23 in 18:33olke

Nicat Qurbanov karyerasını bitirmək istəmir

Nicat Qurbanov karyerasını bitirmək istəmir
“Təklif olsa, sevinə-sevinə qayıdıb, futbolumu oynayaram”
“Heç vaxt ağlıma gəlməzdi ki, qərarı belə tez açıqlayacam. Həyat adamı bəzən sevdiyi işdən ayrı salır. Bu gün peşəkar karyeramla bağlı son şəklimi paylaşıram. Çox çətin və tez olsa belə, getmək vaxtı olduğunu düşündüm. Çox məşqçilər tanıdım, çox futbolçularla bir yerdə oynadım. Yaxşısı da oldu, pisi də. Amma pisləri elə futbolda saxladım, yaxşılar isə həmişə mənimlə olacaq. 11 yaşından çıxdığım bu çətin və çox maraqlı yol bu gün bitdi. Bu 16 il ərzində məni az da olsa, dəstəkləyən hamıya təşəkkürümü bildirirəm” – “feysbuk”da bu sözlərin müəllifi heç də 35-40 yaşında karyerasını başa vurmaq qərarına gələn biri deyil. Söhbət 27 yaşlı Nicat Qurbanovdan gedir.
Karyerası ərzində “Neftçi”, AZAL, “Zirə”, “Kəpəz” və son olaraq “Sumqayıt”ın uğurları üçün tər tökən Qurbanov nə düşünübsə, bu fikrə düşünüb. Adamın ağlına min fikir gəlib. Kimisi Nicatın ciddi zədə aldığını, kimisi özünə başqa iş tapdığını, kimisi də futboldan iyrəndiyini düşünə bilər. Amma yox. Sən demə, səbəb tam başqaymış. Buyurun, siz də tanış olun.
- Nə baş verib?
- Heç nə. Şükür Allaha, hər şey qaydasındadı.
- “Feysbuk”da karyeranı bitirməyə hesablanmış status yazmısan.
- Təklif olmayandan sonra edəcək heç nə qalmır. Məcbur qalıb karyeranı başa vurmalısan.
- Təklif olmadığına dair mesaj yoxdu axı. Konkret karyeranı başa vurduğunu bildirmisən.
- Bu gün təklifim yoxdusa, durum məlumdu. Statusu bir ay sonra da paylaşsaydım, həmin şey olacaqdı. İndi bitirdim, ya 1-2 aydan sonra – fərqi yoxdu.
- Belə başa düşdüm ki, statusun mesaj xarakterlidi. Kimlərəsə nəsə eşitdirmək istəmisən.
- Mesaj deməzdim. Dediyim kimi, təklif yoxdu deyə, içimdən gələni yazmışam.
- Tələskənliyə yol verdiyini düşünmürsən?
- Bəzi klublarla danışdım və imtina cavabı aldım. Məhz bundan sonra həmin statusu yazdım. Heç kimlə danışmadan bu fikrə düşsəydim, siz deyən kimi, tələsmiş olardım. Konkret lazımsız olduğumu anladım. Lazım olmayandan sonra kiminsə qapısında yatan, qarşısında durub yalvaran deyiləm. Sadəcə, bəxtimi sınamaq üçün 2-3 kluba xəbər göndərdim, əvəzində “yox” cavabı aldım.
- Yəni sabah təklif olsa, karyeranı davam etdirəcəksən.
- Əlbəttə. Bacardığım iş ancaq futbol oynamaqdı. Təklif olsa, sevinə-sevinə qayıdıb, futbolumu oynayaram.
- Niyə heç kimə lazım deyilsən? Səncə, problem oynadığın futboldadı, yoxsa xarakterində?
- Xarakterimdə problem olduğunu düşünmürəm.
- Meydanda çılğınsan, ondan kənarda söz götürən deyilsən, sözü üzə deyənsən. Bəlkə də buna görə baş məşqçilər səninlə işləmək istəmirlər.
- Meydanda çılğın olmağım qələbə qazanmaq istəyindən irəli gəlir. Uduzmağı sevmirəm. O ki qaldı söz götürməməyə, heç bir insan haqsızlığa dözmür. Boş yerə irad eşitməyimə, yaxud danlanmağıma razı olmamışam. Yox, səhvəmsə, başımı aşağı salıb, səhvimi qəbul edərəm. Məncə, bu da normal keyfiyyətdi. İndiyə qədər neçə-neçə məşqçiylə işləmişəm. Soruşun, maraqlanın, görün hansısa biriylə problem yaşamışam, yaxud komandada problem yaratmışam.
- Sən “Sumqayıt”da qalmaq istəmədin, yoxsa “Sumqayıt” səni istəmədi?
- Müqavilənin müddəti başa çatdı və yeni təklif olmadı.
- Deməli, Ayxan Abbasov səni sərəncamında görmək istəməyib.
- Baş məşqçi Ayxan müəllimdisə, dediyiniz kimi olub. Çünki söz sahibi baş məşqçidi.
- Danışıq apardığın klublarla nədə anlaşa bilmədin?
- Ciddi söhbətimiz olmadı axı, anlaşa da bilməyək. Birinin oyun üslubuna uyğun gəlmədiyimi dedilər, bir başqasında yerimdə başqa oyunçuların olduğunu dedilər.
- Adətən premyer-liqada özünə iş yeri tapa bilməyənlər birinci divizionda oynamağa razılıq verir. Yaxud legioner həyatı yaşamaq həvəsinə düşür. Sən isə 27 yaşında futbolla vidalaşırsan.
- Birinci divizion barədə qətiyyən düşünmürəm. Futbolsuz qalaram, amma orda oynamaram. Bunu deməklə özümü ordakı uşaqlardan artıq tutmaq istəmirəm. Sadəcə, aşağı dəstənin nə olduğunu yaxşı bilirəm. Divizion bataqlıq kimidi, ora düşdünsə, çıxa bilmirsən. Bunu mən demirəm, orda oynayan dostlarım danışır. Özləri də söhbət edəndə deyir ki, aşağı dəstədə oynamaq məsləhət deyil. Ona görə də fikrimin hörmətsizlik kimi qəbul olunmasını istəmirəm. O ki qaldı xaricə üz tutmağa, yaxşı təklif olandan sonra niyə getmirəm ki? Ailəmdə danışaram, məsləhətləşərəm, yəqin ki, gedərəm. Amma bu da real deyil. Çünki heç bir təklif yoxdu.
- “Qəbələ” gəncləri yığır, birinci diviziondan baxışa futbolçu çağırır. Bu komandaya da lazım deyilsən?
- Danışıq olub. Onlar akademiyanın uşaqlarına güvənmək istəyirlər. Baxışa gedən uşaqlardan bildiyimə görə bir nəfəri götürüblər.
- Baxışdan keçməyə razısan?
- Xeyr. 10 ildi premyer-liqada oynayıram. “Qəbələ”nin məşqçilər heyətindəkilərin hamısı məni tanıyır. Azərbaycan çempionatında hamı bir-birini yaxşı tanıyır. Futbolsuz qalmamışam ki, yoxlamağa çağırsınlar. Ötən aya qədər “Sumqayıt”da oynamışam, formam da yerindədi.
- Şər deməsən, xeyir gəlməz. Birdən avqustun sonuna qədər təklif olmadı, nə edəcəksən?
- Açığı, gələcəklə bağlı heç bir planım yoxdu. Vəziyyətin belə olması elə təsir edib ki, heç nə haqda düşünmürəm. Gözümü futbolun içində açmışam, 16 ildi bu sahədəyəm. Gördüyüm ancaq futbol olub. Ona görə də başqa iş haqda düşünə bilmirəm. Ancaq yenə də içimdə bir hiss var ki, sabah zəng gələr, harasa dəvət edərlər. İyul, uzağı avqusta kimi görsəm ki, heç kimə lazım deyiləm, ondan sonra nəsə fikirləşərəm.
- Təklifsizlikdən Bəxtiyar Soltanov karyerasını 30 yaşında başa vurub, məşqçiliyə başladı...
- Bəxtiyara “Sabah”dan konkret təklif gəldi, o da razılaşdı. Həyatdı, hər şey ola bilər. Futbol oynadın, yaxud məşqçi oldun – ciddi fərqi yoxdu. Yenə futbolun içindəsən. Sadəcə, bunun üçün oxumaq və kateqoriya almaq lazımdı. Və ən önəmlisi, bilməlisən ki, kateqoriya alandan sonra hansısa klubda sənə iş olacaq. Yoxsa kateqoriyanı alıb evə qoyum, nəyə lazımdı?
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar