18 in 19:04olke

11 ildə xərclənən milyonların siyahısı...

11 ildə xərclənən milyonların siyahısı...
...və ya AFFA-nın əcnəbiləri “yedizdirməkdə” marağı nədi?
Slovakiya və Macarıstanla oyunlarda qeydə alınan məğlubiyyətlər ölkə futbolunun yerində saydığını, 10-15 il əvvəllə müqayisədə zərrə qədər də irəli getmədiyini, əksinə, gerilədiyini ortaya qoymuş oldu. Artıq heç kimdə yığmanın bu gününə və sabahına ümid qalmayıb. Hətta sabahımız daha da zülmət görünür. Çünki bərbad gündə olan təkcə əsas yığma deyil. U-17, U-19 və U-21də biabırçı durumdadı.
Bu isə o deməkdi ki, ölkə futbolu düzgün idarə olunmur, uşaq futbolu lazımi yöndə inkişaf etdirilmir. Rövnəq Abdullayevin AFFA-ya prezident seçildiyi dönəmdə, yəni 2008-ci ildə futbol oynamağa başlayan 9-10 yaşlı uşaqların indi 20-21 yaşı var. Bəziləri əsas millinin, digərləri U-21-in uğurları üçün tər tökür. Amma bacardıqları yalnız tər tökməkdi. Çünki futbol oynamağı öyrənməyiblər, öyrədən olmayıb. AFFA-nın ideoloqu Elxan Məmmədovun əlindən gələn kütləvi tədbirlərin təşkili, əcnəbi qonaqların qarşılanıb, yola salınması, mötəbər yarışların keçirilməsidi deyə, Azərbaycan futbolu məhv olub. Həm onun, həm də rəhbəri olan Rövnəq Abdullayev üçün vacib məqam əcnəbilərin Bakıya axını və millinin özəyini ordan-burdan olanların təşkil etməsidi. Adamlar bir dəfə də ölkə futbolunun niyə bu durumda olması haqda düşünməyiblərsə və yeni mərhələ üçün qlobal dəyişikliklərə əl atmayıblarsa, deməli, bu oyunun sirlərindən xəbərsizdilər.
Əvəzində pul ayırmağın və xərcləməyin yollarını yaxşı bilirlər. Lap uzağa getməyə ehtiyac yoxdu. Abdullayev - Məmmədov dönəmindən bu yana, yəni son 11 ildə əcnəbilərə və yığmanın inkişafı naminə (guya) xərclənən milyonlara nəzər salaq. Rəqəmlər təxmini hesablama olduğundan minimumla nəzərə alacağıq ki, AFFA-da oturanların xətrinə dəyməsin.
Yığmanın baş məşqçiləri
Millidə ən uzun dönəm Berti Foqtsa məxsusdu. Dünya və Avropa çempionu yuxusunda görə biləcəyi pulları burda qazandı. Adam 2008-ci ilin aprelindən 2014-ün sonuna qədər yığmanın “sükanı arxasında” oldu ki, onu Azərbaycanda çalışmağa məcbur edən pul idi. Çünki o yaşda və o bacarıqda məşqçinin ilinə heç bir ağıllı 2 milyon dollar verməzdi. Necə ki, burdan gedəndən sonra hələ də baş məşqçi kimi heç kimə lazım deyil. İllik 2 milyon dollar 6,5 ilə 13 milyon dollar edir. Bu isə köhnə kursla (0.78) hesablayanda 10 milyon 140 min manat deməkdi.
Birindən canımız yeni qurtarmışdı ki, boğazımız başqasının əlinə keçdi. Bu dəfə “pul yemək” növbəsi Robert Prosineçkiyə çatdı. Futbolçu karyerasından fərqli, məşqçi kimi ciddi uğuru olmayan xorvatın nəsə edəcəyinə ən yaxşı halda AFFA-ya rəhbərlik edənlər inanırdı. Odu ki, onun ilinə Foqtsla müqayisədə nisbətən az - 1,2 milyon dollar ayrılmışdı. Köməkçiləri ilə birlikdə. O da ömrünün 3 ilini Azərbaycanda keçirdi. Milliyə uğur qazandıra bilməsə də, şəxsi büdcəsini xeyli zənginləşdirdi. AFFA-dan çıxan isə 3,6 milyon dollar - 6 milyon 120 min manat oldu.
İndi isə sıra Nikola Yurçeviçindi. Onun köməkçiləri ilə qazancı illik 1 milyon avro, yəni 2 milyon manat nəzərdə tutulub. Artıq 6 ayın geridə qalıb ki, hələ ki bacarıqsız görünən mütəxəssisin artıq 1 milyon manata sahib olduğunu deyə bilərik.
Bernard Lippert
2008-ci ildən sümük kimi ilişib boğazımızda qalan almanın nə iş gördüyünü, futbolumuzun inkişafı üçün hansı payın sahibi olduğunu AFFA-dakı himayədarlarından yaxşı bilən olmaz. Gah U-21-in baş məşqçisi oldu, gah Futbol Akademiyasına rəhbərlik etdi, gah seminarlarda dərs dedi. Bütün işlərə baş soxan Lippert düz 11 ildi Azərbaycandadı. Qeyri-rəsmi mənbələrdə yazılanlara inansaq, ildə 300 min dollar qazanır. Dolların keçmiş və indiki kursunu bir-birinə qatıb hesablayanda 11 ilə 3,7 milyon manat edir.
Pilzer + Adam
Foqtsun sayəsində “ucu qoyulan” “almanlaşma”nın digər nümayəndələridi. Onlar da vaxtilə ölkəmizə səfər etmiş, başbilənlərə futbolumuzu ağ günə çıxaracaqlarına dair söz vermişdilər. Biri futbol yox, bodibildinq məşqçisinə oxşayırdı, digəri azərbaycanlı məşqçilərin kateqoriya almasına nəzarət edirdi. Eyni zamanda həm də aşağı yaş qruplarından ibarət millilərə rəhbərlik edirdilər. Azərbaycanda çalışdıqları müddət illəri əhatə etməsə də, az da olmadı. Hər ikisinin ümumi qazancını hesablayanda bildiyimiz minimum məbləğlə 700 min dollar, keçmiş kursla 546 min manat edir.
İdman direktorları
Uğur qazanmağın yollarını axtaran AFFA rəhbərliyi 2014-cü ildə növbəti addımla diqqəti çəkdi. Qərara alındı ki, futbolun inkişafını istəyiriksə, klubların futbol akademiyalarına mütləq və mütləq əcnəbi mütəxəssislər nəzarət etməlidi. Belədə müxtəlif ölkələrdən əcnəbilər buna görə Azərbaycana axın etməli olmuşdu. Daril Villard, Frank Bernardt, Torsten Spittler, Stenli Brard, Yan Versleyjen, Peter Noyştadter, Con van Loen və başqaları iş başına keçmişdi.
Bəzilərinin fəaliyyət müddəti az, bəzilərininki çox olsa da, bu layihə də iflasa uğradı. Nəticədə növbə ilə Azərbaycanı tərk etməli oldular. Onların illik əməkhaqqılarını isə AFFA ödəyirdi. Əlimizdə dəqiq məlumat olmasa da, onlara ümumilikdə minimum 3 milyon dollar xərcləndiyi dəqiqdi. Bu isə köhnə və yeni kursun qarışığında elə 3 milyon manat edir.
“Milliləşdirilənlər”
Artıq əlac qalmamışdı. Assosiasiyanın ideoloqları bu dəfə əsas yığmanın uğur qazanmasının yolunu Azərbaycana bağlılığı olan və olmayan futbolçuların əyninə milli formanı geyindirməkdə gördülər. Elxan Məmmədovla Riad Rəfiyev gecələrini gündüzlərinə qatıb xarici ölkələrə səfər etdilər, görüşdülər, danışdılar, maraq dairəsində olan oyunçuları pul qarşılığında yığmada oynamağa raz saldılar.
Eddi İsrafilov, Renat Dadaşov, Dmitri Nazarov, Ramil Şeydayev, Emin Mahmudov və başqaları bu qəbildən olanlar idi. Biri 300 min avroya razılaşdı, bir başqası 500 minə, kimisi də Bakının mərkəzində təklif olunan mənzilə. Bu isə azı 2 milyon dollar, yəni 3,4 milyon manat demək idi.
Berlindəki məktəb
Deyilənə görə, Almaniyanın “göbəy”ində futbol akademiyasının açılmasını AFFA-nın vitse-prezidenti Rauf Əliyev təklif etmişdi. Elə buna görə də ora nəzarət etmək Əliyevin ixtiyarındaydı. Məqsəd Almaniyada yaşayan azərbaycanlıları və Azərbaycana bağlı olanları həmin məktəbə cəlb etmək, futbolun sirlərini öyrətmək, qısası, gələcəkdə yığmalarımıza fayda vermələrinə çalışmaq idi.
Üstündən illər keçsə də, həmin akademiyadan 5 yox, heç 1 nəfər də çıxmadı. Və deyilənə görə, Berlindəki məktəb artıq tarixin yaddaşına qovuşub. Halbuki başlanğıcı və sonrakı fəaliyyəti üçün AFFA-nın xəzinəsindən 250 min avro, yəni 500 min manat çıxmışdı. Bəlkə də bundan daha çox.
Xaricdəki toplanışlar
Bir də məşhur təlim-məşq toplanışları vardı. Dünyanın hansı ölkəsinə ayaq basırdınsa, qarşına ürəyinin başında AFFA-nın loqosunu gəzdirən göy maykalı futbolçular çıxırdı. ABŞ, Avstriya, Almaniya, BƏƏ, Türkiyə - daha harda hazırlıq keçilmirdi ki?! Bu əsasən də Foqtsun dönəmində ənənə halını almışdı.
Toplanışlardan yığma xeyir qazanmasa da, əcnəbi təşkilatçılar və hava yolları şirkətləri xeyli irəli düşürdülər. Təbii, əlimizdə qəbz-faktura olmadığından, toplanışlar üçün xərclənən milyonların dəqiq rəqəmini söyləmək çətindi. Ancaq hara fırladırsan-fırlat, 2 milyon dollardan az olmadığı dəqiqdi. Bu isə köhnə və yeni kursların qarışığında elə 2 milyon manat edir.
Mükafatlar
Bir ara hamı yığmaya can atırdı. Hətta elə legionerlər vardı ki, burda daha çox oynamaqla millinin formasını əyninə keçirməyi qarşısına hədəf qoymuşdu. Çünki mümkün heç-heçə və qələbələrin, hətta ümidverici məğlubiyyətlərin qarşılığında fantastik pullar alırdılar. Bir oyuna görə 20, 30, 50 min manat. Hətta bəzi futbolçular 3-4 matç qarşılığında aldığı mükafata görə özünə gələcək qurdu. Hədəf olmayan yerdə AFFA rəhbərliyi kisənin ağzını açıb məşqçi və futbolçuların şəxsi büdcələrini artırmasına hər cür şərait yaradırdı.
Rövnəq Abdullayevlə Elxan Məmmədovda dəqiq say var, ya yox – bilmirəm. Amma mükafatlara azı 4 milyon manatın ayrıldığı gün kimi aydındı.
Nəticə
Göstərilənlər minimum məbləğ olsa da, heç də hamısı deyil. Bunun üzərinə topçiləmə və top festivallarını, aşağı yaş qruplarından ibarət yığmalara xərclənən pulları, müxtəlif layihələri əlavə etmək olar. Amma bunlarsız hesablayanda belə, əsəbdən adamın rəngi qaralır. Təsəvvür edin, yuxarıda göstərilən və əsasən əcnəbilərin varlanmasına hesablanan məbləğ ümumilikdə 34 milyon manat edir. Hələ başqalarını da saya alsaq, 50 milyonu keçər. 11 ilə əsas yığmanın inkişafı üçün azı 50 milyon manat xərclənibsə və bunun 30-40 milyonuna əcnəbilər sahib çıxıbsa, bundan iki qənaətə gəlmək olar. Ya AFFA-ya rəhbərlik edənlər xalqın pullarını əcnəbilərin “yeməsində” maraqlıdı, ya da özlərinin bu işdə hansısa maraqları var. Bu qədər vəsaitin qarşılığında ortada heç bir yığma səviyyəsində heç nə yoxdusa və Nikola Yurçeviçlə köməkçiləri, eləcə də Bernard Lippert Bakıda kef edirsə, durum aydındı.
Halbuki həmin pula Azərbaycanda azı 10 dənə futbol akademiyası inşa etdirmək olardı. Neçə-neçə məşqçi və futbolçunun futbol ölkələrində təhsil almasına, savadını artırmasına, futbol oynamasına nail olmaq olardı. Olardı, olardı, olardı...
Ümid edək ki, günlərin birində futbola qayğı göstərən cənab Prezident AFFA-dakı əsas söz sahiblərini yanına çağırıb maliyyə ilə bağlı hesabat tələb edəcək. Və o zaman əcnəbilərə güvənənlər, dolayı yolla ölkə futbolunu məhvə sürükləyənlər gözlərini hara zilləyəcəklər, bax, o maraqlıdı...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar