25 in 19:22olke

“Azərbaycanı bu cür təsəvvür etmirdim”

“Azərbaycanı bu cür təsəvvür etmirdim”
Platellas Bakını Salonikiyə bənzətdi
"Neftçi” hazırda Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Paytaxt klubu qışda aldığı futbolçulardan bəziləri ilə yolları ayırdı. Buna Canluka Sansoneni, Petru Rakunu nümunə göstərmək olar. Ancaq Vangelis Platellas baş məşqçi Roberto Bordinin ürəyincə olan futbolçulardandı. Yunan yarımmüdafiəçi həm əsas heyət üzvüdü, həm də “ağ-qaralar”ın heyətində pis təsir bağışlamır. Qışda Dario Federikonun gedişindən sonra sağ cinahı “özəlləşdirən” Platellas bir çox oyunda özünü yaxşı tərəfdən göstərə bilmişdi. Hərçənd Dario döndükdən sonra Bordinin həmin mövqedə kimə güvənəcəyi maraq doğurur. Hər halda, Vangelis pleymeyker kimi də çıxış edə bilir. Yunan oyunçu klubun saytına müsahibəsində “Neftçi”dəki durumundan danışıb.
- Artıq yarım ildi "Neftçi”nin şərəfini qoruyursan. Təəssüratın necədi?
- İlk dəfə Azərbaycana gələndə nə ölkəni tanıyırdım, nə dostlarım var idi, nə də dili yaxşı bilirdim. Buna görə də əvvəllər bir az çətinliyim oldu. Amma komanda yoldaşlarımın, klubda çalışanların sayəsində tez uyğunlaşa bildim. Artıq bir-birimizi həm meydanda, həm də kənarda çox yaxşı başa düşürük. Bu da gözəl kollektivimizin olmasından xəbər verir. Bu amillərin hamısı komandaya, çempionata, ölkəyə uyğunlşmağıma çox kömək etdi. Bura gəlməzdən əvvəl Azərbaycanı, paytaxtı belə təsəvvür etmirdim. Amma gəlib görəndən sonra deyə bilərəm ki, Bakı çox gözəl şəhərdi. Qonaqpərvər millətiniz var. İnsanlar çox gülərüzdülər. Hara gedirəmsə, çox xoş qarşılanıram. Bu da məni çox sevindirir. Deyərdim ki, Bakı Yunanıstanın Saloniki şəhərinə bənzəyir. Bu şəhərlərin oxşarlıqları çoxdu.
- Yeni mövsümə hazırlıq necə gedir?
- Hazırlıq keçdiyimiz baza çox yaxşıdı, hər cür şəraiti var. Oyun və məşq meydanları yüksək səviyyədədi. Hava şəraiti də yaxşıdı. Məşqlərimiz həm yaxşı, həm də yorğunluq fonunda keçir. Təlim-məşq toplanışında olduğumuz üçün bu da normaldı. Bilməliyik ki, orqanizmimiz neçə faiz hazırdı. Hazırlığı yaxşı qiymətləndirərdim.
- İlk yoxlama oyununda qələbə qazandız...
- Toplanış çərçivəsində ilk sınaq matçımız idi. Şadam ki, qalib gəldik, amma yoxlama görüşlərində nəticə çox vacib olmamalıdı. Oyunumuzu yaxşılaşdırmalıyıq. Hər matçda buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq ki, gələn dəfə eyni səhvlərə yol verməyək. Yaxşı oyun oldu. Fasilədən sonra gənc futbolçulara da şans verildi. Onlar da özlərini yaxşı tərəfdən göstərdilər. Bunların hamısı sevindirici haldı.
- Qısa müddətdə azarkeşlərin sevimli futbolçularından birinə çevrildin. Onlara nə demək istərdin?
- Mənim üçün çox xoşdu ki, qısa müddətdə azarkeşlərin rəğbətini qazanmışam, onların sevimlisi olmuşam. Həm azarkeşlərin, həm də klub rəhbərliyinin, "Neftçi”də çalışanların dəstəyini hiss edirəm. Onlara təşəkkürümü bildirirəm. Bizdən çox şey gözləyirlər. Çalışacağıq onları qələbələrlə sevindirib, etimadı doğruldaq. Qarşıdan Avropa Liqasının oyunları gəlir. Bununla belə, ölkə çempionatına da çox ciddi hazırlaşacağıq. Ötənilki səhvləri təkrarlamayıb, "Neftçi”ni layiq olduğu yerə – çempionluğa gətirməyə çalışacağıq. İstərdim ki, Avropa Liqasına qələbə ilə başlayaq. Azarkeşlərimizi bizi dəstəkləməyə çağırıram. İnanıram ki, onların da dəstəyi ilə məqsədimizə nail olacağıq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar