06 apr 00:03olke

Kvekveskiri Gürcüstan və Azərbaycan futbolunu müqayisə etdi

Kvekveskiri Gürcüstan və Azərbaycan futbolunu müqayisə etdi
“Qəbələ”də keçirdiyim ən unudulmaz matç isə “Lill”ə qarşı olub”

“Qəbələ”nin və Gürcüstan yığmasının futbolçusu Nika Kvekveskiri ölkəsinin sportall.ge saytına geniş müsahibə verib. Oxucuların suallarını cavablayan yarımmüdafiəçi Azərbaycan və Gürcüstan klublarını müqayisə etməklə yanaşı, ölkəmizdə xoş münasibət gördüyünü söyləyib. Gələcəkdə məşqçi olmağı düşünən Nika hansı komandanın azarkeşi olduğunu da bildirib.
- Öncə Serbiya və Latviya ilə matçda göstərdiyiniz yaxşı oyuna görə təbrik edirəm. Əminəm ki, Pep Qvardiola sizi izləsəydi, komandasına dəvət edərdi. Millidə Xabi Alonso və Daniele de Rossi kimi futbolçuların mövqeyində oynayırsız. Sürətli düşünmək bacarığına sahibsiz. Bu ancaq istedadla bağlıdı, yoxsa nəzəri biliklər də rol oynayır?
- Mənə verdiyiniz qiymətə görə təşəkkür edirəm. Oyunlarımın videosunu Qvardiolaya göndərmək lazımdı (gülür). Anadangəlmə istedadla yanaşı, nəzəri biliklərə də sahib olmalısan. Xoşbəxtlikdən, əvvəllər olduğu kimi, indi də güclü məşqçilərlə çalışıram. Onlar inkişafıma kömək edirlər. Təbii ki, öz mövqeyimdə çıxış edən ulduz futbolçuların oyununu izləyirəm. Onlardan öyrənməyə çalışıram.
- Uşaq vaxtı kumiriniz olan hansı futbolçu ilə forma dəyişdirmək istərdiz?
- Düzü, onlardan kiminləsə forma dəyişdirmək imkanımın olacağına inanmıram. Həmin futbolçularla yalnız yuxumda qarşılaşa bilərəm.
- Premyer-liqada vurduğunuz ilk qolu xatırlayırsız? Yeri gəlmişkən, məhz ondan sonra Temuri Ketsbaya sizi milliyə dəvət etmişdi...
- Bəli. Onda yığmada Kaxa Kaladze, Levan Kobiaşvili, Aleksandr İaşvili, Malxaz Asatiani, Zurab Xizanişvili kimi təcrübəli futbolçular oynayırdı. Onlarla eyni vaxtda yığmaya düşmək mənim üçün böyük xoşbəxtlik idi. Həmin vaxtdan 7 il keçib və gündən-günə oyunumu gücləndirməyə çalışıram.
- Millinin formasını geymək sizin üçün nə deməkdi?
- Bunu üç sözlə izah etməyə çalışacam: sevgi, məsuliyyət və fəxr.
- “Dila”da çıxış etdikdən sonra “İnter”ə keçdiz. Bakı klubuna transfer olunmağınız karyeranızda həlledici rol oynadı. Daha sonra “Qəbələ”yə yollanmaqla Avropa Liqasının qrup mərhələsində çıxış etdiz. “Qəbələ” sizin üçün nə deməkdi?
- Avropa Liqasının təsnifat və qrup mərhələsində oynamaqla böyük təcrübə qazandım. Bu mənə çatışmazlıqlarımı görməyə və onları aradan qaldırmağa kömək etdi. O ki qaldı “Qəbələ”yə, onsuz bunlara nail ola bilməzdim. Mənim futbolçu kimi inkişaf etməyimdə bu klub böyük rol oynayır.
- Təcrübəli futbolçu kimi gənc oyunçulara hansı məsləhətləri verərdiz?
- Sizi pis oyunçu hesab edənləri həmişə dinləyin. Sizi əla futbolçu adlandıranlara isə qulaq asmayın (gülür). Yalnız inkişafınıza çalışan şəxsləri dinləyin.
- Azərbaycan və Gürcüstan çempionatları arasında hansı fərqlər var?
- Liqalar arasında böyük fərq olduğunu deyə bilmərəm. Amma iki klub – “Qəbələ” və “Qarabağ”la bizimkilər arasında, təəssüf ki, fərq böyükdü.
- Hazırki futbolçulardan kumiriniz kimdi?
- Ən çox bəyəndiyim oyunçu Serxio Buskets, komanda isə “Barselona”dı.
- Uğurlu futbolçular iki cür olur: istedadı və ya zəhməti hesabına irəli gedənlər. Siz hansına aidsiz?
- Bunun yaxşı və ya pis olduğunu bilmirəm. Lakin istedadımın hesabına tanındığımı düşünürəm. Amma layiqli qiymətimi bir qədər gec aldım.
- “Dinamo” və “Qəbələ”nin heyətində keçirdiyiniz ən unudulmaz oyunlar hansılardı?
- Yaxşı yadımdadı, “Dinamo” “Torpedo”ya 2:0 hesabı ilə qalib gəlmişdi. “Qəbələ”də keçirdiyim ən unudulmaz matç isə Fransa “Lill”inə qarşı olub. Biz onları üstələyərək, Avropa Liqasında pley-offa adlamışdıq.
- Meydanda özünüzü daha çox hansı mövqedə rahat hiss edirsiz?
- Yarımmüdafiədə. Demək olar ki, bütün mövqelərdə oynamışam. Amma mənim üçün ən rahat yer hazırda da çıxış etdiyim yarımmüdafiə xəttidi.
- Futbolçu karyeranızı bitirdikdən sonra hansı işlə məşğul olacaqsız?
- Məşqçi olmaq istəyirəm. Toplanışlarda məlumat toplayıram, məşqçilərimin işini diqqətlə izləyirəm və mənə çox maraqlı gəlir. Belə desək, tədricən hazırlaşıram. Ümid edirəm ki, məndən məşqçi çıxacaq.
- Klub karyeranızı daha üstün tutursuz, yoxsa milli?
- Futbolu ilk növbədə yığma üçün oynayırsan. Amma klub karyeran olmadan bu mümkün deyil. Məndən konkret seçim etməyi istəsəz, əlbəttə ki, millini seçərəm. Əminəm ki, bütün futbolçular bu cür cavab verər.
- “Dinamo”ya qayıtmaq istərdiz?
- Belə bir arzum var. Amma bunun nə vaxt və hansı şərtlər altında reallaşacağını bilmirəm. Lakin qayıdışıma sevinərdim.
- Necə düşünürsüz, dünyanın ən güclü çempionatı və komandası hansıdı?
- Bağışlayın, bu suala obyektiv cavab verə bilmərəm (gülür). Təbii ki, İspaniya La Liqası və “Barselona”.
- David de Xeaya vurduğunuz qolu xatırlayırsız?
- Xatırlayıram (gülür). Atamın doğum günündə həmin qola imza atmışdım. O, qol vurmağımı istəmişdi.
- Oyun tərziniz çox xoşuma gəlir. Hazırda Gürcüstanda sizin kimi futbolçuya nadir hallarda rast gəlinir. Maraqlıdı, özünüzü başqa klubda yoxlamağı planlaşdırırsız?
- Tərifə görə minnətdaram. Güclü çempionatda çıxış edən klub mənə maraq göstərsə, məmnuniyyətlə özümü yoxlamaq istəyərəm.
- Azərbaycanlılar gürcülərə necə münasibət göstərirlər?
- Yaxşı. Belə də olmalıdı. Şəxsən mən Azərbaycanda heç vaxt və heç yerdə pis münasibət hiss etməmişəm. Ümumiyyətlə, Gürcüstan futbolunu çox yüksək qiymətləndirirlər.
- Azərbaycan və Gürcüstan futbolu arasında peşəkarlıq baxımından fərq böyükdü?
- Bizdə olduğu kimi öz işində peşəkar olanlar da var, olmayanlar da. Xoşbəxtlikdən həm klub, həm də komanda mənasında mən peşəkarlarla çalışıram və onlardan öyrənərək, inkişaf edirəm.
- Övladınız sizin oyunlarınıza baxır? Baxırsa, hansı məsləhətləri verir?
- Baxsa da, taktikadan anlamır (gülür). Amma atasının hansı cinahda oynadığını, nə vaxt ötürmə verdiyini və hər hansı yerinin ağrıdığını hiss edir.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub Dünən, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir Dünən, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... Dünən, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək Dünən, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi Dünən, 15:38 “Elvin Səfərli futbol adamı deyil” Dünən, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır Dünən, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq Dünən, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır Dünən, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı Dünən, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı Dünən, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı Dünən, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! Dünən, 15:17 Averin 15 aylıq cəzalandı Dünən, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! Dünən, 15:09 Türkiyə ilə bacarmadıq Dünən, 15:07 Millimiz Bolqarıstana uduzdu Dünən, 15:06 Medalsız qaldılar Dünən, 15:05 Minskə beş qrossmeyster gedəcək Dünən, 15:04 AÇ üçün hazırlıq başlayır Dünən, 15:00 Antalyadan altı medalla Dünən, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi Dünən, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması Dünən, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi Dünən, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək Dünən, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? Dünən, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var Dünən, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı Dünən, 13:58 “Baku Fayr”dan çətin qələbə Dünən, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar