19 in 17:20olke

Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi

Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi
“İcraiyyə Komitəsinin oyundan sonrakı təcili toplantısından xəbərim olmayıb”
“Qarabağ”la “Səbail” arasındakı yoldaşlıq matçından sonra Qurban Qurbanova yaxınlaşmağımız boşuna deyildi. Təcrübəli çalışdırıcıdan həm Çempionlar Liqası ərəfəsində komandası ilə bağlı, həm də 2017-ci ildə çalışdırdığı yığma ətrafında yaranmış suallara aydınlıq gətirmək istəyirdik. Təbii ki, Nikola Yurçeviçin Qurbanovun “bostanına daş atmasını” da unutmamışdıq.
- Yığma üzvlərindən yalnız Rahil Məmmədova şans verməyiniz nə ilə bağlıydı?
- Bu gün Rahilə ehtiyac var idi. Həm də çempionatda ən az oynayan futbolçularımızdan biridi. Millidə də son oyunda oynamamışdı. Ona görə istədim bir az meydanda olsun.
- Bakıdakı toplanış dövründə yoldaşlıq görüşü nəzərdə tutulmamışdı. Sanki sonradan fikrinizi dəyişdiz.
- Hazırlıq müddətində minimum ikitərəfli oyun keçirmək nəzərdə tutmuşdu. Hansısa bir komanda olsaydı, yoxlama matçı keçirməyi planlaşdırmışdıq. Sonda belə variant çıxdı və "Səbail"lə qarşılaşdıq. Gördüyünüz kimi, hər hissə 30 dəqiqə oldu. Fikrimcə, hər iki komanda üçün faydası oldu.
- Niyə məhz 30 dəqiqə? Məşq xarakterli olduğuna, yoxsa isti havaya görə?
- Yox, havayla bağlı deyildi. Sadəcə, futbolçular hələ 90 dəqiqə oynamağa tam hazır deyillər. Açığı, iki 30 dəqiqədən də bir az narahatlığım vardı. Bu matçda istər-istəməz mübarizə tam fərqli olur, fərdi keyfiyyətlər daha çox önə çıxır. Futbolçular hazır olmayanda bu komponentlərdən ehtiyat edirəm.
- Qeyri-rəsmi oyunda olsa da, oğlunuz Musa Qurbanlını ilk dəfə əsas heyətdə gördük. Necə təsir bağşladı? Nə çatmır, nədə “artırmalıdı”, nə xoşunuza gəlmədi?
- Təkcə Musa yox, bir çox gənc futbolçular haqda belə fikir bildirmək düzgün olmazdı. Musayla yanaşı, gənc futbolçularımızın əsas heyət oyunçularmızla bir yerdə olmalarını istədik. Əlbəttə, hələ üzərlərində çox işləməlidilər. Onlardan biri də Musadı. Hansı cəhətləri xoşuma gəldi, hansılar yox - təkcə mənim yox, heç bir məşqçi üçün bunu demək düzgün olmaz.
- Yay "transfer pəncərəsi". Yenə qayğılı dövrdü? İndiki mənzərə necədi?
- Həmişə olduğu kimi çətindi. Ancaq müsbətə doğru irəliləyiş var. Konkret olanda tam adları açıqlayacağıq.
- Neçə futbolçuyla artq anlaşmaq üzrəsiz?
- Anlaşmaq üzrə olduğumuz yalnız ispan futbolçu Xayme Romero Rodrigesdi. Başqalarıyla isə hələ ki müsbətə doğru danışıqlar gedir.
- Klub prezidenti Abdulbari Gözəl açıqlama vermişdi ki, bu mövsüm daha yaxşı transferləriniz olacaq. Demək olarmı ki, transfer qiyməti və səviyyə baxımından bu dəfə daha yaxşı olacaq?
- Həmişə istəmişik ki, yaxşı transferlərimiz olsun. Sadəcə, bizdən asılı olmayan anlar var. Hansıları ki, sonadək gözləyirik. Çox futbolçu hətta "transfer pəncərəsi"nin son gününə kimi cavab demir. Daha yaxşı çempionatlarda iştirak etmək, daha yaxşı komandalarda oynamaq istəyirlər. Ona görə bizə son variant kimi baxırlar. Hər il olduğu kimi, bu il də yaxşı transferlər etmək istəyirik. Ancaq nə dərəcədə alınacaq, bunu zaman göstərəcək. Hətta bir istədiyimiz transfer əldə etdikdə buna sevinirik. Bugünkü durum elədi ki, Türkiyədə legioner limiti götürüldükdən sonra bizə bir az daha çətin olub. Koreya, Yaponiya variantları çıxandan, ərəblər böyük pullar verəndən sonra bizim üçün yaxşı futbolçu gətirmək çətinləşib. Bu zaman variantlarımız çox az olur. Buna görə bir-iki istədiyimiz transferi etsək, buna sevinərik.
- Yerli transfer gözlənilir?
- Bu gün üçün görünmür.
- Neçə legioner almaq nəzərdə tutmusuz və hansı mövqelərə?
- Qapıdan başlayaraq hər xəttə futbolçu axtarırıq.
- Cənubi afrikalı futbolçu, keçmiş hücumçunuz Dino Ndlovunun həmyerlisi Hendrik Eksteynin də adı çəkilir. Meneceri müştərisinin Azərbaycandan təklif aldığını açıqlayıb.
- İstədiyimiz, maraqlandığımız, danışdığımız futbolçulardan biri o ola bilər. Təkcə afrikalıya görə yox, ümumiyyətlə, deyirəm. O da onlar sırasında olar yəqin.
- Sizə ilk növbədə hücumun sivri ucuna futbolçu lazımdı. Çünki tək mərkəz hücumçunuz Mahir Əmrəlidi. Ancaq Romero vingerdi. Halbuki yarımmüdafiənin cinahlarında xeyli futbolçu var.
- Romero “sağ”da da oynaya bilir, “sol”da da, hətta hücum xəttində də.
- Vild-Donald Geryenin məsələsi nə yerdədi? Gah sağollaşdı, gah yeni müqavilə bağlayacağı deyildi. Özü isə açıqlama verdi ki, gözləyirəm. Son durum necədi?
- Bu günə olan danışıqlar müsbətdi. Gerye burdan gedəndə bizimlə anlaşıb getmişdi. Kağız üzərində deyildi, ancaq şifahi razılaşmışdıq. Sonra belə bir açıqlama oxudum. Ancaq məncə, bundan sonra dərhal fikrini dəyişdi. Xırda detalları açıqlamağa ehtiyac yoxdu.
- Gerye ilə ümumi razılıq ədə olunub?
- Onunla danışıqlarımız müsbətə doğru gedir. Görünən odu ki, böyük ehtimalla "Qarabağ"da qalacaq.
- Mahir Əmrəli "Qarabağ"da qalacaq, yoxsa gedəcək? Onunla bağlı xaricdən təklif almısız?
- Yenə deyirəm, Mahirlə bağlı rəsmi heç bir təklif yoxdu. Ancaq hər hansı futbolçumuzun yaxşı komandada oynamasını istəyirik.
- Millinin oyunlarını izlədiz?
- Əlbəttə.
- Stadiondaydız?
- Bəli.
- Necə təsir bağışladılar?
- Həmişə milliyə uğurlar arzulayıram və əlbəttə, bir azərbaycanlı olaraq həmişə yanında olmağa çalışmışam. Hətta məğlub olanda da. Düşünürəm ki, növbəti qarşılaşmalarda daha yaxşı oynayacaqlar.
- Millimizin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviçin açıqlaması vardı ki, ən yaxşı məşqçiniz Qurban Qurbanov Maltanı uda bilməyib. Onu oxuyanda hansı hissləri keçirdiz?
- Bilirsiz ki, belə fikirlərə önəm verən deyiləm. Yurçeviçlə normal münasibətlərimiz olub. Digər tərəfdən, bu deyilənlər ətrafında çox danışmaq, məncə, düzgün olmaz. Çalışmaq lazımdı ki, bir az kənarda olaq, orda hər şey qaydasında olsun.
- Oyundan sonra "Qarabağ"ın futbolçularını, əsasən Qara Qarayevi, Bədavi Hüseynovu hədəfə götürən yazılar çıxdı - bilərəkdən zəif oynayırlar, can yandırmırlar…
- İnanmıram ki, bilərəkdən oynamamaqla bağlı, ümumiyyətlə, "Qarabağ"ın futbolçuları haqda bu qədər çox fikirlər olsun. Ümumiyyətlə, günahın futbolçuların üzərinə atılmasını xoşlamıram. Əlbəttə, problemlərimiz var, ancaq günahı tək-tək futbolçuların üzərinə atmağın tərəfdarı deyiləm. Ümumiyyətə, belə fikrilərə münasibət bildirmək düzgün olmaz. Həmin futbolçulara güvənirəm. Onlar 8-10 ildi Azərbaycan millisinin şərəfini qoruyurlar. Özləri də ürəklə, güvənlə çıxış edirlər. Bu futbolçuların o psixoloji sıxıntıdan çıxmaları lazımdı. Onsuz da azərbaycanlı futbolçuların sayı azdı. Onlar haqda belə fikir bildirmək düzgün olmaz.
- Sizcə, həmin futbolçuların potensialları bu idimi ki, 1:3 və 1:5 hesabları qeydə alındı?
- Məncə, müzakirələrdə çox uzağa gedirik.
- İcraiyyə Komitəsinin yığmanın oyunlarından əvvəlki iclasında iştirak etməmişdiz. Macarıstanla matçdan sonra daha bir təcili iclas keçirildi.
- Komitənin oyundan sonrakı təcili toplantısından xəbərim olmayıb. "Dalğa Arena"dakı iclasa dəvət gələndə bidirmişdim ki, iştirak edə bilməyəcəm, üzürlü hesab edin. İcraiyyə Komitəsində fəaliyyətimi davam etdirirəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar