19 in 16:55olke

Fərid Nəbiyev vətənə qayıtmaq istəmir

Fərid Nəbiyev vətənə qayıtmaq istəmir
“Zədələnməsəydim, daha çox qol vura bilərdim”
Ölkə xaricində top qovan legionerlərdən üzümüzü güldürənlər elə də çox deyil. Müsbət mənada bizi sevindirənlərdən biri Fərid Nəbiyevdi. "Slaviya"ya məxsus futbolçu mövsümü 19 qolla tamamladı. Son turlarda zədələnməsəydi, daha çox qol vuracağı şübhə doğurmurdu. Bundan başqa, artıq iki il Çexiyada davam gətirməsi də qeyd olunmalıdı. Sadəcə, problem onun Praqa təmsilçisinin əvəzedici komandasında çıxış etməsidi. Qolları sıralamasına rəğmən, elitada şans qazanmaması üzücü məqamdı. Halbuki Fərid daim oynayacağı yüksək liqa klublarından birinə keçsə, yaxşı olar. Onu da bildirək ki, Nəbiyevin "Slaviya" ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdi. Yeri gəlmişkən, vinger zədəli olduğuna görə U-21-in Lixtenşteynlə oyununda (0:1) da iştirak etmədi. Bütün bunları nəzərə alıb, Bakıda müalicə olunan futbolçu ilə danışmağı lazım bildik.
- Elə başlayaq zədədən. Problem hardadı?
- Sağ ayağımın üst hissəsində.
- Müalicə nə vaxta kimi davam edəcək?Həkimlər nə deyir?
- Şükür, zədəm yaxşıdı. Müalicə qurtarır, sabahdan (bu gündən) məşqlərə başlayıram.
- Yəqin ki, öncə fərdi məşqlər, bərpa prosesi olar?
- Bəli, fərdi məşqlər olacaq. Daha sonra necə olacağını zaman göstərəcək.
- Çempionatda 19 qolun var. Amma mövsümün sonunda zədələndin. Ümumiyyətlə, "futbol ili"ni özün üçün necə dəyərləndirirsən?
- Qeyd etdiyiniz kimi, 19 qol vurdm. Amma son 4 turda zədə üzündən oynamadım. Ümumilikdə mövsüm mənim üçün normal keçdi. Zədələnməsəydim, daha çox qol vura bilərdim. Amma qismət...
- "Slaviya"nın əsas heyətinə düşməyin bir az çətin görünür. Ola bilər, bu yay komandanı dəyişəsən? Lap elə icarə əsasında hansısa kluba keçəsən?
- Hər şey ola bilər. Dəyişə də bilərəm, dəyişməyə də. Hələ ki gözləyirik.
- Özün klubunu dəyişmək istəyirsən? Yəni elitada çıxış edən hansısa başqa komandada top qovmaq daha yaxşı olmazdı?
- Əlbəttə, yeni mövsümdə böyük futbol oynamaq istəyirəm.
- Heç "Slaviya"nın əsas heyəti ilə məşq etmək imkanı qazanmısan?
- Bəli, orda məşqlər eləmişəm. Hətta bir dəfə "18-lik"də də olmuşam.
- Bizdə futbolçuların əsas problemi xaricdə qala bilməməsidi. Sən artıq iki ildi Çexiyadasan. Vətənə qayıtmaq haqda düşünmürsən?
- Xeyr, qayıtmaq haqda fikirləşmirəm. Avropada oynamaq istəyirəm.
- Ümumiyyətlə, klubda sizlərə - legionerlərə münasibət necədi?
- Komandada hamı ilə münasibətim yaxşıdı. İstər futbolçular olsun, istərsə də məşqçi heyəti.
- Çexiyada top qovan azərbaycanlı futbolçu təkcə sən deyilsən. U-21-dəki komanda yoldaşın Arziman da orda çıxış edir. Onunla yəqin tez-tez görüşürsüz?
- Demək olar, hər gün bir yerdəyik (gülür).
- Çexiyaya nə vaxt gedirsən?
- Hələ bilinmir.
- Mümkündü ki, getməyəsən?
- Ola da bilər, olmaya da. Hələ ki dəqiq deyil.
- Onda klublarımızdan birinə keçmək ehtimalın var?
- Xeyr.
- Söhbət başqa xarici ölkədən gedir?
- Ola bilər.
- Zədəli olduğun üçün U-21ə kömək edə bilmədin. Yığmanın Lixtenşteynlə qarşılaşmasını izlədin?
- Bəli, oyuna baxdım.
- Bu rəqibə məğlubiyyəti gözləyirdin?
- Məncə, heç kim gözləmirdi. Amma futboldu. Olan olub, heç nə geri qayıtmayacaq.
- Sən meydanda olsaydın, nəticə fərqli ola bilərdi?
- Fikrimcə, bir oyunçu ilə heç nə etmək olmaz. Futboldusa, hamı yaxşı olmalıdı ki, nəticə qazanaq. İnşallah, qarşıdakı oyunlara tam heyətlə hazırlaşıb, istədiyimiz nəticələri əldə eliyərik.
- Bu yenilgidən sonra qrupda yüksək yerlərə iddia etmək mümkündü? Nəzərə alaq ki, ən real xal ala, daha doğrusu, məğlub edə biləcəyimiz komanda Lixtenşteyn idi. Üstəlik, məğlubiyyət komandaya psixoloji təsir də edib...
- Əlbəttə, futbolda hər şey mümkündü. Çünki hələ bu qrupun birinci oyunuydu. Növbəti iki qarşılaşmanı evdə keçirəcəyik. Ümid edirəm ki, sərfəli nəticələr qazanacağıq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar