25 in 19:12olke

“Qarabağ”ın Romerosu gəldi

“Qarabağ”ın Romerosu gəldi
Ağdamlılar ilk oyunda uduzdu
“Qarabağ” yay fasiləsində ilk transferini gerçəkləşdirdi. Əslində onun karyerasını Azərbaycan çempionunun heyətində davam etdirəcəyi hələ çoxdan – klubun sahibi Abdulbari Gözəl mətbuata müsahibə verəndə məlum idi. Sadəcə, işin rəsmi tərəfi qalmışdı ki, müqavilə dünən bağlandı.
Beləliklə, tam adı Xayme Romero Qomes olan futbolçu ilə ikiillik anlaşma əldə olunub. İspan “Qarabağ”da “9” nömrəli futbolkada münarizə aparacaq. Halbuki bu nömrə altında Araz Abdullayev çıxış edirdi. Araz sevdiyi “7”yə qovuşandan sonra “9”u yeni transferin geyməsinə qarşı çıxmayıb.
Romeroya gəlincə, əsasən yarımmüdafiənin cinahlarında, yəni vinger mövqeyində çıxış etsə də, hücumun sivri ucunda oynamaq bacarığı da var. 1990-cu ildə Valdeqanqada dünyaya gəlib və futbolda ilk addımlarını “Albasete”də atıb. 2008/09 mövsümündən bəri 10 müxtəlif komandanın şərəfini qoruyub ki, onların arasında İspaniya, İtaliya və Türkiyənin elita təmsilçiləri var. İtaliya A seriyasında “Udineze” və “Bari”də çıxış etsə də, çempionatda üst-üstə 14 matçın iştirakçısı olub. Türkiyədə isə 2012/13 mövsümündə “Orduspor”un uğurları üçün tər töküb. Lakin burda da uğurlu ola bilməyib: 11 oyun və 603 dəqiqə. Vətənində “Qranada” və “Osasuna”nın heyətində La Liqa həyəcanı yaşayıb ki, ayrı-ayrı 3 mövsümdə 48 qarşılaşmanın iştirakçısı olub. Sequndada “Albasete”dən başqa “Saraqosa”, “Kordoba”, “Luqo” və “Real”ın 2-ci komandasında gözə dəyib. Karyerası ərzində 252 rəsmi matça çıxıb və 20 qola imzasını yazdırıb. Maraq üçün qeyd edək ki, Romero vaxtilə İspaniyanın U-19 yığmasında 6 oyun keçirib.
Di gəl ki, yeni transfer komandasının Avstriyadakı ilk yoldaşlıq matçında iştirak edə bilməyib. İyunun 22-də Azərbaycan çempionu Bolqarıstanın “qızıl” mükafatçısını sınağa çəkib. O qədər də maraqlı alınmayan, ikinci hissədə əsasən gənclərin mübarizə apardığı matçın yekununda ağdamlılar “Ludoqorets”ə 0:2 hesabı ilə məğlub olub. Rəqib 17-ci dəqiqədə Marselinyonun dəqiq zərbəsi sayəsində hesabı açıb. 70-ci dəqiqədə isə gənclər – Toral Bayramlı ilə Elvin Cəfərquliyevin səhvindən sonra Codi Lukokinin ötürdüyü topu Dimo Bakalov qapıdan keçirib.
Qurban Qurbanovun ilk dəqiqələrdən meydana buraxdığı “11-liy”i kifayət qədər “diri” adlandıra bilərik: Vaqner da Silva, Abbas Hüseynov, Rahil Məmmədov, Rəşad Sadıqov, Maksim Medvedev, Riçard Almeyda, Miçel, Abdulla Zubir, Filip Ozobiç, Dani Kintana, Mahir Əmrəli.
“Köhlən atlar” ikinci yarıya nisbətən fərqli heyətlə çıxıb: Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov, Bədavi Hüseynov, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Qara Qarayev, Simeon Slavçev, Abdulla Zubir, Dani Kintana, Araz Abdullayev, Mahir Əmrəli.
İkinci hissənin gedişində daha 3 nəfər – İsmayıl İbrahimli, Toral Bayramlı və Musa Qurbanlı da özünü baş məşqçiyə göstərmək imkanı qazanıb. Əvəzetmələrə baxmayaraq, ağdamlılar Avstriyadakı təlim-məşq toplanışındakı ilk sınaq matçını ənənəsinə uyğun olaraq məğlubiyyətlə başa vurub.
Qurban Qurbanov klub saytına oyunla bağlı fikirlərini söyləyib: “Normal oyun keçdi. Baxmayaraq ki, Avstriyada ilk marçımız idi. İstərdik ki, ilk rəqibimiz bir az asan olsun. Bu rəqibimiz yetərincə güclüydü. Bu oyunun bizim üçün çox faydalı olduğunu düşünürəm. Bəzi futbolçular 45, bəziləri 60 dəqiqə oynadı. Abbas Hüseynov və Rahil Məmmədov 90 dəqiqə meydanda oldular. Komandamdan razı qaldım. Toplanışın ilk mikrotsiklini belə oyunla başa vurmaq bizim üçün faydalı oldu”.
“Ludoqorets”lə matçın ertəsi, yəni dünən komanda üzvləri dincəlmək imkanı qazanıb. Məşqlər bu gündən yenidən əvvəlki qaydada davam etdiriləcək. Sabah isə növbəti yoldaşlıq görüşü baş tutacaq. Rəqib “Səbail”in Avroliqadakı rəqibi “Universitatya”dı.
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək komandanın yeni legionerlərlə güclənəcəyi sirr deyil. Qurban Qurbanov ona təqdim olunan futbolçuları gözdən keçirsə də, qərar verməkdə tələsmir. “Partizani” ilə oyunlara qədər, çox güman, yalnız Vild-Donald Gerye ilə yeni - 2 illik anlaşma imzalanacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar