18 in 00:29olke

Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir

Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir
“Sanki futbolçu istəmir, meydana məcbur çıxarıblar”
Avroliqada mübarizə aparacaq “Neftçi” artıq iki transferini rəsmiləşdirib. Bunlar “Qəbələ”dən gələn Rauf Əliyev və Voislav Stankoviçdi. “Ağ-qaralar”ın adı çəkilən futbolçularla kifayətlənməyəcəyi, yeni oyunçuları sıralarına qatacağı da şübhə doğurmur. Hətta Stiven Jozef-Monrozla Dario Federikonun (yazı müqavilə açıqlanmamışdan öncə qələmə alınıb – red.) da yaxın günlərdə flaqmanla müqavilə bağlayacağı gözlənilir. Sadəcə, rəsmiləşən məhz iki nəfərdi. Onu da qeyd edək ki, Rauf ikinci dəfə paytaxt klubunda karyera yaşayacaq. O daha öncə 2014/15 mövsümündə “ağ-qaralar”ın şərəfini qorumuşdu. Həmin vaxt elə də uğurlu olmamış, çempoionatda 11 oyunda şans qazansa da, rəqib qapılarına yol tapa bilməmişdi. Bu üzdən Raufun ikinci “Neftçi” karyerasının necə alınacağı maraq doğurur. Canluka Sansonenin yola salınmasına baxmayaraq, flaqmanda irəli xətdə sıxlıq olması Əliyevi ciddi rəqabətin gözlədiyinə işarədi. Birillik müqaviləyə imza atan forvard “19 nömrə” ilə çıxış edəcək. Bütün bunlarla bağlı hücumçu ilə danışdıq. Hə, Raufla söhbətdə yığmanın son oyunlarına toxunmamaq olmazdı.
- Bir neçə klubdan təklifin olduğu deyilirdi. Ancaq sonda “Neftçi” ilə ortaq məxrəcə gəldin.
- İlk təklif “Neftçi”dən gəldi. Kubokun finalından bir-iki gün sonra belə bir təklif aldım. Mən də başqa klub haqda düşünmədim, razılaşdım.
- Xaricdən təklifin var idi? Yoxsa “Kukesi” təcrübəsindən sonra ölkədən kənara çıxmaq fikrindən daşınmısan?
- Düzdü, xaricdən də təklifim var idi. Bir menecer var. O vaxt ölkə xaricinə yollananda da vasitəçi olmuşdu. Əlaqələrimiz qalırdı və o belə bir variantı mənə çatdırdı. Lakin çox uzaq idi. Söhbət Asiya ölkələrindən birindən gedirdi.
- Hansı?
- Ad çəkmək istəmirəm. Ancaq uzaq olduğuna görə real baxmadım. Həm də gedib yarımçıq qayıtmaq istəmədim.
- Daha öncə “Neftçi”də oynamısan və həmin dövr sənin üçün o qədər də uğurlu alınmadı. Bu baxımdan yenidən paytaxt klubuna üz tutanda tərəddüdün olmadı?
- Yox, artıq hər şey geridə qalıb. O vaxt məşqçi də başqaydı. İnanıram ki, bu dəfə hər şey ürəyimcə olar. Artıq irəliyə baxıram. Çalışacam ki, daha yaxşı performans sərgiləyim.
- “Neftçi”də irəli xətdə xeyli oyunçu var. Hətta Sansonenin getməsinə baxmayaraq. Üstəlik, ötən mövsüm “Qəbələ”də bir yerdə top qovduğun Stiven Jozef-Monrozun da gələcəyi deyilir. Görünən budu ki, səni ciddi rəqabət gözləyir. Bu haqda nə deyə bilərsən?
- Nə qədər şablon səslənsə də, deməliyəm ki, rəqabət bizim xeyrimizdi. “Neftçi” kimi klubda mövqe uğrunda mübarizə normaldı. Çünki bu komanda iddialıdı, növbəti mövsüm də çempionluğa oynayacaq. Kim daha yaxşı performans sərgiləsə, heyətdə də yer alacaq. Amma çempionat həm də uzun marafondu. Düşünürəm ki, hər kəsin şans qazanmaq, özünü göstərmək imkanı olacaq.
- Canluka ilə yolların ayrılması səni sevindirdi?
- Yox, mənim üçün kimin gedib, kimin qalması o qədər də maraqlı deyil. Əsas öz oyunum haqda düşünürəm. Öz üzərimdə çalışıram, məşq edirəm.
- Bir neçə gündü ki, yeni komandanla məşq edirsən. Uyğunlaşma necə gedir? Təəssüratların maraqlıdı.
- Bəli, artıq bir neçə gündü kollektivlə birgə məşq edirəm. Hər şey normaldı. Komandanın hardasa 80 faizini tanıyıram. İstər yerlilər, istərsə də daha öncə ölkəmizdə top qovan legionerlər olsun. Heç bir problem yoxdu, hər şey qaydasındadı.
- “Neftçi”də “19” nömrəli formada çıxış edəcəksən. Niyə məhz “19”?
- Bilirsiz ki, mən Füzulidənəm. Rayonumuzun seriya nömrəsinin “19” olması seçimimin əsas səbəbidi. Bundan başqa, “11 nömrə” Vangelis Platellasdadı.
- Avroliqadan gözləntilərin nədi? Komandan 7 ildən sonra yenidən qrup həyəcanı yaşaya bilər?
- Bu məsələdə bəxtimizə düşəcək rəqiblərdən də çox şey asılıdı. Ola bilər, iki mərhələdə zəif komandalarla qarşılaşaq. Ancaq 3-cü mərhələdə güclü rəqib olacaq. Bu üzdən bəxtimizə düşəcək rəqiblərin kimliyi önəmlidi. İlk hədəf mərhələ və mərhələlər adlamaqdı. Daha sonra irəliyə baxmaq olar.
- “Neftçi” ilə bağlı bu qədər, keçək yığmaya. Uzun illər millinin şərəfini qoruyan biri kimi Macarıstan və Slovakiyaya məğlubiyyətlər haqda nə düşünürsən?
- Komandada inamsızlıq var idi. Sanki futbolçular özlərinə inanmırlar. Sadə səhvlərə yol verirdilər, oyun yox idi. İki-üç nəfəri çıxmaq şərtilə bir çox oyunçu o qədər də güc qoymurdu. Bəlkə də mövsümün sonudu deyə, istirahəti fikirləşirlər. Belə şeyləri görmək çox çətindi. Sanki futbolçu istəmir, meydana məcbur çıxarıblar. Nəticədə yığma məğlub oldu, ikinci görüşdə isə böyük hesab qeydə alındı.
- Sizin oynadığınız dönəmdə də məğlubiyyətlərimiz olurdu, hətta darmadağınlar da qeydə alınırdı. Ancaq komanda indiki kimi ruhsuz deyildi, ən azı hiss olunurdu ki, bacardığını ortaya qoyur. Bu fikirlə razısan?
- Düz qeyd edirsiz ki, biz də məğlub olurduq. Ən azı mübarizə aparmışıq. Tutaq ki, Almaniya və digər rəqiblərlə oyunlarda böyük hesablarla da yenilmişdik. Ancaq əlimizdən gələni etməyə, təslim olmamağa çalışmışıq. Belə deyim, meydana çıxıb yola verməmişik. Əsasən də evdə oynadığımız oyunlarda qələbə üçün meydana çıxmışıq. Hətta rəqiblər də bilirdi ki, Azərbaycan evdə böyük ölkələrə də başağrı olmağı bacarır. Həmişə belə olub, zaman-zaman da xal və xallar almışıq. Ancaq indi komanda “doğma divarlar” arasında da asan təslim olur. O vaxt inam var idi, indi isə tərsinədi.
- Milliyə qayıdıışın mümkündü?
- Niyə də mümkün olmasın?! Məni tanıyan bilir ki, meydana çıxanda əlimdən gələni etməyə çalışıram. Bu il qışdan sonra “Qəbələ”də yaxşı oynadım, kuboku qazandıq. Ancaq milliyə çağırılmadım. Bununla belə, hər zaman millinin şərəfini qorumağa hazıram. Ölkənin 1 nömrəli komandasıdı. Bu formanı geyməyi hər bir futbolçu arzulayar, istəyər.
- “Qəbələ”dən söz düşmüşkən, bu klub yoluna yerlilər, əsasən də gənclərlə davam edəcək. Sabiq komandandan Avroliqada hansı nəticəni gözləyirsən?
- Düzdü, proseslərin axarı fonunda “Qəbələ”nin iddiası bir qədər azaldı. Ancaq hər nə qədər çətinlik olsa belə, “Qəbələ” böyük klubdu, hər cür şərait yaradılıb. İndiki vəziyyətdə hansısa proqnoz vermək olmur. Klubun rəhbərliyi belə qərar verib. “Qəbələ”yə bundan sonra ancaq uğurlar arzulayıram. İnanıram ki, Avroliqada ölkəmizi yaxşı təmsil edəcəklər.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar