19 in 16:52olke

“Səbail” bu gün Bolqarıstana köçür

“Səbail” bu gün Bolqarıstana köçür
Duventru rəsmiləşdi, Həmdi Banskoda “dənizçi” olacaq
İyunun 15-də “Qarabağ”la (1:3) yoxlama görüşündə qüvvəsini sınayan və bu oyunla Bakı toplanışını başa vuran “Səbail” bu gün Bolqarıstana yollanır. Bayıl təmsilçisi Avroliqaya və növbəti mövsümə hazırlığın əsas mərhələsini Bansko şəhərində keçirəcək. Səfər ərəfəsində “Səbail”lə bağlı bir çox məsələlərin həllini tapdığını bildirək. İlk növbədə iki legioner transferinin rəsmiləşdirildiyini vurğulayaq. Paytaxt klubunun şənbə günü makedoniyalı qapıçı Daniel Bojinovski ilə müqavilə imzalayacağını xəbər vermişdik. Sadəcə, klub saytının bunu rəsmən elan etməsi, müqavilənin detallarını göstərməsi qalırdı. “Səbail” klubun sosial şəbəkə hesabı vasitəsilə keçidin baş tutduğunu bəyan etsə də, tərəflər arasında imzalanan müqavilənin detalları və müddəti barədə məlumat verilməyib. Bojinovskinin son iş yeri ölkəsinin “Rabotniçki” komandası olub.
Digər transfer isə hardasa sürpriz oldu. “Səbail”in sabiq “Zirə”li Bilal Həmdi ilə güclənəcəyi bildirilsə də, “dənizçilər” qəsəbə təmsilçisinin başqa bir üzvü - fransalı yarımmüdafiəçi Dilan Duventrunu heyətinə qatdı. Qeyd edək ki, Duventru geridə qalan mövsümü “Zirə”də keçirib. Lakin mövsüm bitən kimi paytaxt klubu 30 yaşlı futbolçu ilə yolları ayırmışdı. O, “Sileks”, “Breqalniça” kimi klublarda da forma geyib. Beləliklə, “Səbail”in yay transfer dövründə indiyədək rəsmi müqaviləyə imza atdığı futbolçuların sayı 5-ə çatdı. Klub daha öncə Kamal Bayramov (Zirə), Urfan Abbasov (Qəbələ) və Turan Manafovu (Zaqatala) heyətinə qatmışdı.
Əslində Bilal Həmdinin məsələsi də həll olunub. Sadəcə, onun düşərgəyə qoşulub müqaviləyə imza atması qalır. Ötən mövsüm “Zirə”nin heyətində özünü ən yaxşı tərəfdən göstərən 28 yaşlı Əlcazair əsilli fransalı yarımmüdafiəçi birbaşa Banskoya gələcək.
Bu arada “Səbail" “Şüvəlan”dan icarədən qayıdan gənc futbolçusu Murtuz Abakarovu Bolqarıstana apara bilməyəcək. “Qarabağ”la yoxlama matçında hətta start heyətində meydana çıxan Murtuzun sənəd problemi var. Gənc yarımmüdafiəçinin pasportu dəyişilməlidi. Məşqçilər korpusu Bolqarıstandan qayıdandan sonra ona yenidən baxacaq və yekun qərar verəcək.
“Səbail”in baş məşqçisi Aftandil Hacıyevin yeni transferlər və 10 günlük Bakı toplanışı ilə bağlı fikirlərini də öyrəndik: “İyunun 6-da başladığımız hazırlığı oyunla tamamladıq. Sözsüz ki, heyətin tam komplekləşməsindən söhbət gedə bilməz. Məşqlərə gənc oyunçularımızı da cəlb etmişdik. İstədik ki, bu yolla rəqabət yaradaq. "Qarabağ"a qarşı meydanda daha çox gənclər idi. Onların bəzilərinin xidmətindən çempionatda istifadə edəcəyik. Heyətin komplektləşməsini Bolqarıstanda başa çatdırmağa çalışacağıq. Yeni transferlərə gəlincə, Bojinovski qışdan diqqət mərkəzimizdə idi. Ancaq o vaxt onu əldə edə bilmədik və Rıbkayla müqavilə imzaladıq. Bojinovskinin indi sərbəst futbolçu olması keçidini asanlaşdırdı. Makedoniyanın ən təcrübəli qolkiperlərindən biridi. Onu deyə bilərəm ki, ayaqla daha yaxşı oynamağı bacarır. Düşünürəm ki, komandaya fayda verəcək. Dilan Duventru və keçidini həll etməyə yaxın olduğumuz Bilal Həmdini də çoxdan, hələ “Zirə”yə gəlməmişdən öncə görüb bəyənmişdim. Onlar keçən yay, bizdən əvvəl komandanın o vaxtkı baş məşqçisi Ayxan Abbasova təklif olunmuşdular. Buna görə danışıq aparmadıq. Yəni "Zirə" bizdən qabağa düşdü. Bu iki transferə hərtərəfli qərar verdik. Bilalla Dilanın çempionatımıza artıq bələd olmaları bizə faydalı olmalıdı. Bizə sərbəst futbolçular kimi təklif olundular. Vaxtımız yoxdu, hər gün bizim üçün önəmlidi. Ona görə daha yaxından tanıdığımız, bildiyimiz futbolçuları heyətə qatmağın faydalı olacağını düşündük. Bilal hazırda ölkəsində ailəsiylə bağlı məsələləri həll etməlidi. Bundan sonra təlim-məşq toplanışımıza qoşulacaq”.
Onu da qeyd edək ki, “Səbail” hazırda əsas diqqətini müdafiənin mərkəzinin və hücumun gücləndirilməsinə yönəldib. Stopper mövqeyinə adı açıqlanmayan rumıniyalı dəvət olunub. O, Bolqarıstanda düşərgəyə qoşulacaq. Mərkəz hücumçusu mövqeyinə isə Mirabdulla Abbasovun namizədliyi aktuallığını qoruyur.
Bu arada “Səbail”in Bolqarıstanda yoxlama oyunlarında qarşılaşacağı bütün rəqiblər bəlli olub. Aftandil Hacıyevin komandası ilk olaraq, yerli "Lokomotiv"lə qarşılaşacaq. "Dənizçilər"in Plovdiv təmsilçisi ilə oyunu iyunun 21-də baş tutacaq. Növbəti duel də yerli komandaya - “Beroe”yə qarşı olacaq. Bu görüş isə ayın 25-də keçiriləcək. İyunun 28-də Rumıniyanın “Klinçeni” komandasıyla üz-üzə gələcək “Səbail” son sınaq matçını iyulun 1-də “Makedoniya”ya qarşı keçirəcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar