19 in 17:05olke

“Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq

“Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq
Sənan Qurbanov yeni legionerlərin yolunu gözləyir
Təxminən biraylıq istirahətin ardından “Qəbələ” doğma rayonda təlim-məşq toplanışına start verib. Sənan Qurbanovun baş məşqçisi olduğu kollektiv hazırlığın birinci mərhələsini iyunun 29-da keçiriləcək yoxlama oyunu ilə başa vuracaq. “Qırmızı-qaralar” Bakıda “Zirə” ilə qüvvəsini sınayacaq. Qarşılaşmanın ertəsi bərpa prosesi keçəcək futbolçular ardınca istirahətə buraxılacaq. İkigünlük istirahətdən sonra bir araya gələcək bölgə təmsilçisi iyulun 3-də növbəti məşqini gerçəkləşdirəcək. Ayın 4-də isə komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. Şimallılar iyulun 18-dək Boluda hazırlıq keçəcək. Toplanış çərçivəsində üç yoxlama oyunu nəzərdə tutulub. Qurbanovun yetirmələri ayın 7-si, 12-si və 17-də meydana çıxacaq. Sınaqçı-rəqiblərdən birinin adına artıq aydınlıq gəlib. İlk yoxlama görüşündə şimallılar Ukrayna təmsilçisi “Mariupol”la üz-üzə gələcək. Ötən mövsüm Ukrayna premyer-liqasında 4-cü yeri tutan bu komanda da “Qəbələ” kimi Avropa Liqasında çıxış edəcək.
Hazırlıq barədə ətraflı məlumat əldə etmək üçün “Qəbələ”nin baş məşqçisi ilə danışdıq. Sənan Qurbanov yeni legionerlərin yolunu gözlədiklərini bildirdi: “Toplanışın ilk mərhələsini keçmək üçün iyunun 15-dən Qəbələdəyik. Hələ ki hər şey plan üzrə gedir. Bu gün (dünən) Davit Volkovla Bəhlul Mustafazadə də komandanın düşərgəsinə qoşulub. Hələ ki Sadiq Quliyev və Kamal Mirzəyevlə müqavilə bağlamışıq. Baxışda olan bəzi futbolçuları yola saldıq. Ancaq ola bilsin, Cavad Kazımlını yenidən dəvət edək. Hələ ki bu məsələdə son nöqtə qoyulmayıb. Orxan Əliyev isə komanda ilə birgə məşqlərdə iştirak edir. Onunla bağlı son qərarı iyunun 29-da keçirəcəyimiz yoxlama görüşündən sonra verəcəyik. Həmin tarixdə Zirədə eyniadlı komanda ilə qarşılaşacağıq. Düşərgəmizə yeni legionerlərin qoşulacağı da gözlənilir. Bu məsələ ilə klubun baş meneceri Zaur Əzizov məşğul olur. Yəqin ki, onlar kollektivə Tükiyədə qoşulacaqlar. Yenilərin hansı ölkələrdən olacağı hələ dəqiq bilinmir. Zaur müəllim bu yöndə axtarışlarını davam etdirir. Klubun maliyyə şərtlərinə uyğun gələcək və ən əsası səviyyəsi bizi qane edəcək legionerləri rənglərimizə bağlamaq istəyirik. Hazırlığın Türkiyə mərhələsində “Mariupol”la üz-üzə gələcəyimiz dəqiqləşib. Digər iki rəqibin adına isə böyük ehtimalla yaxın günlərdə aydınlıq gələcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar