27 in 16:15olke

Baş məşqçi qayğılı, kapitan inamlıdı

Baş məşqçi qayğılı, kapitan inamlıdı
Aftandil Hacıyev: “Essyeni Avroliqada mərkəz müdafiəçisi kimi oynatmağımız mümkündü”
Avropa Liqasının birinci təsnifat mərhələsində Rumıniyanın "Universitatya" komandası ilə qarşılaşacaq "Səbail" Bolqarıstan toplanışını davam etdirir. “Dənizçilər” bu gün növbəti yoxlama matçına çıxacaq. Rəqib yerli “Beroe”di.
“Universitatya” isə bu gün “Qarabağ”la münasibətləri aydınlaşdıracaq. “Səbail” rəqibinin yoxlama matçını canlı izləmək üçün Avstriyaya öz nümayəndəsini göndərmək fikrində idi. Ancaq təmsilçimizin planlarında dəyişiklik olub. Krayova təmsilçisinin Rusiya "Orenburq"u ilə bərabərə qaldığı (1:1) yoxlama matçının videoyazısı “dənizçilər”in əlindədi. Məşqçilər korpusu artıq rəqibin təhlilinə başlayıb. Üstəlik, "Qarabağ"la qarşılaşmanın videoyazısı də Aftandil Hacıyevə çatdırılacaq. Rumınların bundan sonra Avstriyada daha iki sınaq matçı olacaq. Son qarşılaşma iyulun 2-də Polşa "Legiya"sına qarşıdı. Hacıyev son oyuna köməkçisini göndərməyi qərara alıb. “Səbail” həmin gün Bolqarıstandakı təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq. Aftandil Hacıyevin makedoniyalı köməkçisi Toni Boqdanovski isə həmin gün Avstriyaya yollanacaq. Onun Şengen vizasıyla bağlı problemi yoxdu, Avropa ölkələrinə rahat giriş-çıxışı var. Toni Bakıya qayıdandan sonra rəqibin son durumu haqda baş məşqçiyə məlumat verəcək.
Hazırda “Səbail”in əsas sıxıntısı arxa xətt, daha doğrusu, müdafiənin mərkəzi ilə bağlıdı. Stopper axtarışı isə müsbət nəticə vermir. Baxmayaraq ki, Aftandil Hacıyev bir neçə gün əvvəl ona braziliyalı və polşalı mərkəz müdafiəçilərinin təklif olunduğunu bildirmişdi. Gənc mütəxəssis transferin yubanmasına görə qayğılıdı, amma “B planı” da var: "Əslində bizə iki mərkəz müdafiəçisi lazımdı. Ancaq büdcəmizə uyğun bir əcnəbi stopper transfer etməyə məcburuq. Bu mövqeyə namizədlərimiz olan braziliyalı və polşalı legionerlərə müqavilə təklifimizi etmişik. Ancaq menecerlərindən dürüst cavab ala bilmirik. Ola bilər ki, başqa klublarla da danışıqlar aparırlar. Bizə nə vaxt cavab verəcəklərini gözləməyib axtarışlarımızı davam edirik. Əcnəbi stopper ala bilməsək, vəziyyətdən öz imkanlarımız çərçivəsində çıxmalı olacağıq. Maykl Essyeni Avroliqada mərkəz müdafiəçisi kimi oynatmağımız mümkündü".
Xatırladaq ki, "Səbail" avrokuboklarda debüt qarşılaşmasını iyulun 11-də "Bayıl Arena"da, cavab görüşünü isə ayın 18-də səfərdə keçirəcək.
Bu arada “Səbail”in üzvləri klubun saytına açıqlama veriblər. Yeni transfer Bilal Həmdi paytaxt klubuna keçidindən danışıb. “Zirə”ni digər Bakı klubuna dəyişən əlcəzairli futbolçu mətbuat xidmətinə açıqlamasında bunları söyləyib: “Səbail”də özümü ilk gündən yaxşı hiss edirəm. Komanda yoldaşlarım məni çox yaxşı qarşıladılar. Dilan Duventru ilə Kamal Bayramovu isə hələ keçmiş klubumdan tanıyıram. "Səbail"lə müqavilə imzalamağa çox şad oldum. Hazırda diqqətimizi Avropa Liqasının hazırlıq prosesinə yonəltmişik".
Zədə səbəbindən ötən mövsümü bütövlükdə boşa verən, hazırda isə inadla əvvəlki formasına dönməyə çalışan kapitan Eltun Yaqublu da "Universitatya" ilə bağlı düşüncələrini bölüşüb. Müdafiəçi yaxşı kollektivlərinin və futbolçularının olduğunu bildirib: "Bizim əla komandamız, kollektivimiz var. Rəqibin necə təcrübəli komanda olduğunu bilirik. Qələbə qazanmaq üçün bütün gücümüzlə oynayacağıq. İnanırıq ki, növbəti mərhələyə adlayan komanda biz olacağıq".
Bu arada "Universitatya"nın aparıcı futbolçularından Karlos Fortes Avstriya toplanışı çərçivəsində "Orenburq"la keçirdikləri yoxlama oyunundan (1:1) sonra "Qarabağ" haqda danışıb. Hücumçu bugünkü hazırlıq matçında qarşılaşacaqları Azərbaycan çempionunu yaxşı tanıdığını bildirib: "Düşünürəm ki, "Qarabağ"la qarşılaşma daha çətin keçəcək. Bu komanda ötən mövsüm Avroliqada "Sportinq"ə qarşı oynayıb. "Qarabağ"ın yaxşı komanda olduğunu bilirəm. Ağır oyun olacaq. Amma bizim də yaxşı komandamız var. Qalib gələ bilərik".
Yeri gəlmişkən, "Səbail” - “Universitatya” oyununun başlama saatı açıqlanıb. UEFA-nın rəsmi saytında iyulun 11-də, “Bayıl Arena”da keçiriləcək qarşılaşmanın start fitinin saat 20.00-da səslənəcəyi əksini tapıb.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar