25 in 18:37olke

AFFA rəhbərliyi üçün ideal “23-lük”...

AFFA rəhbərliyi üçün ideal “23-lük”...
...və ya süni inkişafın “nəticəsi”
Sosial şəbəkələrin ortaya çıxması hamımızın, xüsusən də biz jurnalistlərin işini asanlaşdırıb. Bəzən hansısa mövzuya toxunmaq üçün kimisə axtarmaq, arxasınca düşmək, telefondan “sallanmaq” lazım gəlmir. Paylaşılan şəkillər və yazılan statusların özü sənə mövzu verir.
Maşallah, böyük əksəriyyət fəallıq nümayiş etdirir. Biri azyaşlı övladının uşaq futbolundakı fərasətindən yazır, şəkil və videolarını paylaşır, bir başqası karyerasını 30-32 yaşında başa vurub, məşqçilik kurslarına yazılır. Məsələn, Nicat Qurbanov da özünə iş yeri tapa bilmədiyinə görə karyerasını 27 yaşında başa vurduğunu bəyan edir. Sözün əsl mənasında acınacaqlı mənzərədi.
Adam gənclərin və yeniyetmələrin halına acıyır. Gələcəkdə futbolçu olmağı arzulayanlar risk altına girdiyinin fərqində deyil. Çünki “böyük qardaşlarının” hansı durumla üzləşdiklərindən xəbərsizdilər, ya da ciddiyə almırlar. Anlamırlar ki, Azərbaycan futbolu əvvəlki deyil. Nə başgicəlləndirici pullar verilir, nə də futbolçulara dəyər. Nə də iş yeri var. Elitada vur-tut 8 komanda çıxış edir ki, “Sumqayıt” xaric, digərlərinin heyətindəkilərin aşağı-yuxarı yarısı əcnəbilərdi. Bir aşağı, bir yuxarı, premyer-liqada 100-110 futbolçuya gərək duyulur.
Vəziyyət belədisə, bir çoxunun futbolsuz qalması anlaşılandı. Adlara diqqət yetirəndə təəccüblənməmək, eyni zamanda heyfsilənməmək mümkün deyil. Bu gün heç kimə lazım olmayan futbolçuların siyahısına baxanda elitada mübarizə apara biləcək iki komandanın olduğunu deyə bilərik. Lakin biz iki yox, bir komandanın heyətində yer ala biləcək oyunçuların adlarından bəhs edəcəyik.
Qapı
İntizamsızlığı ilə ad çıxaran Kamran Ağayevin bu durumla üzləşməsinin səbəbkarı özü və zədəsidi. Əslində hələ çoxdan heç kim ona yaxın durmaq istəmirdi. Sadəcə, Zaur Axundova yaxınlığı və üstündə “yığma futbolçusu” adının olması işinə yaradı. Lakin hazırda işsizdi. ”Çərçivə” üçün ən layiqli namizəd elə Kamranın özüdü.
Müdafiə
Arxa xətdə çıxış edə biləcək futbolçuların sayı çoxdu. Lakin saf-çürük edib, daha təcrübəli və az-çox yığma təcrübəsi olanları nəzərə aldıq. Beləliklə, “sağ”da Novruz Məmmədovun, “sol”da İlqar Qurbanovun çıxış etməsi məqsədəuyğun olar. Ölkədə onsuz da mərkəz müdafiəçisi qıtlığı hiss olunur. Belə olmasaydı, vaxtilə Vladimir Levin, Ernani Pereyra, Usim Nduka, Bədavi Hüseynov “milliləşdirilməzdi”. Bir neçə nəfər var ki, onlar da kiməsə lazımdı. Amma işsizlər də yox deyil. Məncə, Nodar Məmmədovla Fuad Bayramov bu işin öhdəsindən gələ bilər. Düzdü, heç biri ucaboy deyil. Lakin yenə də nəsə etmək mümkündü.
Yarımmüdafiə
Bu mövqedə çıxış edə bilənlərin sayı nə çoxdu. İki dayaq yarımmüdafiəçisindən biri Tərzin Cahangirov ola bilərsə, digəri Budaq Nəsirovdu. Yarımmüdafiənin sağ cinahında Əfran İsmayılova, solunda Vaqif Cavadova güvənmək mümkündü. Pleymeyker və ya ikinci hücumçu kimi Asif Məmmədov variantını sınamaq olar.
Hücum
Hücumda çoxunu sınamaq olar. Tural Qürbətov, Nurlan Novruzov, İlham Allahverdiyev, Oruc Balaşlı, Vüqar Nadirov... Öz aramızdı, ən layiqlisi Vüqar Nadirovdu. Son bir ili Region Liqasında keçirsə belə...
Madam ki, 2018/19 mövsümündən protokola 23 futbolçunun adının salınmasına icazə verildi, deməli, daha 12 nəfəri xatırlatmaq yerinə düşər. Elə isə ehtiyat oyunçular skamyasında əyləşməyi haqq edənlərlə tanış olun: Davud Kərimi, Elvin Bədəlov, Emin Cəfərquliyev, Eşqin Quliyev, Elnur Abdullayev, Seymur Əsədov, Nicat Qurbanov, Seymur Əsədov, Tural Qürbətov, Nurlan Novruzov, İlham Allahverdiyev, Oruc Balaşlı...
Baş məşqçi
İşsiz mütəxəssislərin sayı işsiz futbolçular qədər olmasa da, onların yarısı qədər var. Düzdü, çoxu başını aşağı yaş qruplarında, AFFA-nın müxtəlif layihələrində, ya da Məşqçilər Komitəsində qatmaqdadı. Deyək ki, Ağasəlim Mircavadovun uzun müddət futbolsuz qalanlarla işləməyə hövsələsi çatmaz. Öz aramızdı, yaş da əvvəlki deyil. Vaqif Sadıqov da İcraiyyə Komitəsinin üzvüdü, Məşqçilər Komitəsinin rəhbəridi. İstər-istəməz işi başından aşır. Fikrimcə, “küskünlər”i bir araya gətirməyə və onlara lazım olan “doza”nı verməyə ən layiqli iki mütəxəssisdən biri Ramiz Məmmədov, digəri Şahin Diniyevdi. Diniyevin “Kəpəz”dəki haqq-hesabının “40”ı təzə çıxıb. Odu ki, özünü göstərmək baxımından “ac” Məmmədov variantı daha ağlabatandı.
Buyurun!
Çox hörmətli, dəyərli, əziz AFFA rəhbərliyi! Yəni Rövnəq Abdullayev, Elxan Məmmədov, Elşad Nəsirov və ya Rauf Əliyev! Son illər gördüyünüz işlərin, yürütdüyünüz “məqsədyönlü inkişafın” nəticəsi bax budu. Komandasızlıq və legionerlərə hədsiz güvən ölkə futbolunu biabırçı duruma salıb. İllərini futbola qurban verənlər indi futbol oynamaq üçün özlərinə iş yeri tapa bilmirlər. Siz isə ad və yalançı inkişaf naminə hər imkanda futbola yazılan 1000-ci, nə bilim 10000-ci uşağın adını xatırladır, lisenziya alan məşqçiləri bəh-bəhlə təqdim edirsiz. 5-10 il keçir, həmin uşaqlar futboldan uzaqlaşır, məşqçilərin lisenziyasını isə evdə toz basır.
Başınız UEFA-nın konfranslarından, Bakıya gəlib-gedən qonaqlardan açılanda dəyərli vaxtınızın bir neçə saatını düşünməyə, çıxış yolları axtarmağa sərf etsəz, yaxşıdı. Futbolu bu bəladan – futbolsuzluqdan xilas etməyin çarəsini tapın! Futbolu bölgələrə daşıyın, komanda sayını artırın, birinci divizionun daha maraqlı alınmasının yollarını tapın! Qazandığınız onminlərin, yüzminlərin qarşılığında nəsə edin!
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar