yalnız xoş sözlər söylədi.
- Əsasən vinger kimi tanıyırıq səni. Di gəl ki, “Qarabağ”a hücumçu lazımdı və Qurban Qurbanov açıqlamasında forvard kimi oynamaq bacarığına sahib olduğunu demişdi. Çətin olmayacaq?
- Həm hücumçu, həm də vinger kimi oynadığım oyunlar olub. Forvard kimi özümü narahat hiss etdiyimi deməzdim. İkinci hücumçu kimi çıxış etmək mənə daha rahatdı. Bir sözlə, baş məşqçi harda oynamağımı istəsə, məmnuniyyətlə oynayaram.
- Vaxtilə İspaniya, İtaliya və Türkiyə kimi ölkələrin elitasında çıxış etsən də, son iki ili sequndada keçirmisən. Yüksək dəstədə möhkəmlənə bilməməyinə nə mane oldu?
- Yalnız son 2 mövsümü sequndada keçirdim. Buna qədər “Osasuna”nın heyətindəydim, La Liqada mübarizə aparırdıq. Təəssüf ki, elitada yerimizi qoruya bilmədik və aşağı dəstəyə yuvarlandıq. “Osasuna” elitada qalsaydı, karyeramı yenə La Liqada davam etdirəcəkdim. Futbolda bəxt də önəmli rol oynayır. Yəqin ki, belə məsləhət imiş. İstənilən halda, nə vaxtsa İspaniyanın yüksək dəstəsində çıxış etdiyimə görə sevincliyəm. Orda topladığım təcrübədən “Qarabağ”da yararlanmağa çalışacam.
- 2013/14 mövsümündə “Real B”də çıxış etmisən. O vaxt səninlə eyni komandada çıxış edib, sonradan məşhurlaşan kimlərinsə adlarını çəkə bilərsən?
- “Real B”də olsam da, əsas komandanın hazırlıqlarında da iştirak edirdim. Bəzən təlim-məşq toplanışlarında çıxış edirdim deyə, ordakıların adını bir-bir çəkməyə ehtiyac görmürəm. Çünki hamı onları tanıyır. “Real B”də çiyin-çiyinə çıxış etdiklərimdən indi ən çox məşhur olan Lukas Vaskes idi. Hansı ki, indi “Real”ın əsas komandasındadı. O vaxt sağ cinahda o çıxış edirdi, “sol”da mən. Belələri çoxdu, sadəcə, ən çox tanınanın adını çəkdim.
- İndiyə qədər heç vaxt avrokuboklarda çıxış etməmisən. Çempionlar Liqasında çıxış etmək sənin üçün nə deməkdi?
- Çempionlar Liqasında oynamaq tək mənim yox, bir çox futbolçuların arzusudu. Həm də uşaqlıq arzusu. Mən də futbola yeni başlayanda nə vaxtsa ÇL-də iştirak etməyi arzulayırdım. Peşəkar karyeramda bunu çox gözləyirdim. Görünür, qismət indiyə imiş.
- Azarkeşlər səni “Partizani” ilə qarşılaşmalarda meydanda görə biləcəklər?
- Mövsüm başa çatandan sonra cəmi iki həftə dincəldim. Ona görə də özümü formadan çox uzaq hiss etmirəm. Ola bilər, digər komanda yoldaşlarım qədər hazırlıqlı deyiləm. Ritmə uyğunlaşmaq üçün bir neçə günə ehtiyacım var. Ümid edirəm ki, həmin oyunlara qədər hazır olacam. Oynayıb-oynamağıma isə baş məşqçi qərar verəcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı Bu gün, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” Bu gün, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır Bu gün, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi Bu gün, 06:21 Ovusu Kvabena “Qarabağ”da Bu gün, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı Bu gün, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi Bu gün, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü Bu gün, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır Bu gün, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? Bu gün, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar Bu gün, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb Bütün xəbərlər
Ən çox oxunanlar