25 in 19:53olke

Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş…

Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş…
“Neymegen”in əsas komandasında oynamamağım klublararası problemə görə idi”
Mövsüm başa çatar-çatmaz heyətində köklü dəyişikliyə əl atan, 15 futbolçusu ilə yolları ayıran “Keşlə” yenidən qurulur. Çoxları bakılıların iddiasının azalacağını düşünürdü. Ancaq belə görünür ki, son mövsümün autsayderi olan, İcraiyyə Komitəsinin güzəşti nəticəsində premyer-liqada qalan sabiq “bankirlər” təslim olmaq fikrində deyil. Artıq bir neçə transfer həyata keçirilib. Rəşad Əzizli, Ruslan Qurbanov və Franko Floresin keçidini rəsmiləşdirən, xorvat İqor Yovanoviç və braziliyalı Jan Deretti ilə anlaşıb onların yolunu gözləyən paytaxt təmsilçisi bir gənc futbolçu da transfer edib. U-21-in üzvü Ziya Əzizov növbəti mövsüm Tərlan Əhmədovun limitə düşən futbolçusu olacaq. Hollandiyanı Azərbaycana dəyişən yarımmüdafiəçi ilə keçidinin detalları barədə danışdıq.
- “Keşlə”yə keçidin necə baş tutdu?
- Tərlan müəllim U-21-lə əsas yığmanın “Dalğa Arena”da baş tutan görüşünü canlı izləyirdi, məncə, orda görüb bəyənib və qərar verib. Bəlkə daha əvvəldən izləyirmiş, deyə bilmərəm. Mənimlə əlaqə saxladılar və təklif göndərdilər. Düşündüm, hərtərəfli götür-qoydan sonra təklifi qəbul etdim.
- Ona görə ki, başqa təklifin yox idi?
- Niyə ki?! Hollandiyadan və başqa ölkələrdən dəvət gəlmişdi. Amma “Keşlə”nin şərtləri daha cəlbedici oldu. Həm də Azərbaycan doğma vətənimdi. Ata yurdumda özümü sınamaq qərarına gəldim.
- Tərlan Əhmədovu əvvəldən tanıyırdın?
- Açığı, öncədən şəxsi tanışlığım yox idi. Haqqında ətraflı məlumatım da yox idi. Əvvəlcə internetlə maraqlandım, haqqında oxudum, məlumat topladım. Sonra müəyyən şəxslərdən, yaxınlardan soruşdum və ancaq müsbət fikirlər eşitdim. Dörd gündü burdayam və bu müddətdə yaxından tanış ola bilmişik. Çox pozitiv insandı, ondan müsbət enerji almaq olur. Məşqçi kimi də çox bəyəndim. Elə hiss edirəm ki, Tərlan müəllimi lap çoxdan tanıyıram.
- Rusiyada dünyaya gəlmisən, Hollandiyada yaşamısan. Azərbaycanda sənə çətin olmayacaq ki?
- Bəli, Moskvada doğulmuşam. İki yaşım olanda isə Hollandiyaya köçmüşəm və orda yaşayıram. Amma əslən azərbaycanlı olduğum üçün burda özümü heç də yad hiss etmirəm. Sadəcə, ilk dönəmlər bir az öyrəşməyim lazımdı. Komandaya, mühitə alışmalıyam. Ümid edirəm, bu prosesi tez keçəcəyəm. Bütün qohumlarım burdadı. Əslən Gəncədənəm, Bakıda da qohumlarım var. Onların və klubdakıların dəstəyinə arxalanıram. İnşallah, çempionatın startına qədər tam uyğunlaşaram.
- 20 yaşın var, bu o deməkdi ki, limitə düşən futbolçusan. Yəni növbəti mövsümdə Tərlan Əhmədov məcburiyyətdən sənə ilk “11-lik”də şans verə bilər. Bunu özün üçün üstünlük sayırsan?
- Mən bu haqda düşünmürəm. Sadəcə, hər oyunda, hər məşqdə daha yaxşı oyun göstərmək üçün əlimdən gələni edəcəm. Seçimi isə Tərlan müəllim edəcək. Bu suala başqa cür cavab verə bilmirəm.
- “Den Boş”da daim oynayırdın və göstəricilərin də yaxşı idi. Ancaq son mövsüm “Neymegen”də bir dəfə də meydanda görünmədin. Hər halda, biz səninlə bağlı statistika əldə edə bilmədik.
- Haqqımda internet qaynaqlarından bilgi əldə edə bilməməyiniz normaldı. Çünki “Neymegen”in əvəzedici
komandasında çıxış edirdim. Əvəzedicilərin protokollarını, futbolçuların göstəricilərini isə sayta qoymurlar. Halbuki “dubl”da, demək olar, bütün oyunlarda meydanda olmuşam. O ki qaldı “Neymegen”in əsas komandasında oynamamağıma, bu, klublararası problemə görə idi. “Den Boş”la müqaviləni birtərəfli qaydada pozmuşdum. Belədə onlar şərt qoydular ki, “Neymegen”də oynaya bilmərəm. Əks halda, klubumu cərimə gözləyirdi. “Neymegen”in əsas komandasında oynasaydım, “Den Boş”a pul ödənilməliydi. Yalnız əvəzedicilərdə çıxış etməyimə problem yaratmadılar. Siz sual verdiz, mən də aydınlıq gətirdim, amma bunu yazmağa, şişirtməyə ehtiyac yoxdu.
- Qeyd etdiyimiz kimi, U-21-in son toplanışına çağırılmışdın. Ancaq nədənsə Lixtenşteyndə meydana çıxmadın və sona qədər ehtiyatda qaldın.
- Əsas yığma ilə oyunda da sonradan meydana çıxdım. Mən məşqlərdə çalışıram ki, komandaya faydalı olduğumu göstərim. Oynayıb-oynamamağıma isə baş məşqçi qərar verir. Lixtenşteyndə ehtiyatda qalmağım da məqçinin seçimi idi.
- Bəs məğlubiyyətin səbəbini nədə görürsən? Blirsən ki, Lixtenşteyn tarixində ilk qələbəni məhz yığmamızın üzərində qazandı?
- Təbii ki, bilirəm, eşitmişəm. Uduzmağımız mənim üçün də təəccüblü oldu. Heç kim gözləmirdi. Buna qəza, təsadüfi yenilgi də demək olar. Lixtenşteyn bəxt sayəsində üstələdi bizi. Cəmi bir şansları oldu, onu da qola çevirdilər. İnanmayanlar görüşün videoyazısını əldə edib baxa bilərlər. Bizdə isə şans gətirmədi. Epizodlar oldu, ancaq fərqlənə bilmədik. Düzdü, rəqib qol vurduqdan sonra tam müdafiəyə qapandı, bu üzdən real fürsət yaxaladığımızı deyə bilmərəm. Heç də həmişə yaxşı oynayan qələbə qazanmır, belə oyunlar da olur. Lixtenşteynə yenilgidən dərs çıxarmaq lazımdı. Seçmə mərhələ çərçivəsində növbəti iki oyunu Bakıda keçirəcəyik. Sentyabrın əvvəlində əvvəlcə Slovakiyanı qonaq edəcəyik, ardınca Gürcüstanı. O vaxt artıq çempionat da başlayacaq və yığma üzvləri oyun təcrübəsi qazanmış olacaq. Hər şey özümüzdən asılıdı. Ev oyunlarında maksimum nəticə əldə etməli, özümüzü azarkeşlərə bağışlatmalıyıq. Göstərməliyik ki, Lixtenşteynə yenilgi həqiqətən də təsadüf idi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar